Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Məcnun

Leylinin dərdindən Məcnunun bədəni görünməz oldu. Üzüqoylu səhraya döşəli qalmışdı, damarlarında qanı qaynayırdı. Bir həkim rəhmə gəlib Məcnunun quru qaraltısına əlac eləmək fikrinə düşdü. Buyurdu ki, gərək xəstədən qan alınsın.

Dəllək gəldi. Məcnunun qolunu bərk-bərk sıxıb damarını çərtmək istədi. Məcnun dəlləyin əlini itələyib:

— Çıx get, — dedi, — sənin həkimliyin mənə gərək deyil!

Dəllək dedi:
— Səhrada aslanları başına yığan sən deyildinmi?! İndi bir qaşıq qanındanmı qorxursan?

— Yox, məni qorxudan bu deyil, — Məcnun dedi, — mənim daş səbrim çox ağrıya güc gəlib. Ancaq sevgim qanımın hər damlasına hopandan Leyli ilə mənim aramdan pərdə götürülüb. Odu ki, qorxuram ülgücünlə sevgimi yaralayasan.
Davamı →

Sufilərin sevgisi

Divardan asılan boş torbanı görcək sufi göz yaşı tökməyə, yaxasını yırtıb-dağıtmağa başladı.

— Yalnız sənsən məkrdən, xəyanətdən uzaq olan, — dedi sufi, — dilənçilərin şahlığı, dərdlərin dərmanı yalnız səndədi!

O biri sufilər də öz xilaskarlarını görmək üçün axışıb gəldilər. Gah güldülər, gah hönkürdülər, boş torbaya dünyanın görünməmiş təriflərini dedilər.

Qıraqdan baxan birisi heç nə anlamayıb soruşdu:

— Boş torbanı nədən belə öyürsüz?

Dedilər:
Davamı →

Qaranlıqda filin minbir sifəti

Fili bir qaranlıq otağa salmışdılar. Bu vilayətdə fil görünmədiyindən hamı filə baxmaq üçün axışıb gəlirdi. Ancaq otaqda göz-gözü görmədiyindən hamı filə əl gəzdirməklə onun necəliyini bilmək istəyirdi. Kimsə filin xortumuna əl çəkib dedi:

— Lap su borusuna oxşayır.

Bir qadınsa əlini filin qulağına çəkdi:
— Nəsə palaz kimi bir şeydi, — dedi.

Filin ayağına ilişən birisi də qayıtdı ki, nə isə sütuna oxşayan bir heyvandı.
Davamı →

Duzlu qəhvə

Qızı bir məclisdə görmüşdü. Çox gözəl idi. O gün arxası ilə gəzən o qədər oğlan var idi… Yaxınlaşdı ona, qırıq-qırıq danışdılar. Məclisin sonunda qızı başqa bir gün qəhvə içməyə dəvət etdi. Təəccüblü olsa da, qız qəbul etdi. Bir gün sonra kafedə əyləşib qəhvə içirdilər. Elə həyəcanlı idi ki, söz tapıb danışa bilmirdi. Qız üçün çox darıxdırıcı gün oldu. «Mən artıq gedim» dedi. Gənc ofisantı çağırıb, «Mənə bir az duz gətirə bilərsiz? Qəhvəmə tökəcəm» dedi. Yan stoldan adamlar maraqla baxdı. Qız gülümsədi:

— Qəhvəyə duz?!
Gənc qıpqırmızı qızardı, amma ofisantın gətirdiyi duzu qəhvəsinə tökdü və içdi. Qız maraqla «Qəribə ağız dadınız var» dedi. Gənc nəql etdi:
Davamı →

"Çox gecdir" deyə bir zaman yoxdur!

Universitetin ilk günü dərsdə professorumuz əvvəl özünü təqdim etdi, sonra «Bu il yepyeni bir tələbəmiz var. Çox maraqlı biridir, görək tapa biləcəksinizmi?» dedi. Ayağa qalxıb ətrafa boylanırdım ki, yumşaq bir əl çiynimə toxundu. Döndüm. Üzü əməlli qırışmış bir yaşlı xanım, gülümsəyərək mənə baxırdı.

«Mənim adım Rozadır, gözəl qız. 87 yaşındayam. Tanış olduqsa, səni qucaqlaya bilərəm?»
Güldüm. "Əlbəttə" dedim. Elə ürəkdən qucaqladı ki, " Bu qədər gənc və məsum yaşda niyə universitetə gəlmisiz?" deyə zarafat etdim.
Davamı →

Səssiz etiraz

«Norveç işğaldan azad olunanda xalq onlara xəyanət etmiş bu yazıçıya (nasistlərə simpatiyası olan Knut Hamsun) heç bir şey demədi. Nə bir etiraz, nə bir yazı, nə bir hücum...
 
Amma bir gün evinin önünə bir gənc qız gəlib Hamsunun kitablarını qoydu, bir az sonra yaşlı bir adam gəldi və o da kitablarını qoydu. İnsanlar Knut Hamsun kitabları ilə axın-axın gəlməyə başladılar. Hamsun bütün bunları pəncərəsindən izləyirdi. Xalq səsini belə çıxarmadan, ən kiçik bir etiraz etmədən kitabları qoyub gedirdi.
 
