Kəndli ilə Canavar

Bir Canavarı ovçular pis sıxışdırmışlar. Qurd meşədə oraya bura qaçmaqda, ancaq arxasındakı ovçuları heç cür dəf edə bilməz. Canını qurtarmaq üçün dəli kimi qaçarkən bir kəndliyə rast gələr. Kəndli əlində yabasıyla tarlasına girməkdədir. Qurd adamın önünə çökər və yalvarmağa başlar: "Ey insan nə olar kömək et mənə, arxamdakı ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən kömək etməzsənsə bir az sonra məni tutub öldürəcəklər." Kəndli bir an düşündükdən sonra yanındakı boş çuvalı açar, qurda içinə girməsini söyləyər. Çuvalın ağızını bağlar, kürəyinə atar və getməyə davam edər. Bir neçə dəqiqə sonra da ovçulara rast gələr. Ovçular kəndliyə bu ətrafda bir Canavar görüb görmədiyini soruşarlar, kəndli "görmədim" deyər və ovçular uzaqlaşar. Ovçuların yaxşıca uzaqlaşdığından əmin olduqdan sonra kəndli kürəyindəki torbanı endirər, ağızını açar, qurdu çölə çıxarar. "Çox təşəkkür edirəm" deyər qurd, "Mənə böyük bir yaxşılıq etdin" "Əhəmiyyətli deyil" deyər kəndli və tarlasına getmək üzrə getməyə başlar. "Bir dəqiqə" dayan deyə səslənər qurd: Çox uzun zamandır bu ovçulardan qaçıram, çox əldən düşmüş düşdüm,  qüvvətimi toplamam üçün bir şeyler yeməm lazım və burada səndən başqa yemək bir şey yox." Kəndli çaşar: "Olarmı, mən sənin həyatını qurtardım." "Edilən yaxşılıqlardan, verilən xidmətlərdən daha tez unudulan bir şey yoxdur" deyər qurd. "Mən də öz çıxaram üçün sənin yaxşılığını unutmaq və səni yemək məcburiyyətindəyəm." Bir müddət mübahisə  etdikdən sonra, meşədə qarşılarına çıxacaq olan ilk üç adama bu mövzunu soruşmağa və ona görə davranmağa qərar verərlər. Qarşılarına əvvəl yaşlı bir uzunqulaq çıxar. "Nə vəfası" deyər uzunqulaq, "Mən sahibimə illərcə xidmət etdim, yüklərin daşıdım, gəzdirdim. Bir işə yaramadığımda məni beləcə qapıya qoydu. .."Bir sıfır önə keçən qurd sevinərkən bir itə rast gələrlər. "Mən xidmətin dəyərini bilən bir əfəndi görmədim" deyər it, "İllərdir sədaqətlə xidmət edərəm sahibimə, qoyunlarını qoruyaram, yadlara hücum edərəm, amma o məni hər gün təpiklər, çubuqla vurar..." Qurd kəndliyə dönər, "Bax gördün" deyər. Kəndli də son bir səylə "Amma üç deyə danışmışdıq, birinə daha soruşaq, sonra məni ye" deyə cavab verər. Bu dəfə qarşılarına bir tülkü çıxar. Başlarından keçənləri,  izah edərlər. Tülkü həmişə nifrət etdiyi qurda bir oyun oynayacağı üçün sevinər. "Hər şeyi anladım da" deyər tülkü "Bu kiçik torbaya sən necə yerləşdin?" Qurd bir şeylər söyləyər, tülkü inanmamış kimi edər: "Gözümlə görmədən inanmam..." Işin sonuna gəldiyini düşünən qurd torbaya girər girməz, tülkü kəndliyə işarə edər və kəndli torbanın ağızını möhkəmcə bağlar. Kəndli əlinə bir daş götürər və "Məni yeməyə qalxdın ha nankor varlıq" deyərək torbanın içindəki qurdu öldürər. Sonra tülküyə dönər "Sənə minnəttaram məni bu qurddan qurtardın" deyər. Tülkü də "Mənim üçün bir zövq idi" deyə cavab verər. O an kəndlinin gözü tülkünün parlaq kürkünə ilişər, bu kürkü satsam cox pul edər , pulu düşünər və və qəfildən əlindəki daşı tülkünün başına vurub tülkünü öldürər. Sonra da torbanın içindəki qurdu torbadan atar:

"Haqlıymışsan qurd, edilən yaxşılıqdan daha tez unudulan bir şey yoxmuş... "

 

0 şərh