Рейтинг
+44.15

Qoroskop

22 üzv, 47 topik

Keçi ili

Təbiət vurğunu olan zərif, incə KEÇİ bədbin, narahat, zəhlətökən olmasaydı, daim tərəddüd etməsəydi, işarələrin ən füsunkarı ola bilərdi. KEÇİ öz taleyindən həmişə narazıdır. Öz şıltaqlıqları ilə ətrafdakıları zinhara gətirir. Özü boynuna almasa da, qəsbkardır. İntizamsızlığı, müntəzəm surətdə gecikməsi KEÇİDƏ zaman duyğusu qətiyyən yoxdur onu dözülməz edir. Öz xeyrinə olduqda xoşa gəlməyi, başqalarından istifadə etməyi, onların hesabına yaşamağı bacarır. Buna baxmayaraq müstəqil deyildir. Minimum təhlükəsizliyi təmin edildikdə hər hansı həyat tərzinə asanlıqla alışır.
Davamı →

İt ili

İT həmişə narahatdır, həmişə keşikdədir. Heç bir zaman dincəlmir. Həmişə sərvaxtdır, həmişə qoruyur. İT öz qınına çəkiləndir. Duyğularını yalnız zərurət olduqda büruzə verir. İfrat dərəcədə tərsdir və nə istədiyini bilir. Tez-tez ədəbsiz olur, kobud və xoşagəlməz sözlərinə görə ondan qorxurlar. İt xırda təfərrüatları içərisində itib batmağa, yerli-yersiz tənqid etməyə, daim nə isə bir qüsur tapmağa çalışır. Həqiqətdə o, həyatdan heç bir umacağı olmayan çox bədbin məxluqdur.
Davamı →

İlan ili

Xristian ölkələrində İLANIN adı pisliyə çıxmışdır, Asiya ölkələrində isə əksinə, öz müdrikliyinə, uzaqgörənliyinə və iradəsinə görə İLANA səcdə edilir. KİŞİ-İLAN həssas və xoşagəlimlidir. Onda yumor hissi vardır. QADIN İLAN gözəldir və çox vaxt gözəlliyi sayəsində müvəffəqiyyət qazanır. Yaponiyada qadını tərifləmək istədikdə adətən deyirlər: «Əzizim, Siz əsl ilansınız». Bu tərif Qərb ölkələrində bir qəribə səslənərdi.
Davamı →

Əjdaha ili

ƏJDAHA çox sağlam, gümrah, qüvvətli və fəaldır. Ürəyi açıqdır, qızıl kimi safdır, xırdaçı, riyakar, dalca danışan, qeybət qıran deyildir, hətta ən adi hiyləgərliyi də yoxdur. Xeyirxah DONUZ kimi sadəlövh olmasa da, tez inanandır və onu həmişə aldatmaq olur. ƏJDAHA həssasdır. Çox vaxt səbəbli-səbəbsiz narahat olur. Təkmilləşməyə çalışdığı üçün həm özünə, həm də başqalarına qarşı tələbkardır. Dəqiqdir. Çox tələb edir, lakin çox da fayda verir.
Əsəbidir. Dilini saxlaya bilmir və çox vaxt düşünmədən danışır. Buna baxmayaraq onun rəyi ilə hesablaşmaq lazımdır, çünki yaxşı məsləhətlər verir.
Davamı →

Druid qoroskopu - Fındıq ağacı

Fındıq Ağacı (22.03-31.03; 24.09-03.10)

 
Onlar, adətən kölgədə qalan və özünə heç bir diqqəti cəlb etməyi bacarmayan insanlardı. Görünüşləri cəlbedici deyil, səsləri sakitdir. Onları ancaq çox yaxından tanıyan və xarakterlərini gözəl bilən insanlar onları cəlbedici hesab eyləyə bilərlər. Çox danışmağı sevmirlər və söhbətlərdə az iştirak edirlər, lakin bunlara baxmayaraq ətrafdakı hadisələrə özlərinə uyğun məntiqi yanaşmaları var. Bəzən hadisədə başqalarının görmədiklərini daha yaxşı görürlər.
Davamı →

Druid qoroskopu - Cökə ağacı.

Druid qoroskopunda bürclər yerinə insanlar ağaclarla xarakterizə olunur. Bu ağaclar 22 ədəddir — Alma, Küknar, Qarağac, Sərv, Qovaq, Kartas, Şam, Söyüd, Cökə, Fındıq, Quşarmudu, Ağcaqayın, Qoz, Jasmin, Şabalıd, Göyrüş, Vələs, Əncir, Palıd, Tozağacı, Zeytun, Fıstıq. 


 Cökə ağacı (11.03-20.03; 13.09-22.09)

 
Cökə ağacının insanları mehriban və xoşagəlimli olurlar. Özləri də bunun fərqindədirlər. İnsanların diqqətini cəlb etməyi və onlarda yaxşı təəssurat oyatmağı bacarırlar. Başqalarının psixologiyasını gözəl anlasalar da, özlərini qətiyyən anlamırlar.

 Asan və gözəl həyat axtarışında olurlar. Lakin onu əldə etsələr də özlərini xoşbəxt hiss etmirlər. Buna özləri də təəccüb edirlər. Zamanla bir çox şəraitə uyğunlaşa bilirlər, Lakin sonda anlayırlar ki, ancaq sevdikləri insanların qeydinə qalmaları və onların rahatlığı cökələri xoşbəxt edə bilər.
Davamı →

Rəqəmlər və qadınlar

Rəqəmi 1 olan qadınlar


(Ayın 1-10-19 tarixində doğulan qadınlar)
Rəqəmi 1 olan qadınlar təbiətən aristoktarik və qonaqpərvər olurlar.Çox həssas və arostokratik olduqlarından bu hisslərin üzə çıxmasına imkan verəcək kişilərlə ailə qurmaq istəyərlər.
Bu qrupa daxil olan qadınlar ailə qurduqları kişilərin 10-15 ilik ailə həyatından sonra dəyişib deyingən,bir qədər tələbkar olmalarını qəbul edə bilmirlər.Əgər bu baş verərsə onlarda ailənin başçısına qarşı daxili narazılıq və gizli ikrah hissi yaranır.”O,qəddardır,yersiz tələblər irəli sürməklə təbiətin mənə bəxş etdiyi aristokratik davranışı və həyat tərzimi dəyişmək istəyir”-deyə düşünməyə başlayan qadın öz taleyindən narazı olur.
Davamı →