Əli və Nino əsərindən mənalı sitatlar

Yaralansan sənin yaralarını da sevərəm.

Əli və Nino

 


  • Bununla belə mən Ninonu yenə sevirəm. Onun gözlərini, səsini, gülüşünü, danışıq və düşüncə tərzini sevirəm.
  • Dəniz ilə sahil daimi mübarizədə birləşən ər-arvad kimidirlər.
  • Mən çox yorğun və çox xoşbəxt idim.
  • Gözlərini yum, qulaqlarını əllərinlə ört və yalnız qəlbini aç.
  • Sən demə, xoşbəxtliyə bulaşmaq üçün mütləq bədbəxtçiliyin içindən keçib-getmək lazım imiş.
  • Mən səni sevirəm, sən də məni. Lakin mən meşələri və çəmənlikləri sevirəm, sən isə dağları, daşları və qumu, çünki sən səhra övladısan. Buna görə də səndən, sənin məhəbbətindən, sənin aləmindən qorxuram.
  • Nino: «Həyat nə qədər sirli imiş», deyib yatardı. Gecələr oyanar, dirsəyimə toxunar, sonra qürur və lovğalıqla: «Mən Ninoyam», deyib yenə yatardı və mən onun incə çiyinlərini yorğanla örtərdim.
  • Elə bil, o, uzaqlarda öz-özünü axtarırdı.

Əli və Nino əsərindən mənalı sitatlar eli ve nino kitabi

Qadın tez sınan incə qaba bənzəyir. Bunu bilmək sənə vacibdir. ..Onunla səbirli ol. Qadınlar uşaq kimidirlər, amma uşaqlardan fərqli olaraq onlar daha hiyləgər və daha yaman olurlar. Bunu da bilməlisən, bu çox vacib məsələdir.

Əli və Nino

 

  • İmtahanlardan məni yalnız bir həftə ayırırdı və mən evdə, otağımda oturub, Xəzər dənizi sahillərində latın dili dərsinin mənasız olduğu barədə düşünürdüm.
  • İmtahanlardan heç nagirançılığım yox idi. Şübhəsiz, imtahanları verəcəyəm. Kəsilsəydim də dünya dağılmazdı.
  • Bu dünya vahimə və tapmaca ilə, cin və şeytanlarla doludur. Baxış sahəsi dardır, keçilməz və qaranlıqdır.
  • Sabahı düşünən adam heçvaxt qəhrəman ola bilməz.
  • Sabahın qayğısını çəkmə.
    Çünki sabahı düşünmək insanı qorxaq edər..
  • Sübh açılan kimi özümə söz verdim ki, evdə hamı ilə nəzakətli davranacağam. Amma evdəkilərin çoxu yatdığı üçün bu, mümkün deyildi. Məktəbə gedərkən yolda hər dilənçiyə pul verdim. Arxayın olmaq üçün. Üstəlik elə həyəcanlı idim ki, bir dilənçiyə beş qəpik yerinə bütöv bir manatlıq verdim. Dilənçi də ağızdolusu təşəkkür edəndə, ona qürurla dedim: «Mənə təşəkkür etmə, Allaha şükür elə ki, o, məni belə comərdliyə sövq elədi».
  • Belə möminliklə danışandan sonra imtahandan kəsilmək qeyri-mümkün idi
  • Öz xalqının taleyi ilə maraqlanmaq və onun qeydinə qalmaq, siyasətlə məşğul olmaq demək deyildir. ..elə vaxtlar olur ki, xalqın taleyini düşünmək və onun qeydinə qalmaq bir vəzifəyə çevrilir.
  • İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı kimi dar və əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının qurduğu neft qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı. Bakı hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi.
  • «Bizim diyarda hər şey gözəldir» -deyə söyləməyə başladılar. Ancaq bu diyarın ən gözəl şeylərindən biri də qarabağ atları idi.
  • Ey xan! Bizim şöhrətli əcdadlarımız özlərinə daha böyük və başqalarını dəhşətə salan ad qazanmaq üçün bu diyara ayaq basanda, onlar: «Qara bax! — Bax… orada qar var!» — deyə qışqırdılar. Amma dağlara yaxınlaşanda və balta dəyməmiş meşəni görəndə qışqırdılar ki, «Qara bağ!». Və o zamandan bəri bu diyara Qarabağ deyilir. İndi, ey xan, bil ki, bizim diyar qədim və şöhrətli bir diyardır".
  • Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası vardır?
  • Çünki qarada ağ, ağda da qara vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, dünyada kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və hər ruh da bizim bir parçamızdır.
  • Şəhərimizin küçələrində əsrlər boyunca çoxlu qan axmışdır. Bizə güc və cəsarət verən də elə bu qandır.
  • Mən müharibə olmayan bir ölkə axtarıram
  • Amma mənim fikrimcə bütün peyğəmbərlərin səsi ilə vəhy edən varlıq — Allah — birdir. Buna görə mən İsaya, Musaya, Konfutsiyə, Budda və Məhəmmədə də inanıram.

 

..Ömər Xəyyamın bir rübaisi yadıma düşdü:
Şahmat taxtasıdır gecəylə gündüz
Orda oyun oynar insanla fələk
Onu qaldıraraq deyər “şah” və “mat”
Sonra öz yerinə qoyar salamat.

Əli və Nino

 

 

0 şərh