Həyatın əks-sədası

Bir adam və oğulu meşədə gəzirmişlər. Birdən uşaqın ayağı ilişib yıxılır və canı ağrıyır 'AHHHHH' deyə qışqırır.
İrəlidə bir dağın təpəsindən 'AHHHHH' deyə bir səs eşidir və çaşır.
Maraqlanır və
- ''Sən kimsən?'' deyə qışqırır. Aldığı cavab 'Sən kimsən?' olur.
Aldığı cavaba hirslənib - ''Sən bir qorxaqsan!'' deyə təkrar qışqırır. Dağdan gələn səs 'Sən bir qorxaqsan!' deyə cavab verir.
Uşaq atasına dönüb
- ''Ata nə olur belə?'' deyə soruşur.
- ''Oğulum'' deyər atası, ''Dinlə və öyrən!'' və dağa dönüb ''Sənə heyranam!'' deyə qışqırır. Gələn cavab ''Sənə heyranam!'' olur. Ata təkrar qışqırır, ''Sən möhtəşəmsən! gələn cavab; ''Sən möhtəşəmsən!'. Uşaq çox çaşır, amma hələ də nə olduğunu anlaya bilmir. Atası şərhini edir:
- ''İnsanlar buna əks-səda deyərlər, amma əslində bu həyatdır. Həyat daim sənə sənin verdiklərini geri verər. Həyat etdiyimiz davranışların aynasıdır. Daha çox sevgi istədiyin zaman daha çox sev! Daha çox Şəfqət istədiyində, daha şəfqətli ol! Hörmət istəyirsənsə insanlara daha çox hörmət et. İnsanların səbirli olmasını istəyirsənsə sən də daha səbirli olmağı öyrən. Bu qayda həyatımızın bir parçasıdır''
Həyat bir təsadüf deyil, etdiklərinizin aynada bir əks olunmasıdır.

 

2 şərh

2ral
Mətnin adını düz yazmaq lazımdır. həyatanın həyatın.