3 yarpaq

İnsanı həyatda yaşadan ümiddir
Dostunun gündən-günə pisləşdiyini görən biri onu həkimə göstərməyi qərara alır.Həkim xəstəni müayinə etdikdən sonra onun ağacda yarpaqlar saralıb tökülənədək ömrü qaldığını bilidir.Bunu eşidən xəstə dost hər səhər ayılıb pənəcərə qarşısındakı ağaca baxardı...
Payız yaxınlaşmışdı və ağacdakı yarpaqlar yavaş-yavaş saralıb tökülürdü.Beləcə yarpaqlar hamısı tökülməyə başladı və sonda ağacda yalnız üç yarpaq qaldı dostu bu üç yarpağında töküləcəyini gözləyirdi amma yarpaqlar tökülüb getmirdi.Bunun ümidiylə xəstə dost yavaş-yavaş sagalmağa başladı.Günlər keçdi və bir gün o ağaca yaxınlaşanda gördü ki,ağacdakı yarpaqlar kağızdandır və bu zaman dostu ona dedi: "Ağacdakı yarpaqları çoxdan külək aparmışdı və mən səndən xəbərsiz ağaca kağızdan xəyalı yarpaq düzəltdim sənin ümidin itməsin deyə"...

 

1 şərh

Nonsense
Bu Amerikan yazıçısı O'Henrinin «Sonuncu yarpaq» əsərinin «el içində» versiyasıdır. Əsərdə iki rəfiqə Syu və Consi bir yerdə yaşayır və Consi pnevmaniyaya tutulur. Ümidi ölmüş qız həyətdəki ağaca baxır və son yarpaqla birlikdə ömrünün də sona yetəcəyini düşünür. Lakin ömrü boyu şah əsərini yaratmağa müvəffəq olmayan qoca və mülayim rəssam Berman onun ölməməsi üçün soyuq və yağışlı gündə divara bircə yarpaq çəkir. Bu yarpaq Consinin ümidinə çevrilir. O, yenidən həyata qayıdır. Ancaq rəsmi çəkən qoca rəssam həmin gecə soyuqdan pnevmaniyaya tutulur və ölür. Buna baxmayaraq Berman nəhayət ki, şah əsərini ölümü bahasına olsa da yarada bilir.