Bəhlul Danəndə və Harunun söhbəti

Bəhlul Danəndə Harunun imarətinin qarşısında durub qapıçıya deyir:
-Bu mehmanxanaya girmək olarmı?
Dedilər:
-Bura Harunun sarayıdır.
Dedi:
-Bundan əvvəl kimin olub?
Dedilər: «Filankəs, ondan da əvvəl filankəs və sairə».
Bəhlul dedi:
-Əgər bir bina ki, o gələ,bu gedə, bu gedə,o gələ elə mehmanxanadır.
Haruna xəbər verdilər ki, belə bir adam gəlib. Harun dedi:
-Qoyun gəlsin.
Bəhlul Harunun yanına gəlib belə bir sual verdi:
-Yemək yeməyə başlayanda birinci şərt nədir?
Harun çox şey saydı. Bismillah, yeməyi duzla başlamaq və sairə. Bəhlul heç birini qəbul etmədi. Harun pərt oldu. Nəhayət, Bəhluldan sualın cavabını deməsini istədi. Bəhlul dedi:
-Yeməyi əlinə götürdükdə ən birinci şərt odur ki, baxasan səninkidir, ya yox. Əgər sənindirsə, ye, sənin deyilsə yemə. Haram olan tikəyə «bismillah» deməyin faydası yoxdur.

 

0 şərh