Dürüstlük Haqqında Atalar Sözləri

 

Sözün ilə işin bir olsun.

Atalar sözü

 


 

  • Dostun dost olsun, hesabın dürüst.
  • Yüz yalandansa bir doğru yaxşıdır.
  • Düz sözə boynum qıldan nazikdir.
  • Kişi öz sözünün ağası olar.
  • Dili Doğru, yolu Doğru.
  • Uşaq sözün düzünü deyər.
  • Sözün düzünü uşaqdan xəbər al.
  • Doğru söz acı olar.
  • Doğru sözdən xəta gəlməz.
  • Sözün doğrusun de, min atını çap.
  • Boz üzüm var, doğru sözüm.

Dürüstlük Haqqında Atalar Sözləri

Dürüstlük haqqında Atalar Sözləri

Doğru dost kinsiz olar, hər nə var üzə deyər.

Atalar sözü

 

  • Dürüst insanın bəhanə gətirməsinə ehtiyac yoxdur.
  • Sözün düzünü zarafatda deyərlər.
  • Söz vermək asandır, yerinə yetirmək çətin.
  • Doğru söz dəmiri dələr.
  • Doğruya zaval yoxdu, çəksələr min divana
  • Sən doğru ol, əyri bəlasını tapar.
  • Qaraca üzüm var, doğruca sözüm.
  • Dəlidən Doğru xəbər.
  • Söz bir olsa, dağ oynayar yerindən.
  • Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.
  • Doğru söz acı olar, nəticəsi şirin.
  • Yalana min yol gedir, doğruya bir yol.
  • Doğru elə bilər, hamı doğrudu, əyri elə bilər, hamı əyridi.
  • Yalanı necə istəsən dolandır, doğrunun yolu birdir.

 


 

Hesabda doğru ol, hesabdar olma, hesab bilməyənlə durub oturma.

Atalar sözü

 

 

0 şərh