Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Möcüzə

Sally, kiçik qardaşı George haqqında ana və atasının danışmalarını eşitdiyi zaman yalnız səkkiz yaşında idi. Qardaşı ağır xəstə idi və onu qurtara bilmək üçün əllərindən gələn hər şeyi etmişlərdi, Georginin yalnız çox bahalı bir əməliyyatla xilas olma şansı vardı lakin bunun üçün lazımı qədər pulları yox idi. Atasının, ümidsiz bir şəkildə anasına belə pıçıldadığını eşitmişdi. «Yalnız bir möcüzə onu qurtara bilər.» Bu sözləri eşidər eşitməz, yavaşca öz otağına getdi Sally. Donuz formasındakı pul topladıqı qabı gizlədiyi yerdən çıxardaraq içindəki pulları yavaşca yerə tökərək saymağa başladı. Yanılmaya düşməmək üçün tam üç dəfə saydı pul qabindaki çıxardığı  xırda pulları. Sonra hamısını cibinə qoyaraq tələsiklə evdən çıxıb, küncdəki əczaxanaya getdi.


Ardı →

Bir payız gecəsi

Payız ayı idi.Hava tutqun,yağış da artıq 3gün idi ki,dayanmadan yağırdı.Küçə boyu su axırdı.Artıq gün batmaq üzrəydi,evlərdə yavaş-yavaş işıqlar yanmağa başlayırdı.Küçədə nadir hallarda insan görünürdü,tələsik evlərinə gedirdilər.
Qarşıdakı balaca komada zəif inilti səsi gəlirdi.Bu,iki gün öncə bərk soyuqlamış bir qadının səsi idi.Onun əri müharibədə həlak olmuşdu.2 uşağı vardı,10 yaşlı oğlu və 3yaşı yenicə tamam olmuş qızı.Uşaqlarını saxlamaq üçün işləyib,qazandığı az miqdarda pulu da evə ərzaq alıb,gətirirdi. 2gün öncə işdən qayıdarkən yağışa düşmüş,geyimi nazik olduğundan bərk soyuqlamışdı.İndi qızdırma içində yanırdı.Ev də soyuq idi,odur ki,evdə olan ədyalları da uşaqlarına bürümüşdü.
Ardı →

Əmanət saxlamaq haqqında

Belə eşitmişəm ki,bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir:«Mənimlə hamama getmək istəyirsənmi?» Yoldaşı deyir:«Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm,lakin hamama gedə bilmərəm,işim var». Hamamın yaxınlığına qədər bir yerdə gedirlər.Yolayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb,başqa tərəfə gedir.Təsadüfən,bir oğru da həmin kişinin dalısınca öz oğurluq işləri üçün hamama gedirmiş.
Ardı →

İnsanı düzəltdim...

Bir həftənin yorğunluğundan sonra bazar səhəri qalxdığında bütün həftənin yorğunluğunu çıxarmaq üçün əlinə qəzetini götürdü və bütün gün miskinlik edib evdə oturacağını düşündü.
Elə bunları düşünərkən uşağı qaçaraq gəldi və kinoya nə vaxt gedəcəklərini soruşdu.
Ata uşağına söz vermişdi, o həftə sonu kinoya aparacaqdı amma heç çölə çıxmaq istəmədiyindən bir bəhanə uydurması lazım idi.
Sonra qəzetdəki dünya xəritəsi gözünə ilişdi.
Əvvəl dünya xəritəsini kiçik parçalara ayırdı və uşağına; əgər bu xəritəni düzəldə bilsən səni kinoya aparacağam
dedi sonra düşündü;
«Nə yaxşı, xilas oldum, ən yaxşı coğrafiya professorunu belə gətirsən bu xəritəni axşama qədər düzəldə bilməz.»
Aradan on dəqiqə keçdikdən sonra uşaq atasının yanına qaçaraq gəldi və
«Ata xəritəni düzəltdim artıq kinoya gedə bilərik» dedi.
Atası əvvəl inana bilmədi və görmək istədi. Gördüyündə də hələ də heyrətlər içində idi və bunu necə etdiyini soruşdu.
Uşaq; «Mənə verdiyin xəritənin arxasında bir insan vardı» dedi...
İNSANI DÜZƏLTDİYİM ZAMAN, DÜNYA ÖZBAŞINA DÜZƏLMİŞDİ…


Davamı →

Dostluq

Bir gün padşah öz saray əhli ilə ovdan qayıdanda, çay kənarında bir adam görür. Adam oturub boş aş süzəni suya salır, çıxardır, aş süzəndəki su süzülür və yenə eyni ilə təkrar edir. Hadisə padşaha çox maraqlı gəlir. Vəziri göndərib adamı yanına çağırtdırıb ondan niyə belə etdiyini soruşur. Adam deyir, aş süzən mənim həyatımdır, süzülən su isə həyatımdan gəlib keçən dostlarımdır. Kimi ölüb, kimi vəfasız çıxıb kimi də dostluğunu davam etdirə bilməyib. Padşah adamdan dostluqda bu qədərmi vəfalı olduğunu soruşanda adam cavab verir, bəli mən vəfalıyam. Padşah adama dostluq təklif edir. Adam padşahın dostluğunu qəbul edib onunla saraya gedir. Belə illər keçir və dostluq günü-gündən möhkəmlənir.
Ardı →

