1.7. Prinsip 7

Bəzən dövlət bazara müsbət təsir etmək imkanına malik olur
Adətən, bazar iqtisadi fəaliyyətin təşkilini çox səmərəli koordinasiya edir, lakin bu qaydadan bəzi mühüm kənaraçıxmalar mövcuddur. Dövlə­tin iqtisadiyyata müdaxiləsi iki səbəbdən məqsədyönlüdür: bu səmərəliliyin və bərabərliyin təmin olunmasına yönəldilirsə, yəni dövlət proqramlarının əsas məqsədi ya «iqtisadi piroqun» həcminin ölçülərinin artırılmasından, ya da onun bölüşdürülməsi üsulunun dəyişdirilməsindən ibarət olursa.
«Görünməz əl» adətən, bazarı resursların daha səmərəli bölgüsünə gətirib çıxarır. Lakin bəzən müxtəlif səbəblərə görə «görünməz əl» işləmir. Bazarın öz-özünə resursları səmərəli bölüşdürmək iqtidarında olmaması vəziyyətini təsvir edərkən  iqtisadçılar «bazarın müvəffəqiyyətsizliyi (iflas)» terminindən istifadə edirlər.
Bazarın müvəffəqiyyətsizliyi hallarından biri də xarici effektlərdir. Xarici effektlər (ekstremal hallar) adı altında bir insanın fəaliyyətinin dig­ərlə­rinin rifahına təsiri başa düşülür. Xarici məsrəflərə klassik misal ətraf mühitin çirklənməsidir. Əgər kimya zavodu atmosferə buraxılan zəhərli maddələrin təmizlənməsi üzrə xərcləri öz üzərinə götürməkdən imtina etsə o, ətraf  mühitə böyük ziyan vurmuş olacaqdır. Bu halda, dövlət ekoloji sahədə münasibətləri tənzimləyən qanunvericiliyin köməyilə cəmiyyətin iqtisadi rifahını yaxşılaşdır­maq imkanına malikdir. Xarici faydaya klassik misal biliklərin yaradılmasıdır. Alim mühüm bir kəşf etdiyi zaman bütün digər insanların istifadə edə biləcəyi mühüm resurs yaradır. Bu halda, dövlət elmin maliyyələşdirilməsi vasitəsilə cəmiyyətin iqtisadi rifahının yax­şılaşdırılması imkanını əldə edir.
Bazarın iflasının mümkün olan digər halı hər hansı bir firmanın və ya­xud kompaniyalar qrupunun bazar üzərində nəzarətinin bərqərar olma­sıdır. Bazar üzərində hökmranlıq – bazar qiymətləri səviyyəsinə iqtisadi subyektin (yaxud bazar subyektlərinin kiçik qrupunun) həlledici təsir et­mək qabiliyyə­tidir. Fərz edək ki, kiçicik şəhərdə yalnız bir quyu var, lakin suya bütün sakin­lərin ehtiyacı var. Quyu sahibi bazar hökmranlığına - bu halda su satışında inhisarçı mövqeyə malikdir, o, rəqabət sferasından kə­narda qalır, rəqabət vasi­təsilə «görünməz əl» tərəflərin maraqlarının qo­runmasına nəzarət edir. Bu hal­da, inhisarçının müəyyən etdiyi suyun qiy­mətinin meriya tərəfindən tənzim­lənməsi bazarın iqtisadi səmərəliliyini xeyli artıra bilər.
«Görünməz əl» daha da az həddə iqtisadi nemətlərin ədalətli bö­lgüsünü təmin edə bilir. Bazar iqtisadiyyatı insanları digər insanların öz pullarını ödə­mə­yə hazır olduqları nemətləri istehsal etmək qabiliyyətinə uyğun olaraq mü­ka­fat­­landırır. Dünyanın ən professional basketbolçusu şahmat üzrə dünya çempionunun qazandığından daha çox pul qazanır, ona görə ki, basketbol oyun­larına baxmağa daha çox azarkeş gəlir. «Görünməz əl» cəmiyyətin bütün üzvlərinə kifayət edəcək kəmiyyətdə geyim və yeməyi təmin etmək iqtidarında deyil, o, ehtiyacı olan hər kəsə yaşayış yeri və tibbi yardımı təmin etmək imka­nına malik deyil. Gəlir ve­rgisinin alınması və sosial qüvvə kimi bir çox dövlət proqramlarının məq­sədi iqtisadi nemətlərin daha ədalətli bölgüsünə nail olmaqdır.
Dövlətin bazar situasiyasını yaxşılaşdırmaq imkanına malik olmasıhaqda  müddəa o demək deyil ki, dövlət zəruri olmayan hallarda bundan istifadə edəcək.Ictimai siyasəti mələklər həyata keçirmirlər və bu proses mükəmməllikdən çox uzaqdır. Çox vaxt dövlət proqramları yeganə məq­sədi - mötəbər siyasətçilərin xeyrini güdür. Bəzən bu proqramlar xoşmə­ramlı, lakin kifayət qədər informasiyaya malik olmayan siyasətçilər tərə­findən işlənib hazırlanır. Iqtisadi nəzəriyyənin öyrənilməsinin məqsədlərin­dən biri də nə zaman dövlət siyasətinin səmərəlilik və bərabərliyin əldə olunmasına, nə vaxt isə digər məsələlərin həllinə yönəldiyinin qiymətləndi­rilməsində sizə kömək etməkdən ibarətdir.

 

0 şərh