Ruslan Mollayev " Uzaqlarda qar yağır"

     Səhər uşaqların gülüş səsinə oyandım.
 Pəncərələr buxar bağlamışdı. Barmaqlarımla aynanı silib binanın qarşısında qar adamı gördüm.
 
Palto geyinirdin. Boynuna da qalın şərf bağladın.
Evdən tələsik çıxsan da qayıdıb bir də güzgüyə baxdın.
Yollarda sükut var idi. Böyüklər  qışın vahiməsindən qaçıb gizlənmişdilər. Kipriklərinin üstünə düşən  qar dənələri  uşaq kimi əylənirdi.
 
O görüş yerinə çatdın.  Darıxmamaq üçün  ayaq  izlərimi çəkməyə başladın.  Üzünü çevirib arxaya gedirdin, guya  dayandığın yerə  gəlirdim.
 Dayanıb  izlərə baxdın, üstünə elə gözəl  qar yağırdı ki...
Sonra, sonra sən evə qayıdanda şürüşüb dəydin, pərt oldun. Özümü saxlaya bilmədim, güldüm. Başını qaldırıb üzümə baxdın, sən də ürəkdən gülməyə başladın... 
 
 
Yaxın vaxtlarda  sən olan yerlərə də qar yağacaq.
Geyinməmiş buraxma məni.
Qoyma geriyə qayıdıb güzgüyə baxım.
 
Yəgin mən olan görüş yerində uşaqlar qar topu oynayacaq. Yollarda da maşınlar şütüyəcək.
Bu pakliq, saflıq içində sənə baxaraq dəyəcəyəmmi görəsən?
Sən də baxıb güləcəksənmi ?
 
Yuxudan oyanıb qarın yağdığını görsən
            pəncərənin önündə  qar adamı olacaq.
                                       
                                                                                                                   Ankara 2010 
 

0 şərh