Dil haqqında atalar sözləri

  • Dil ürəyin qapısıdır.
  • Neçə dil bilirsənsə, o qədər insansan.
  • Dildən bal da damar, zəhər də.
  • Şirin dil ilanı yuvadan çıxardar.
  • Dil qılıncdan itidir.


    Dil haqqında atalar sözləri

  • Söz çeynəyən çox, söz deyən az.
  • Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
  • Deyə-deyə dilimdə tük bitdi.
  • Dil yarası qılınc yarasından yamandır.
  • Dilini saxlayan salamat olar.
  • Ağlı qısa olanın dili uzun olar.
  • Sözü olana dil ver, söz eşidənə qulaq ver.
  • Başa bəla dildən gələr.
  • Nə dil bilsin, nə dodaq.
  • Başa dil gətirəni, el gətirə bilməz!
  • İnsan — dilindən tutular, heyvan — buynuzundan.
  • Dilini dişinlə tut.
  • Şirin dil — insan ürəyinə açardır.
  • Dil aldadar, göz düzünü deyər.
  • Dil ucundakı şirin yalan, qarmaq ucundakı yem kimidir.
  • Xəncər bir nəfəri kəsər, dil min nəfəri.
  • Bal arını çəkər, şirin dil — insanı.
  • İnsan dilindən iti nə bıçaq var, nə balta.
  • İp nə qədər uzun olsa da, dil ondan uzundur.
  • Yaxşının sözü dilində, yamanın kini ürəkdə.
  • Acıdil bal satandan, şirindil bibər satan yaxşıdır.
  • Təzə bir dil öyrənmək təzə bir adam tapmaq kimidir.
  • Heyvanı qulağından, insanı dilindən tutarlar.
  • Dil zəhərdən acı, baldan şirin, qılıncdan kəskindir.
  • Boşboğazın dili işlər, zəhmətkeşin əli.
  • Borc verənin dili uzun olar.
  • Ayığın fikrində olan sərxoşun dilində olur.
  • Bir təbəssüm dünyanın ən gözəl dilidir.
  • Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar.
  • Dil ilə bütün dünyanı da əkmək olar, əl ilə bir parça torpağın öhdəsindən gəlmək çətindir.
  • Alim yanında dilini saxla, usta yanında — əlini.

 

 

0 şərh