Uşaq gözüylə baxa bilmək

Kiçik qızın atası İspaniyanın ən ağır siyasi cəzalarının verildiyi bir həbsxanada məhkum idi. Fürsət tapdığı hər həftəsonu atasını ziyarət üçün anasıyla birlikdə həbsxabaya gedərdi. Yenə bir ziyarətə gedərkən atası üçün çəkdiyi rəsmi yanında apardı, ancaq həbsxana qaydalarına görə azadlığı xatırladan hər cür şeyin məhkumlara verilməsi qadağan idi.
Bu səbəblə kağıza çəkdiyi quş şəkilini qəbul etməmiş və oradaca cırmışdılar...
Çox kədərlənmişdi kiçik qız… Atasına söylədi bunu, o da «kədərlənmə qızım, yenə çəkərsən; bu dəfə çəkdiklərinə diqqət yetirərsən olarmı?» dedi.
Kiçik qız digər ziyarətində atasına yeni bir şəkil çəkib apardı. Bu dəfə quş yerinə bir ağac və üzərinə qara kiçik xallar çəkmişdi. Atası şəkilə baxdı və soruşdu: «Hmmm! Nə gözəl bir ağacdır bu! Üzərindəki xallar nədir? Portağaldır?
Kiçik qız atasına əyilərək, səssizcə: Hşşşşt! O xallar ağacın içində gizlənən quşların gözləridir!..


Davamı →

Limon ağacı

Zəngin bir iş adamının bağçasında, yan-yana əkilən iki limon ağacı vardı. May ayı sonlarında açan limon çiçəkləri, bütün bağçanın havasını bir anda dəyişdirər və mənzillərə həbsedilmiş insanlara baharın gəldiyini müjdələyirdi. Ancaq limon ağaclarından biri, digərindən cılız və görkəmsiz idi. Buna görə böyük ağac hər fürsətdə onu kiçik hesab edər və təpədən baxardı. Ev sahibi də kiçik boylu limon ağacından ümid kəsmiş görünürdü. Ona görə ağac, bu gedişlə quruyub öləcəkdi. Buna görə də onu çox sulamaz və qulluq etməyi çox istəməzdi.
Ardı →

Həyat şahmatı

Gənc bir adam öz bölgəsində çox tanınan bir müdrikin yanına getdi. Dərdi bir az fərqli idi. Gənc yaşında həmişə müvəffəqiyyət qazanmışdı. Atasından götürdüyü kiçik işi sürətlə böyütmüş, zəngin olmuşdu. Ətrafındakı hər kəs ona hörmət göstərirdi.
Düşməni yox idi. Evlilikləri müvəffəqiyyətli olmuş, çox gənc yaşlarda başlayaraq bir neçə dəfə ata olmuşdu. Və gənc adamın dərdi də bundan sonra başlayırdı. Bu qədər erkən müvəffəqiyyət, sayılıb hörmət edilmək üzündən bütün ətrafındakı insanları «kiçik» görməyə başlamışdı.
Gənc adam üçün "əhəmiyyətli" heç bir iş, heç bir insan, heç bir vəziyyət qalmamışdı. Heç bir danışığı bir neçə dəqiqədən çox dinləyə bilmir, oxumağa başladığı hər şeyi bir neçə dəqiqə içində əlindən buraxırdı.
Ardı →

Qaranquş

Qaranquşun biri, bir adama aşiq olmuş. Pəncərənin önünə qonmuş, bütün cəsarətini yığmış,  tüklərini qabartmış, gözəl dayandığına əmin olduqdan sonra, kiçik sevimli dimdiyiylə şüşəyə vurmuş. Tıq… tıq. .....Tık....


Adam şüşəyə baxmış. Amma içəridə öz işləriylə məşğul olurmuş… Məşğulmuş! Kimmiş onu işindən saxlayan? Kiçik bir qaranquş!


Həyəcanlı qaranquş, təlaşını basdırmağa çalışaraq, dərinbir nəfəs almış şirin dimdiyini açmış, sözlər tökülməyə başlamış. Ey adam! Mən səni sevirəm. Səbəbini  soruşma. Uzun zamandır səni izləyirəm. Bu gün cəsarət tapdım danışmağa. Lütfən pəncərəni aç və məni içəri al. Birlikdə yaşayaq.


Adam birdən partlamış: Yox daha nələr? Dayandıq yerdə sən də haradan çıxdın indi? Olmaz, ala bilməm, demiş.


Ardı →

Filosof Əflatun

Deyirlər ki,bir gün Əflatun şəhərin adlı-sanlı adamları ilə bir yerdə oturub,söhbət edirdi.Birisi onun görüşünə gəlib salam verdi,yanında oturub,ordan-burdan danışdıqdan sonra dedi:Ey filosof,bu gün filankəsi gördüm,sənin barəndə danışır və tərifləyərək deyirdi:"Əflatun çox böyük filosofdur,indiyə qədər onun kimisi nə olub,nə də olacaqdır".İstədim onun tərifini sənə çatdıram.
Filosof Əflatun bu sözü eşitcək başını aşağı salıb,ağladı,bərk qanı qaraldı.halı pozuldu.O kişi dedi:«Ey Filosof,mən sənə nə ağır bir söz dedim ki,halın belə pozuldu?».
Filosof Əflatun dedi:«Ey xacə.şəxsən sən mənə elə ağır bir söz demədin,lakin bundan daha ağır müsibət olarmı ki,nadanın biri məni tərifləsin,mənim gördüyüm iş ona xoş gəlsin? Bilsəydim nə nadanlıq etmişəm ki,onun təbiətinə uyğun olmuş,xoşuna gəlmiş və məni tərifləmişdir,tövbə edib o işdən əl çəkərdim.Halımın pozulması ondadır ki,mən hələ də nadanam,çünki,nadanların təriflədikləri adamlar yalnız nadanlar olar».
Davamı →