Taxta qablara qulluq


Ağacdan hazırlanmış qablar ekoloji cəhətdən ən yaxşı qab hesab edilir. Belə qablara qulluğun müəyyən qaydaları var:
Qabları istifadədən sonra dərhal yumaq lazımdır. Bunun üçün qabyuyan maşından istifadə etmək tövsiyə edilmir. Bundan başqa ağac suyu özünə çəkdiyi üçün taxta qabları suda saxlamaq olmaz. Hər bir qab və ya qaşıq ayrıca yuyulmalıdır, qupquru silinməli və quru yerdə saxlanılmalıdır;

Ayda bir dəfə taxta qabları ilıq spirt və ya araq ilə təmizləmək lazımdır – bu taxta səthində xoşagəlməz qoxunun və bakteriyaların yaranmasının qarşısını alacaq;

Taxta qabları mütəmadi olaraq soğan qabığına limon şirəsi əlavə edib alınmış məhlul ilə yumaq lazımdır, çünki zamanla ağac qaralır;

Meyvə tərəvəz doğramaq üçün taxtanı 1 il istismardan sonra dəyişmək lazımdır. Taxtı qaşıq və boşqabları isə 5 ildən sonra dəyişmək lazımdır.
 

0 şərh