Türkün nəğməsi | Məhəmməd Hadi
Türkün nəğməsi
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
XIII-XIV əsrlərdə baş vermiş mühüm ictimai-siyasi və tarixi hadisələr Azərbaycanda sabitliyin pozulmasına səbəb oldu. Çingiz xanın yürüşlərinin vurduğu yaralar sağalmamış Toxtamışın, Teymurun basqınlarına məruz qalan Azərbaycan böyük itkilər verdi. İşğalçılara qarşı vaxtaşırı baş verən üsyanlar insan qırğınına, şəhər və kəndlərin dağılmasına səbəb olurdu. Yerindən-yurdundan didərgin düşən əhali başqa ölkələrə üz tutur, xəstəlik, aclıq və ölümlə qarşılaşırdı.
Digər tərəfdən, orta əsrlərdə hakim olan ideologiyanın ağır təzyiqləri XIV- XV əsrlərdə açıq və gizli mübarizə üçün zəmin oldu. Müxtəlif təriqətlərin, cərəyanların yaranmasının bir mühüm səbəbi də məhz bu idi.
Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr — şeir parçaları ideya-məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.
Ahəng — eyni ölçülü səslərin növbələşməsi, təkrarlanması və bir-birini izləməsidir. Ölçü, qafiyə, bölgü, rədif şeirdə ahəng yaradan əsas vasitələrdir.
Alleqoriya — yunan sözüdür, rəmzlə danışmaq deməkdir. Alleqoriyada fikir şəxsləndirilmiş obrazlar: heyvanlar, quşlar, cansız əşyalar, bitkilər və s. vasitəsilə çatdırılır. Məsələn, Füzuli “Söhbətül-əsmar” poemasında bağ, bostan bitkilərini canlandırma yolu ilə mənsəb, şöhrət düşkünü olan insanları tənqid etmişdir.
Bədii sual — bəzən əsərdə fikir sual şəklində ifadə olunur. Bu, hər hansı məlumatı öyrənmək üçün qurulan sual cümləsindən fərqli olaraq, emosionallığı artırmaq, fikrin daha qabarıq ifadəsinə nail olmaq məqsədi daşıyır. Bədii sualdan lirik əsərlərdə daha çox istifadə olunur.