Meyvə şirələrinin faydaları

Meyvə sularının tərkibindəki vitamin və antioksidantlar bir çox xəstəliklərin qarşısını alaraq, sağlamlığımızı qoruyur. Bu gün biz onlardan bəzilərinin siyahısını sizlərə təqdim edəcəyik.

Portağal suyu immunitet sistemini gücləndirərək orqanizmi soyuqlamadan və qripdən mühafizə edir. Tərkibindəki C vitamini və turşular öskürəyi azaldır. Antioksidant kimi kapilyarları gücləndirərək ürəyin zərər görməsinin qarşısını alır, təzyiqi aşağı salır, dərini təravətli saxlayır, qanın laxtalanmasının, mədə və mədəaltı vəzi xərçənginin əmələ gəlməsinin qarşısını alır, əziklərin daha tez sağalmasını təmin edir.meyvə şirələri

Albalı şirəsi qızdırmanı aşağı salır, qanı təmizləyir, bədəndə yığılıb qalan artıq suların ifraz olunmasına kömək edir, mədə və qaraciyərin fəaliyyətini artırır, sidikqovucu xassəyə malikdir.

Alma şirəsi də immunitet sistemini gücləndirir, qanda şəkərin miqdarını normaya salır, başağrılarını kəsir, böyrəkləri təmizləyir, xolesterolu aşağı salır, bağırsaqlardakı parazit qurdlarının tökülməsini təmin edir, ürək və ağciyər xəstəliklərinə yoluxma ehtimalını azaldır, damar sərtliyinin qarşısını alır.

Şaftalı şirəsi tərkibində A, B3 və C vitaminləri, həmçinin betakaroten olduğu üçün qripə qarşı bədənin müdafiə mexanizmini artırır, yuxusuzluğu aradan qaldırır, həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin normal fəaliyyətinə kömək edir, sidikqovucudur.

Üzüm şirəsi müalicəvi əhəmiyyətinə görə mütəxəssislər tərəfindən “bitki südü” kimi də adlandırılır. Tərkibində bol miqdarda A və C vitaminləri, minerallar, əsasən də dəmir və kalium çox olduğu üçün orqanizmin xəstəliklərə qarşı daha müqavimətli olmasına səbəb olur. Bədənin enerji ehtiyacını təmin edir, bağırsaqları yumşaldır, sidikqovucu xassəyə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləyir. Üzüm şirəsi fiziki və zehni yorğunluqları aradan qaldırır, ürəyin fəaliyyətini normallaşdırır, dərinin yaşlanmasının qarşısını alır.

 

3 şərh

pascal
Meyvə şirəsini evdə özümüz hazırlayıb içsək, burda yazılanların faydasını görərik. Mağazalarda satılan, guya damla-damla toplanan şirələrin təkibində isə min cür qatqı maddələri, insan orqanizmində xəstəliyə yol açan  zərərli kimyəvi maddələrdən başqa bir şey yoxdur. Meyvəni isə ancaq üstündəki etiketdə görə bilərik, içində yox. Çalışın bu dövrdə çox qidaları özünüz evdə hazırlayın, lap elə şirəni də. Topikə görə təşəkkür.
BaRLeLiTa
Tamami ilə razıyam səninlə. Meyvə bağları olan bağbanlar, dəfələrlə guya təbii olan bu şirələrin istehsalı ilə məşğul olan fabrikə müraciət edib onlardan meyvələrini almalarını xaiş edərkən, biz tamamən ayrı üsullarla hazırlayırıq şirələri, təbii meyvələri alıb şirə hazırlamaq bizə sərf etmir, birdə belə müraciətlərlə bizi narahat  etməyin deyərək cavablayıblar. Hər-halda bu cavabdan sonra onların şirəni hansı üsullarla hazırlayıb, bizə təqdim etmələrini təxmin etmək çətin olmaz. Oxuduğuncun sənə təşəkkür.
Zeyneb_Ehmedova
Faydalı topikdir :) çuğundur şiräsi qan artırır