Fərqində olmaq

İnsan, həyatın, hadisələrin, gedişatın fərqində olmalı.
Fərqi fərq etməli, fərq etdiyini də fərq etdirməməli bəzən
Bir damlacıq sudan necə yaradıldığını fərq etməli
Ana qarınına sığarkən dünyaya niyə sığmadığını və ən sonunda, bir
kvadrat metrlik yerə necə sığmaq məcburiyyətində qalacağını fərq etməli.
Bu çox geniş görünən dünyanın axirətə nisbətlə ana qarını kimi olduğunu
fərq etməli.
Hələ körpəykən "Dünya mənim" dərcəsinə ovuclarının sıx bağlı olduğunu,
ölərkən də eyni ovucların "Hər şeyi buraxıb gedirəm işdə" dərcəsinə
açıq-aşkar qaldığın fərq etməli.
Və kəfənin cibinin olmadığınıı fərq etməli.
Əzrailin hər an sürpriz edə biləcəyini, necə yaşasa elə öləcəyini fərq etməli
Yaradılmışların ən gözəli olduğunu, fərq etməli və ona görə yaşamalı
Gülün dərhal dibindəki tikanı, tikanın dərhal yanı başındakı gülü fərq etməli
Evində pişik, it bəslədiyi halda, uşaq sahibi olmaqdan qorxmanın
məntiqsizliyini fərq etməli
Şkafında asılı 25 köynəyinin yalnız üçünü geydiyini amma arxa küçədəki
qonşusunun o bəyənilməyən köynəklərə möhtac olduğunu fərq etməli.
Anasından doğularkən tərtəmiz təslim aldığı qırtlağını, 60-70 il sonra
siqaret üzündən Əzrailə soba borusu kimi təslim etmənin əmanətə xəyanət
sayılacağını fərq etməli
63 ildir heç qarını doymayan bir Peyğəmbərin ümməti olaraq bəslənmə
üzündən sallanan göbəyini fərq etməli. İnsan fərq etməli ki.

Ömür dediyin üç gündür, dünən gəldi keçdi, sabah məchuldur
O halda ömür dediyin bir gündür, o da bu gündür

 

0 şərh