AD günün mübarək

İllər sonra oğlu evlənmiş,oğul-uşaq sahibi olmuş. Bir gün, gecənin
bir yarısı saat 3:30 radələri telefonu zəng çaldı. Telefondakı səs, anasının səsiymiş uşaq;
- Nə var Ana, nə istəyirsən bu saatda, niyə məni narahat edirsən? Səhər zəng vursan olmazdı ? deyə, anasına kobud cavab verər. Anası, bir az kövrək, bir az da ağlamaqlı bir səs ilə;
- Bundan 25 il əvvəl də bir gecə yarısı 3:30 da sən məni narahat etmişdin.
" AD GÜNÜN MÜBARƏK OLSUN OĞULUM " demiş...

 

2 şərh

ayxansevda
təəssüflər olsun ki, belə övladlar da var. belə övladlar görədə ana olduğuna təəssüflənirsən. Can ana deməkdənsə… nə isə… ar olsun belə övladlara, amma yox, bu hələ yaxşısıdı, qocalar evinə valıdeynlərini yerləşdirənlər, hətta döyənlər də var. Allah qorusun belələrindən.
burla xatun
Çox sərt hiss yaradır.