Ütüdən qalan parlaq ləkələrdən qurtulmağın yolları

Biz sizə ev şəraitində əlinizin altında olan vasitələrin köməyi ilə ütüdən sonra qalan parlaq ləkələrdən azad olmağın üsulları haqqında danışacağıq.
Parlaq ləkələr nədən yaranır?

Adətən belə ləkələr tərkibində sintetika olan parçalarda qala bilər (məsələn poliester). Ağ geyimlərdə bu cür ləkələr sarımtıl rəngdə, qara parçalarda isə parlaq izlər qoyur ki, bu ləkələrdən qurtulmaq elə də asan olmur. Lakin siz əlinizin altında olan vasitələrin köməyi ilə əşyalarınızdan bu tip ləkələri uzaqlaşdıra bilərsiniz.

Ev şəraitində geyimlərdə ütü izlərindən xalq vasitələrinin köməyi ilə qurtulmaq olar. Bunun üçün sizə lazım olacaq:
soğan,
süd,
limon şirəsi,
bor turşusu,
sirkə.

Parlaq ləkələri daha çox soğan yaxşı çıxarır. Bunun üçün soğanı sıyıq vəziyyətinə qədər çəkin və bir neçə saat ərzində ləkənin üzərinə qoyun. Sonra həmin əşyanı soyuq suda isladın və otaq temperaturunda olan su ilə yuyun.
Çox böyük olmayan bu tip ləkələri adi südün köməyi ilə yox etmək olar. Bunun üçün əşyanı 2-3 stəkan süddə isladıb sonra adi üsulla yumaq lazımdır.

Əgər sintetik parçanın üzərindəki ləkə yenidirsə, bu zaman ondan limon şirəsinin və ya bor turşusunun məhlulunun köməyi ilə qurtulmaq olar. Məhlulu hazırlamaq üçün 1:1 nisbətdə bor turşusunu ilıq suda həll edin, daha sonra bu məhlulu 10-15 dəqiqə ərzində əşyada olan ləkənin üzərinə çəkin və sonra paltarınızı yuyun.

Ağ təbii parçadan ütü izlərini uzaqlaşdırmaq üçün ləkəyə hidrogen və naşatır spirtinin peroksidindən hazırlanmış qarışıq çəkmək lazımdır. Bunun üçün ½ stəkan suda 1 ç.q. peroksidi və 3–4 damcı 10%-lik naşatır spirtini həll edin və alınmış məhlulu tənzifin köməyi ilə ləkənin üzərinə çəkin. Bir neçə dəqiqə saxladıqdan sonra paltarınızı soyuq suda yaxalayın və yenidən ütüləyin. Unutmayın ki, bu məhlul yalnız ağ rəngdə olan parçalar üçün nəzərdə tutulub.

Qara rəngli paltarlarda olan ləkələrdən qurtulmaq üçün sirkə köməyinizə çatacaq. Bunun üçün təmiz tənzifi 10%-lik sirkə məhlulunda isladıb ləkənin üzərinə qoyun, ütünün temperaturunu istiyə qoyun və əşyanı yaxşıca ütüləyin.
Qara geyimləri astar tərəfdən ütüləmək məsləhət görülür.


Əgər ütüləmə zamanı siz geyimdə parıltılı ləkənin düşməsini gördünüzsə, bu zaman ləkənin üzərinə yun parça və onun da üstündən nəm dəsmal qoyun və ütünü onun üzərində 2-3 dəqiqə saxlayın. Bir qayda olaraq, bu prosedur zamanı ləkə azalır və tədricən yox olur.
 

0 şərh