Hayku ustadı Matsuo Başou
"İçinizdə sizə bir şeylər demək istəyən bir işıqmı doğdu,
oturun və yazıya tökün bunu, yoxsa unutmaqdır sonu”
Davamı →
oturun və yazıya tökün bunu, yoxsa unutmaqdır sonu”
Matsuo Başou
5-7-5 ölçülü üç misralıq yapon hayku şeiri dünyada ən qısa şeirdir. Əvvəllər haykay, hokku, XIX əsrin sonlarından etibrən isə hayku adlanır. Haykay kimi tanınan ədəbi janr renqa adı verilən asılı sətirlərin istifadəsiylə başlamışdır. Haykay janrında əsas götürülən mövzular adi insanların gündəlik yaşam tərziydi və dili də əks olunan səhnələrə görə seçilirdi. Sözügedən janr XVI əsrdə böyük rəğbət qazandığından «haykayşi” adlanan haykay mütəxəssisləri, müəllim və şairlər ortaya çıxmağa başlamışdır. XVII əsrdə haykay mütəxəssisləri köhnə nümunələri də əsas tutaraq yeni istiqamətlər müəyyənləşdirmişlər.
Davamı →