Рейтинг
+260.26

Düşündürücü hekayələr

213 üzv, 522 topik

Padşah və yoxsul

Yoxsul bir kişi yol qırağında oturmuşdu. Köynəksiz… Papaqsız… Ayaqqabısız… İsti Günəş onun başına döyəcləyirdi. Milçəklər onun üzünü və bədənini dişlək-dişlək etmişdi. Ağrılı və güclü dişləklər onu zarımağa məcbur edirdi. 

Kənardan isə faytonda böyük ordu bölüyünün müşayəti ilə bir padşah keçirdi. Yoxsulu görcək, padşah dayandı. O qürurla dedi:
— Bugün mənim əhvalım əladır. Mən bugün çox mülayiməm. Ruhundan nə keçirisənsə, məndən istəyə bilərsən. Nə istəsən sənə verərəm! İstənilən xahişini! Bu dünyada hər şey mənim hakimiyyətim altındadır! Hamı məndən qorxur!

İstidən və milçəklərdən əzab çəkən yoxsul kişi padşah qarşısında torpağa qədər diz çökərək, yalvarmağa başladı:
— Allah naminə! Məni bu milçəklərdən xilas et! Onlara buradan uçub getmək əmri ver! Ölürəm artıq!

Padşah isə, çiyinlərini çəkdi:
— Yox! Milçəklər mənə tabe deyillər! Milçəkləri qova bilmərəm!

Padşah üzünü çevirərək, əshabələri ilə yoluna davam etdi. Yoxsul isə, yenə də isti Günəş altında taqətsiz halda milçəkləri qovmağa cəhd edirdi.
Elə bu andaca yoxsul kişinin yanına hər tərəfdən insanlar toplaşmağa başladı:
— Bəxtəvər! Yəqinki, padşah sənə varlı olmağa kömək etdi, hə?!
Yoxsul kişi kədərli halda əllərini yellədərək dedi:
— Mən təsəvvür etmirdim ki, padşah belə gücsüz olar. O milçəklərdən belə məni qoruya bilmədi. Axı yaradılmışlar sırasında milçəkdən gücsüz heçnə yoxdur…
Davamı →

Daşların rəngi

Çinli tacir bir sahibkardan böyük məbləğdə borca pul alır. Sahibkar dəfələrlə pulnu geri istəyir. Bir dəfə o, tacirin evinə gələndə tacirin qızını görür və ilk baxışdan qızdan xoşu gəlir. Bunu tacirə necə deyəcəyni bilmədiynə görə hiylə işlədir:

— Əgər borcunu ödəməsən, mən hakimin yanına gedəcəm və o səni həbs edəcək. Bunu eşidən tacir  özünü itirir, sahibkara yalvarır ki, hakimin yanına getməsin. Vəziyyətdən istifadə edən sahibkar belə deyir:

— Mən səni bağışlayaram, amma sən borcun əvəzinə öz qızını mənə verəcəksən. Bundan öncə yoxlamağ istəyirəm ki, səmalar bu haqda nə düşünür. Mənim çantamda 2 daş var-biri ağ digəri qara. Əgər ağ çıxsa, mən təmannasız borcu sənə bağışlayacağam və səni birdə narahat etmiyəcəyəm. Yox əgər qara daş çıxsa, onda sən qızı mənə verəcəksən.

Tacir bu sözləri deyib gizlincə çantasına 2 qara daş qoydu. Xoşbəxtlikdən qızcığaz sahibkarın hiyləsini öncədən anladı.


Ardı →

Əliaçıqlıq

Bir xəsis öz səyahətləri zamanı sufi bir şəxsə rast gəlir və onlar yollarına birgə davam edirlər.

Getdikləri yolda zamanın tez keçməsi üçün xəsis danışmağa başlayır. O sufiyə ticarətdən necə pul qazandığını, hər qəpiyini necə qoruduğunu, öz həyatı boyu hansı sərvətləri topladığını və hazırda qohumlarının ona necə paxıllıq etdiyini danışır.

Xəsis elə hey həyəcanla deyirdi:

-Bir düşün: onlar ki, əsl tənbəllərdir! Ac dilənçilər! Onlar məni qənaətcil olduğum üçün simic adlandırırlar!

