Havaçəkənin asan təmizlənməsi


Mətbəxdəki havaçəkən ən tez çirklənən və çətin təmizlənən məişət texnikasıdır. Bunun üçün böyük qazan, yarım stəkan soda və su lazımdır.

Qazana su tökün, qaynara düşəndə hissə-hissə soda əlavə edin. Qaynayan sodalı suya havaçəkənin filtrlərini salın, bir neçə dəqiqədən sonra qazanı oddan götürün. Filtrlər çox çirklidirsə, bu proseduru 2-ci dəfə təkrarlayın. Filtrlər təzə kimi olacaq.

evdarliq.az
 

0 şərh