Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Qadın və Kişi romanından mənalı sözlər | Kitab sözləri

Fransız yazar Mark Levi sayca on altıncı romanı olan və özündə bir qədər avtobioqrafik nüansları birləşdirən «Qadın və kişi» romanında macəradolu romantika ilə komediyanı bir araya gətirir.
Əsərdən seçdiyimiz mənalı cümlələri və maraqlı dialoqları bəyənəcəyinizə ümid edirik.

Bəlkə də əsl sevgi budur. Qarşılıq gözləmədən ,əsas da peşmançılıq çəkmədən bağışlamağı öyrənmək.Boz səhifələri silib təzə al-əlvan səhifələr yazmaq .Sevgi hər şeyin yaxşı nəticələnməsi üçün mübarizə aparmaqır.

Qadın və Kişi, Marc Levi

Çox qeyri-adi yanaşmadır. Adətən, insanlar «dost qalaq» sözünü bir-birilərindən ayrılanda deyirlər...

 Ürəkdolusu ağla. Yüngülləşəcəksənsə, ağla. Sevgi ağrısı adama it əzabı çəkdirir, amma tənha həyat daha böyük bədbəxtlikdir.

İstəyərdim ki, qəlbimə toxunan, məni güldürən sözlər eşidim...

Axı nə üçün qızlar həmişə onlara əzab verən kişilərə dəlicəsinə aşiq olurlar, amma onlar üçün göydən ulduz qoparmağa hazır olanlara laqeyd yanaşırlar?


Davamı →

Elxan Elatlının kitablarından mənalı sitatlar | Kitab sözləri

 

Tanrı bizi hər an qarşımıza çıxan və geriyə dönüşü olmayan yeni həyat cığırlarının ən doğru olanına yönəltməya çalışır. Biz isə bunu bəzən anlamır, bizi fəlakətə aparan yanlış cığıra düşürük…

Elxan Elatlı, On Dördüncü Adam

 

 

Makiyajla-filanla arası yox idi. Sadəliyi və təbiliyi hər şeydən üstün tuturdu.
Alternativ Əməliyyat

 

Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur…
Niyə Susursan, Polkovnik?

 

Qadının ağlamasına birthərə dözmək olur., kişinin ağlamasına isə dözmək çətindir.
Uğursuz Gecə


Davamı →

Cəhənnəmdən Gələn Səs kitabından mənalı sitatlar | Kitab sözləri

 

– Hardan zəng vurursunuz?
– Cəhənnəmdən..
– Məni ələ salırsız?
– Yox! — yad qadın hökmlə dilləndi.
— Mən Ermənistandan zəng vururam...

Elxan Elatlı, Cəhənnəmdən Gələn Səs

 

– Heç bilirsiniz çılpaqlıq nədir?
– Nədir?
– Bilirsiniz, qadının üzündə bir həya pərdəsi olmalıdır. Bu pərdə götürüləndə qadın çılpaqlaşır. Başqa vaxt yox.
– Tam anlaya bilmədim.
– Baxın, bir qadın ola bilsin, boğazından topuğuna qədər geyimə bürünər. Amma gözlərində, sifətində elə həyasızlıq oxuna bilər ki, onun çılpaq olduğunu düşünərsən.

 

– Ananı çox sevirsən?
– Çox! — Onun yolunda tərəddüd etmədən ölümə gedərəm. Bəs siz ananızı sevmirsiz?
– Heç ananı sevməmək olar? Həm də qocaldıqca daha çox sevirəm onu. Sanki, nə vaxtsa itirməkdən qorxuram...

Cəhənnəmdən Gələn Səs kitabından mənalı sitatlar | Kitab sözləri kitablar


Davamı →

"Bir ovuc torpaq” romanında mənalı sitatlar | Kitab sözləri

«Bir ovuc torpaq” romanı Varisin sayca ikinci kitabıdır. Bu kitab üəllifin oxuculara təqdim olunan birinci kitabı olan “Sonuncu ölən ümidlərdir” kitabı təkrar nəşrlə birgə 11 min tirajla çıxıb və böyük oxucu kütləsinin rəğbətini qazanıb. 

Günahkar kimdir, silahı icad edən, onu düzəldən, atəş açmaq əmrini verən, yoxsa atəş açan?

-Varis ,Bir Ovuc Torpaq

 


"Bir ovuc torpaq” romanında mənalı sitatlar | Kitab sözləri varis

  • Həyat Allahın insana verdiyi ölüməqədərki möhlətdir.
  • Bəzən “əlvida” deyib gedirsən, ancaq sonradan necə olursa, qayıdıb gəlirsən. Hərdənsə gedəndə “hələlik” deyirsən, ancaq bir də heç vaxt geri qayıtmırsan…
  • Bezikdiricilikdən qaçın. Nə siz başqalarından bezin, nə də onlar sizdən bezsinlər. Hətta dostlarla ünsiyyətə belə məhdudiyyətlər qoyun.
  • Agıllı adamlar taleni özləri yazır, səfeh adamlar isə yazılanları icra edirlər.