Sufi ciddi şəkildə dedi:

Onlar haqlı deyil, mən ömrümdə sənin kimi səxavətli insana rast gəlməmişəm!

Doğurdan? – deyə xəsis təəccüblə və inamsız şəkildə soruşdu.

Sufi cavab verdi:

— Doğurdan. Sən əslində özünün qənaətcil olduğunu güman edirsən. Əslində sənin əli açıqlığın sərhədsizdir. Elə bir gün gələcək ki, sən istəsən istəməsən də bütün sərvətini öz varislərinə ötürəcəksən: hətta sevdiyin və nifrət etdiklərinə belə sənin sərvətindən pay düşəcək.
Davamı →

Təhlükə

Evin kiçik siçanı divardakı dəlikdən baxarkən cütçü və yoldaşının mətbəxtdə bir paketi açdıqlarını gördü. Öz-özünə: "İçində hansı yemək var görəsən ?" deyə düşündü. Bir müddət sonra, gördüyü paketin bir siçan tələsi olduğunu anladığında məyus olmuşdu.

 — «Evdə bir siçan tələsi var!, Evdə bir siçan tələsi var!» deyə qışqıraraq təlaşla bağçaya qaçdı. Balaca siçanı təlaş içində görən toyuq buna əhəmiyyət vermədi və çoxbilmiş bir rəftarla başını qaldırdı və qaqqıldadı :

 — «Yazıq siçan… Bu sənin problemindi mənim deyil. Mənə bir zərəri ola bilməz kiçik tələnin» dedi. Toyuqdan kömək görməyən siçan bu dəfə təlaşla donuzun yanına qaçdı və...

— «Evdə bir siçan tələsi var!  Evdə bir siçan tələsi var!» deyə çırpındı. Donuz anlayışla qarşıladı amma...

 — " Çox təəssüf edirəm siçan qardaş, amma dua etməkdən başqa edəcəyim bir şey yoxdu. Dualarımda olacağından əmin ol "- dedi. Balaca siçan çarəsizlik içində inəyə tərəf getdi və...

 — «Evdə bir siçan tələsi var, evdə bir siçan tələsi var!»- dedi. İnək:

 — " Bax siçan qardaş, sənin üçün təəssüf edirəm, amma məni maraqlandırmır." dedi. Sonunda siçan başı aşağı ümidsiz şəkildə evə qayıtdı. Cütçünün siçan tələsi ilə bir gün tək başına qarşılaşmaq məcburiyyətində olduğunu anladı. O gecə evin içində sanki ölüm səssizliyi var idi. Balaca siçan ac və susuz idi. Tam yorğunluqdan gözləri yumulurdu ki, birdən bir səs eşidildi.


Ardı →

Daedalus və İkarus əfsanəsi

Yunan əfsanələrindən biri olan Daedalus və İkarus, həll yolu tapmaq və müvəffəqiyyətin həzzindən ötəri, idarəni itirmək mövzusunda ilham verici bir əhvalatdır.

Daedalus və oğlu İkarus Girit Kralı Minos tərəfindən labirintə salınır. Daedalus bu zindandan çıxmaq üçün qartalların uçuşlarını izləyər və müxtəlif quşların tüklərini yığaraq, bunları bal mumu ilə yapışdıraraq özünə və oğluna qanad düzəldir. İkarusa qanadlarını geyindirərkən "Çox yüksəyə uçsan bal mumu əriyər, qanadlarını çox açsan dənizin nəmini əmər; uçarkən orta səviyyədə qal və məni təqib et."- deyə nəsihət verdi.

Girit adasından Sicilya'ya doğru uçarkən İkarus uçuşun zövqündən sanki ovsunlanar və yüksəyə qalxar. Qanadlarındakı bal mumunun əriməsiylə dənizə düşərək həyatını itirər.

