Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Qürur və Qərəz kitabından mənalı sözlər | Ceyn Osti (Jane Austen)

İngilis yazar Ceyn Ostinin  “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Əsərdə  hadisələr romantik, sakit bir axarda cərəyan edir.
Bu məqalədə «Qürur və qərəz» əsərindən mənalı hesab etiyimiz kitab sitatlarını sizlərlə paylaşdıq.

Qürur bizim özümüzə aid elədiyimiz anlayışdı, təkəbbür isə başqalarının bizə şamil elədiyi sözdü.

Ceyn Osti, Qürur və Qərəz

Davamı →

Ən çox satılan kitablardan mənalı sitatlar

Gülmək günəş kimidir, o, insanların üzündəki qış soyuğunu qovur.

Victor Hugo, Səfillər

  • Hərdən xatirələr, zamanın saraltdığı,detallarını görə bilmək üçün xüsusi işıq tələb edən şəkillərə bənzəyir..
    Marc Levy, Yenidən Başlamaq Mümkün Olsaydı
  • Bir çiçəyi böyüdən sevgi, səncə insanı dəyişdirə bilməz?
    Antuan de Sent-Ekzüperi ,Balaca Şahzadə
  • Bəs sevgiylə çalışmaq nə deməkdir?
    Bu öz ürəyinin tellərindən paltarlar toxumaq deməkdir, sanki onları sənin sevgilin geyinəcək
    Oşo, Bizə Sevgidən danış
  • «Uşaqlar rəngləmə albomları deyil.Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən»
    Khaled Hosseini, Çərpələng Uçuran
  • "İllər necə də sürətlə gəlib keçir!«Yenə də özündən soruşursan:»Axı ,nə elədin ki,bu uzun illər belə tez ötüb keçdi. Ömrünün ən yaxşı günlərini harada məzara gömdün?Sən yaşayırdın ya yox?"
    Fyodor Dostoyevski, Bəyaz Gecələr
  • Nə qədər qəribə görünsə də, mənəvi varlığın parçalanmasından əmələ gələn mənəvi yara da fiziki yara kimi yavaş-yavaş qaysaq bağlayır.
    Lev Tolstoy, Hərb və Sülh
  • İnsanlar ən çox nədən qorxur? Bu çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan, söyləyəcəkləri yeni sözlərdən qorxurlar...
    Fyodor Dostoyevski, Cinayət və Cəza
  • İnsanlara toxunmaqdan çəkinən, hələm-hələm sevdiklərini qucaqlamayan insanlara təəssüflə baxıram. Çünki, çox şey itirirlər.
    Joe Navarro, Bədən Dili

Davamı →

Əli və Nino əsərindən mənalı sitatlar

Yaralansan sənin yaralarını da sevərəm.

Əli və Nino

 


  • Bununla belə mən Ninonu yenə sevirəm. Onun gözlərini, səsini, gülüşünü, danışıq və düşüncə tərzini sevirəm.
  • Dəniz ilə sahil daimi mübarizədə birləşən ər-arvad kimidirlər.
  • Mən çox yorğun və çox xoşbəxt idim.
  • Gözlərini yum, qulaqlarını əllərinlə ört və yalnız qəlbini aç.
  • Sən demə, xoşbəxtliyə bulaşmaq üçün mütləq bədbəxtçiliyin içindən keçib-getmək lazım imiş.
  • Mən səni sevirəm, sən də məni. Lakin mən meşələri və çəmənlikləri sevirəm, sən isə dağları, daşları və qumu, çünki sən səhra övladısan. Buna görə də səndən, sənin məhəbbətindən, sənin aləmindən qorxuram.
  • Nino: «Həyat nə qədər sirli imiş», deyib yatardı. Gecələr oyanar, dirsəyimə toxunar, sonra qürur və lovğalıqla: «Mən Ninoyam», deyib yenə yatardı və mən onun incə çiyinlərini yorğanla örtərdim.
  • Elə bil, o, uzaqlarda öz-özünü axtarırdı.

Davamı →

Da vinçi şifrəsi əsərindən mənalı sözlər və sitatlar | Den Braun

Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan dedektiv-triller janrında roman.

  •  Azca inamı olsa, insan möcüzələr yaratmağa qadirdir.
  • PHİ ədədi, kainatda ən gözəl rəqəm hesab olunur.( PHİ = 1,618)
  • Kim ki həqiqət axtarışındadır, dostdan da irəlidir.
  • İnsan sadəcə Təbiətin qanunları ilə yaşayır, ona görə də incəsənət — Allahın yaratdığı gözəlliyin insan tərəfindən imitasiya edilməsi cəhdidir.
  • Tarix qaliblər tərəfindən yazılır. Və o vaxt ki, iki mədəniyyətin toqquşması baş verir, məğlubun üstündən xətt çəkilir. Qalibsə özünü mədh edən, məğlubu alçaldan tarixi kitablar yazır.

