Təbii diş məcunu

Bu gün hər kəs ağız boşluğunun gigiyenasını qorumaq üçün diş məcunlarından istifadə edir. Bəzi insanlar orqanizmin sağlamlığını düşünüb diş məcunu aldıqda tərəddüd edir, görəsən hansı yaxşıdır, tərkibi orqanizm üçün ziyanlıdırmı? Bəziləri isə məcunu tərkibinə baxmadan, dişimi ağartsın, dişimin karyesini töksün, damağıma xeyrili olsun deyə düşünüb alırlar. 
Bu gün istifadə olunan diş məcunlarının tərkibində zəhərli maddələr, süni qatqılar, köpükləndirici vasitələr insan orqanizmi üçün çox ziyanlıdır. Onlar ağız boşluğunun sağlamlığını qorumur, əksinə səhhətimiz üçün təhlükə yaradır. Bu xəstəliklərdən özümüzü qorumaq üçün təbii diş məcunu reseptini öyrənməliyik. Yalnız təbii diş məcunu qorxusuz və ziyansızdır.

Tərkibi:
Mürsafi ağacının bərkimiş halda yapışqanı
balaca 2 ədəd Limon qabığı (rəndənin xırda gözündən keçirilmiş, ya üyüdülmüş)
Rozmarin
Yaşıl çay
Sürvə (şalfe) 
Nanə

Hazırlanması:
Hərəsindən 1 çay qaşığı götürülür, üyüdülür və bura 4 ç.q. soda əlavə edilib, qarışdırılır. İstifadə etdikdə fırça isladılır, diş tozuna batırılır.

Maye forması: 
Limon qabığı (qurudulmuş)
Himalay duzu (dəniz duzu ilə əvəz oluna bilər) – 1 ç.q
Yaşıl çay – 0.5 ç.q 
Biyan kökü – 1 ç.q 
Sürvə ( şalfe) — 0.5 c.q 
Propolis – 1 ç.q (duru halda)
Darçın – 0.5 ç.q
Misvak – 0.5 ç.q 
Nanə — 0.5 ç.q 
Qaynar su – 1 stakan

Duz və propolisdən başqa hamısı bir qaba qoyulur, üzərinə qaynar su tökülür, ağzı örtülü halda dəmlənilir. Soyuyanda duz və propolis qatılıb, qarışdırılır. Propolis qatıldığı üçün bu dəmləməni bir ay saxlamaq olar. Əgər damaqda yaralar varsa, bura balaca qənd parçası boyda nabat (şəffaf, şüşə kimi) qəndi atılır.
 Təbii diş məcunumuz hazırdır, gündəlik istifadə etmək olar.
Qeyd: Duru propolis hazırlamaq üçün yalnız təbii alma sirkəsi, ya da etil (medsin) spirti 1stakan götürülür, 50 qr propolis içinə tökülür və əriyənə kimi qaranlıq yerdə saxlanılır. Sonra tənzifdən süzüb istifadə etmək olar.
 

0 şərh