«Quru və dəniz keçidi göstərməyə bilər. Sən havanı sına. Yetər ki, həll axtar. Həll yolu tapılar.»
Davamı →

Güldürərkən gülməyi unudan kloun

Bir gün bir adam həkimə gəlib deyir ki, yaman kədərliyəm, ürəyim partlayır,  mənə bir əlac elə… Heç bir şeyə gülə bilmirəm… Həyat mənasız gəlir…
Həkim nə edəcəyini bilmir və onu başqa həkimin yanına göndərir. Ölkədə heç bir həkim bu adamın dərdini tapa bilmir..Beləcə uzun bir müddət keçmiş və gülməyi bacarmayan adam çarəsiz qalmış…
Sonda ilk getdiyi həkimin yanına yenidən getmiş. Həkim bu dəfə ona məsləhət vermiş: Sənin fiziki heç bir qüsurun yoxdu psixoloji olaraq özünü güldürməyə çalış. Sənin kimi çox xəstələr illərdi gəlir mən artıq bunun çarəsini tapmışam. İlin bu mövsümü hər il bir kloun gəlir şəhərə. Dünəndən etibarən artıq şəhərdədi. Nə qədər stresli olursam olum o çıxış edəndə gülməkdən özümü salaya bilmirəm. Sənə məsləhətim gəl səndə bugün o klounun çıxışına baxmağa get təsirini görəcəksən.
Cavabında kişi deyər: Həkim..mən bacarmaram. Çünki həmin kloun mənəm!


Davamı →

Kərpiclər

— Salam! Siz mənə bir az pul verə bilərsiniz?

— Nəyə görə mən sizə pul verməliyəm? -deyə qadın soruşdu.

— Çünki mənim bir əlim yoxdu.

— Yaxşı. Siz həyətdən mənim evimə kərpic daşısanız, mən sizə pul verəcəyəm.

— Mən bunu necə edərəm? Axı mənim bir əlim yoxdu!

Qadın kişiyə bunu necə edəcəyini nümayiş etdirmək üçün bir əlini belinə qoyur və digər əli ilə kərpici götürür və evə gətirir.

Kişi bütün gün boyu evə kərpic daşıyır və günün sonunda qadın onun pulunu ödəyir.
Ardı →

Dalğanın hekayəsi

Bu, keçmiş zamanlarda okeanda ləpələnən kiçik bir dalğanın hekayəsidir.

O, külək və təmiz havadan həzz alırdı, ətrafındakı digər dalğalarınsahilə çırpıldığını gördüyü o vaxta qədər. «Allahım, bu dəşhətlidir», -dalğa dedi. «Mənim başıma nə gələcəyinə bir bax!» Sonra birdən, başqa bir dalğa yaranır. O, əhvalı pis görünən birinci dalğaya baxır və deyir: «Nə üçün bu qədər qəmgin görünürsən?»

Birinci dalğa cavab verir: «Sən başa düşmürsən! Bizim hər birimiz yox olacağıq! Səncə, bu qorxunc deyil?»

İkinci dalğa söyləyir: «Yox, sən başa düşmürsən. Sən dalğa deyilsən, sən okeanın bir parçasısan!»

«Bəzən biz yalnız özümüzü düşünməkdən əl çəkib, həyata daha böyük pəncərədən baxmalıyıq.» — Amy Alusa

Mitch Albomun «Mori ilə çərşənbə axşamları» adlı kitabından.
Davamı →

Xristian pritçası

Bir dəfə keşişin yanına bir cütlük gəldi və dedi:

— Müqəddəs Ata — qadın söylədi — mən uşaq gözləyirəm, bizim isə artıq 4 övladımız var. İndi isə, beşinci olacaq. Yaşayışımız çox çətindir. Uşağı götüzdürmək (abort mənasında) istəyirik, bizə xeyir-dua verin.

— Görürəmki, siz çox çətinliklə yaşayırsınız — keşiş cavab verdi — nə etmək olar, övladınızı ölürmək üçün sizə xeyir-dua verirəm. Lakin böyük qızınızı öldürün, onun artıq 15 yaşı var: o bu dünyada az-çox yaşayıb, gün görüb, amma hələ doğulmamış övladınız isə heç günəş şüalarını belə görməmişdir. Onu bundan məhrum etmək ədalətsizlik olardı.

Qadın dəhşət içində üzünü əlləri ilə bağladı və hönkürməyə başladı.
Davamı →