ADIN NƏDİ?BƏS KİMLİYİN?

ADIN NƏDİ?BƏS KİMLİYİN?
Adım kasıb,qiymətim yox
Namusum var,dövlətim yox
Qeyrətim var,sudan təmiz ürəyim var,
Nə deyirsən?Dəliyəm mən?
Bax beləcə kasıbam mən!
Kasıb nədi?
Kasıb Bəndə.mərd ürəyi
Dili Şirin xoş sifəti
Bəs hamıdan nədi fərqi?
Fərqi odu,sevgisi yox,
Pulu yoxdu,hörməti yox
Hara getsə cavabı YOX!
Hər nə etsə cavabı YOX!
Nə istəsə cavabı YOX!
Təkcə ölüm sirdaşıdı,
Dostu onun baş daşıdı!
Qəbirdədi var-dövləti
VARLI NƏDİ DENƏN İNDİ?
Varlı demə pulu var onun
ONDA ONUN HORMƏTI VAR.
Hörmətsizdi!Hörməti var!
Qeyrətsizdi!Qeyrəti var!
Namussuzdu!Namusu var!
Hara getsə,hər nə etsə cavabı HE!
Urəyi daş,sifəti dağ
Amma həm şən,həm də xoşbaxt!
Üzü gülər,könlü təmiz!
BU SÖZLƏRİN ÜSYAN DEYİL?
Dırnaqdadı bu sözlərim,
Hər kasıba,hər varlıya aid deyil!
Daha dözmür şair qəlbim
Abbasam men.
Dərdim çoxdur,üzüm gülür
İşi düşsə dostum çoxdur,
Pulum yoxdur,kədərim var,
Hər nə etsəm,nə istəsəm cavabım var!
CAVABIN NƏ? 
Cavabım YOX!
BƏS SƏN KİMSƏN?VARLI KASIB?
Mən bilmərəm,Deyənim YOX!
 

0 şərh