Davamı →

Tostoy Şekspirə niyə nifrət edirdi?

Şekspir çoxları tərəfindən sevilsə də, onun yaradıcılığı heç də birmənalı qarşılanmır.
Üstəlik, bütün zamanların ən böyük dramaturqu kimi onun hakimiyyətinə meydan oxuyan, ən az Şekspir qədər məşhur yazıçılar da az deyil.
Üç illik qısa teatr tənqidçiliyindən sonra Corc Bernard Şou "Şekspirin fəlsəfəsinin boşluğuna" gözlərimizi açmağa borclu olduğunu hiss etdi. İngilis ədəbiyyatı alimi C.R.R. Tolkien də Şekspiri sevməyənlər arasında idi və onun bu mövqeyindən qorxurdular. Volter isə hər dəfə Şekspirdən söz düşəndə özünə hakim ola bilmirdi.

Davamı →

Yeraltı (underground) ədəbiyyat nədir?

“Yeraltı mədəniyyət” müasir incəsənətdə (musiqi, ədəbiyyat, kino, təsviri incəsənət və s.) kütləvi mədəniyyətə, əsas və rəsmi sənətə zidd olan yaradıcı meyllər toplusudur. “Yeraltı mədəniyyət”ə qeyri-rəsmi, müstəqil və ya senzuralı növlər və sənət əsərləri daxildir. “Yeraltı” ilə əsas cərəyan arasındakı sərhəd həmişə bulanıqdır, çünki bir “yeraltı” olaraq başlayan bir çox sənət növü və əsərləri zaman keçdikcə populyarlaşdı və geniş yayıldı. “Yeraltı”, hakim ideologiyanı pozmaq, üslub və dil məhdudiyyətlərini bilməmək, ümumiyyətlə, qəbul edilmiş dəyərləri, normaları, sosial və bədii ənənələri rədd etmək, tez-tez ictimaiyyəti şoka salmaq, üsyanla xarakterizə olunur.

Davamı →

İnsanı Yaşadan Nədir? əsərindən mənalı sözlər | Lev Tolstoy


Dahi yazar L.N.Tolstoyun müəllifi olduğu "İnsanı Yaşadan Nədir?" əsərində 5 hekayə yer alır. Bu hekayələr insanın həyatdakı qayə və vəzifələrinə, qarşısıalınmaz güc olan sevgiyə, fitrətindəki işığa, eyni zamanda tamah və gözütoxluq, qəzəb və şəfqət kimi ziddiyyətli xüsusiyyətlərə yenidən nəzər salmağımızı təmin edir. Buradakı hekayələrin hər biri sizi fərqli dünyalara götürəcək, ağlınızı, ruhunuzu və qəlbinizi aydınladacaq, bəzən vicdanınızla üz-üzə qoyacaq, bəzən isə içinizdə kilidlənmiş qapıları açıb yaxınınızın, qonşunuzun qapısını döyməyə vasitə olacaq gücdədir.

  • Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.

  • Anladım ki insan sevgi ile yaşayır...

  • Çünki əslində, Yaradan elə sevginin özü imiş...


Davamı →

Elxan Elatlının Xəyanət romanından mənalı sözlər

Xəyanət romanı Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.. 

  • Zülmət qaranlığın düz içində idi.Qaranlıq isə elə qaranlıqdır.Nə olduğu bilinmir.

  • Yəqin ki, əlçatmaz zirvələri fəth etmək adama daha çox ləzzət verir.

  • Doğma olmaq üçün eyni qandan olmağa gərək yoxdur.

  • Axı insanları bir-birinə yaxınlaşdıran, doğmalaşdıran təkcə qohumluq əlaqələri deyildi.

  • Bilirsən də, bir sadiq adamlar sirr saxlayırlar, bir də ölülər…


Davamı →

Xalid Hüseyninin “Min möhtəşəm günəş” romanından mənalı sitatlar

Xalid Hüseyninin müəllifi olduğu “Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə. 

  • Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.

  • Hər sınağın,hər dərdin bir səbəbi var.

  • Sirrini küləyə desən, ağaclara dediyi üçün günahlandıra bilməzsən..

  • Bəzən mənə elə gəlir ki, sən mənim dünyada olan hər şeyimsən...

  • Bir-birini anlayan, başa düşən baxışlar....

  • Ətrafda bu qədər möcüzələr var ikən, niyə axı bu adamlar hamısı bunca laqeyddirlər?


Davamı →