Uşaq gözüylə zənginlik - kasıblıq

Atası böyük şəhərdə yaşayan uşağına insanların niyə kasıb olduğunu göstərmək istəmiş və onu  bir yerə aparmış. Bir az gəzdikdən sonra atası oğuluna:
-İnsanların niyə/ kasıb olduqlarını gördünmü ?
demiş. Oğulu isə bu şəkildə cavab vermiş.
-Bəli ata gördüm insanların nə qədər kasıb olduğunu
və arxasından əlavə etmiş kiçik uşaq...
Bizim evdə bir itimiz var, burdakıların isə üç dənə,
Bizim bağçada böyük bir hovuzumuz var, burdakilerin isə sonu olmayan bir dərələri
Bizim evdə bir neçə dənə xalçamız var, burdakilerin isə yamyaşıl, sonu görünməyən çəmənləri
Bizim görüş məsafəmiz yalnız qarşı binaya qədər, burdakıların isə göz ala bildiyinə, bütün üfüqü görə biləcək qədər
Və sonunda oğulu söyləyəcəklərini bitirdi. Atası bir şey deməyə çalışar kimi oldu amma deyəcək bir şey tapa bilmədi. Daha sonra isə oğulu əlavə etdi:
-Təşəkkürlər ata bizim nə qədər kasıb olduğumuzu gördüm.

 

0 şərh