Birinci günün sonunda kitablardan böyük bir topa qalanmışdı artıq. Sonrakı gün də eyni vəziyyət davam etdi. Kitab topası böyüdükcə xalqına xəyanət etmiş yazıçı kiçildi və ölümü bu şəkildə oldu.» 
 
Zülfü Livaneli
Davamı →

Anasının kiçik oğlu

Məktəbdə 11-ci sinif şagirdi idim. Qonşumuzun 5 yaşındakı oğlunu parka gəzməyə aparacaqdım. Uşağın anası onu geyindirib, saçlarını darayıb, ayaqqabısının bağlarını bağlayandan sonra mənə baxdı:

— Bax, belə olur. Analar böyüdür, geyindirir, yedirdib içirdir, onlar da sonra yad qızını alıb analarını unudurlar.

Oğlan anasının dediyini eşidən kimi, «Mən unutmaram, ana!» dedi. Ananın gözləri işıldadı, atdığı zəhərli oxun hədəfə dəydiyini görən ovçunun aldığı bir həzzlə:
— Unudarsan, oğlum, sən də unudarsan, dedi. Uşaq ağlamsınaraq, «Mən unutmaram, ana!» dedi.
Davamı →

Sevgi tərbiyə edir

Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imtahanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi.

Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk ağlımdan keçən «Armudun yaxşısını ayılar yeyər» düşüncəsi oldu. 27-28 yaşlarında, saçı bir az tökülmüş, kök, balacaboy adam idi. Bu insanla puluna görə nişanlana biləcəyi ağlıma gələn ilk fikir oldu. Sonra öyrəndim ki, imkanlı biri deyil və başqa bir universitetdə psixologiya üzrə doktoranturada oxuyur və gələcəkdə ixtisası üzrə professor olmaq istəyir. Düşüncəm məni rahat buraxmırdı. Görəsən nə tapmışdı mənim gözəl tələbəm bu oğlanda?

Bir gün koridorda qıza yaxınlaşdım və bir az ordan-burdan danışdıqdan sonra maraqlı olduğum mövzu ilə bağlı sual verdim:
Davamı →

Təbriz Əli - Bu təkcə laylay deyil!




TƏKCE LAYLAY DEYIL, VƏTƏNIMIN SƏSIDIR!!!
Gecənin bu çaginda, qar-tufan boraninda,
Gözəl Laylay səslənir, ananin ocağında,
Bu təkcə Laylay deyil…!
Vətən, torpaq, cəngidir,
Qayasında hər bitən çiçəklərin rəngidir,
Bu körpə damarında,
Qan deyil, Kür-Arazdır.
Əsrlər arxasından bizə gələn ayazdır,
Mavi alov saçan Xəzərimin səsidir,
Qayaları hayqıran Kəlbəcərin səsidir,
Dağı,daşı,mamırı
Laləsi yalqız qalan, Laçınımın səsidir.
Bu təkcə Laylay deyil! Qarabağın səsidir.
Xarı Bülbül səsidir, Üzeyirin səsidir.
Tənqidləri dağ yaran Sabirin nəfəsidir.
Bu təkcə Laylay deyil! Tarımın,Kamanımın,
Ürəkləri oxşayan Turanımın səsidir.
37-di qurbanı Müşviqimin səsidir.
Əsrlərin övladı Xəlilimin səsidir.
Torpaq üçün şəhid olan,
Adı ürəkdə qalan, Mübarizin səsidir.
Sorma kimdir O ANA?!
Südü qarışar qana, sevgi dolu insana,
Bütün Bəşər bir yana, mənim Anam bir yana,
Çünki Vətən bir Ana!!!
Bu təkcə Laylay deyil! Vətənimin Səsidir!
Vicdanımın səsidir!
Ləyaqətin bayrağı, cəsurların rəmzidir.
Bu Təbrizin səsidir!!!
 
Davamı →

Savadın qiyməti nə qədərdir?

XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda qalmışdır. Buxar maşınlarının fəaliyyət prinsipi bir neçə il əvvəl yaradılsa da, yalnızca 1760-cı ildə şotlandiyalı mühəndis James Watt tərəfindən təkmilləşdirilir. Bu yazı onun və istehlakçının nəyə pul ödədiyi haqqındadır!

Bir dəfə Watt nəhəng buxar maşınında yaranmış problemi həll etməsi üçün dəvət edilir. Sahibkarla yaranmış problemlər səbəbindən ciddi zərərlə üzləşmişdi, digər mühəndislər problemi həll edə bilmədiyindən Watt şəxsən dəvət edilir. Çünki buxar maşınlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməsi səbəbindən onu buxar maşınlarının ikinci ixtiraçısı hesab edirdilər. Müasirləri arasında sözügedən cihazın mexanizmini onun kimi detallarına qədər heç kəs bilmirdi. Mühəndisə problemi həll etməsi qarşılığında o zaman böyük məbləğ hesab edilən 1000 dollar ödəmək təklif edilir.
Davamı →