Davamı →

«O Gecə Yağış Yağırdı» əsərindən sitatlar | Elxan Elatlının çox satan kitabı

 «O Gecə Yağış Yağırdı» əsərində yazıçı Elxan Elatlının bu janra ilk qələm təcrübələri olan dörd hekayə və iki povest yer alıb. 

Mənim fikrimcə, hörməti ancaq öz peşəni sevmək və bu peşədə yüksək qabiliyyət nümayiş etdirməklə qazanmaq olar.

-Elxan Elatlı,O Gecə Yağış Yağırdı

 


 

  • İnsan üçün məhəbbət nə sirrli bir qüvvə imiş…

  • Onlar o gün­dən görüşməyə başladılar və bir-birlərinə elə dərin məhəbbətlə bağlandılar ki, «sevirəm» sözü bu məhəbbəti ancaq adiləşdirə bilərdi.

  • Belə deyirlər ki, qatil öz öldürdüyü adamın meyidinə baxanda meyidin yarasından qan sızar.

  • Polis Akademiyasında bizə mühazirə oxuyan Qanbay Qasımlı deyirdi ki, «Bəzən ən adi bir söz, ən kiçik bir detal cinayətin sirrinin açılmağına səbəb ola bilər».

Davamı →

Elmi kitablardan düşündürücü sitatlar | Kitab sözləri

 

“Başqalarını tanımaq ağıl əlamətidir, özünü tanımaq — müdriklik”.
Lao Tzu, Daosizm

 

Zaman — Tanrının yaratdığı Kainatın ayrılmaz bir xüsusiyyətidir, ona görə də, Kainat meydana çıxana qədər başlanğıc zaman da mövcud olmayıb.
Stephen W. Hawking, Zamanın Qısa Tarixi

 

Həqiqət həmişə həqiqətdir; istər onu müşahidə yolu ilə, istərsə də əqli nəticə ilə dərk edək.
Aminə Sədr, Tanrını Axtaran Qız

 

Qəlbin missiyası — həyat hadisələrindən dərs almaq və müdrikləşməkdir.
Joe Dispenza, Kendiniz Olma Alışkanlığını Kırmak

 

Gülüş və təbəssüm immun sistemini gücləndirir, bədəni xəstəliklərdən qoruyur, müalicə edir, ömrü uzadır. Yumor sağaldır .
Allan Pease, Bədən Dili

 


Davamı →

Dedektiv kitablardan sitatlar | Kitab sözləri

 

Əgər adamı lazım olan qədər qorxutsan, o düşünməyi bir kənara buraxır və əvvəldən öyrədildiyi şəkildə avtomatik hərəkət etməyə başlayır.
Jo Nesbo, Qisas ilahəsi

 

«Yaxınlarını sevməyi bacar» — demək olar ki bütün dinlərdə deyilir, «bağışlamağı bacar».
Çingiz Abdullayev, Bumeranq zərbəsi

 

Bir insanın əsl xarakteri əlinə güc keçdiyi zaman ortaya çıxar. (Avraam Linkoln)
Elxan Elatlı, Eksperiment


Davamı →

Məşhur yazıçıların əsərlərindən mənalı sözlər | Kitab sözləri

 

Bir nəfər tövbə etmiş günahkar Tanrıya, yüzlərlə mömindən daha xoş gəlir.

Lev Tolstoy, Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir?

 

Əldə etdiyin xoşbəxtlik və uğurlar sənə o vaxt bağışlanar ki, onları ürək açıqlığı ilə başqaları ilə bölüşməyə hazır olasan.
Albert Camus, Çöküş

 

Suyu sakit axan geniş çayda üzərkən, ulduzları seyrə dalmaq nə xoş idi…
Mark Twain, Heklberri Finnin Macəraları

 


Davamı →

Türkcə kitablardan mənalı sitatlar | Kitab sözləri

 

Kötü giden her şeye inat bir hayal kur kendine…

Beni İçinden Sev, Ahmet Batman

 

  • Çektiğim hiçbir acı nedensiz değil. Ben onlar sayesinde «ben» oldum.
    Doğan Cüceloğlu, Var mısın?

  • Bazen tek ihtiyacımız olan,
    Bir el ve bizi anlayacak bir yürektir…
    Sevgi Duvarı, Can Yücel

  • Çiçeğe dokunuşu çiçekten güzel.
    Zülfü Livaneli, Balıkçı ve Oğlu


Davamı →