Рейтинг
+44.15

Qoroskop

22 üzv, 47 topik

Mayya qoroskopu - 2017

Mayyaların gələcəyə dair çin çıxmış bir çox proqnozları və astrologiya elmi barədə müasir elmi belə mat qoyan bilgiləri hər zaman diqqət mərkəzində olub.

Belə ki, mayaların 2017-ci ilə Xoruz ilinə dair proqnozları aşağıdakı kimidir.

Qoç (21 mart-19 aprel). İstirahət haqqı qazandınız. Bundan öncəki «Həyat mübarizədir» devizi altında keçən iki çətin ildən sonra hər şey geridə qaldı. Zəhmətinizin bəhrəsini görmək zamanı gəldi. Hər şey heç də ayaq altına xalı kimi sərilməyəcək. İstədiyinizi almaq üçün səy göstərməlisiniz. Diqqətli olun!

Buğa (20 aprel-20 may). Həyatdan zövq almaq zamanı gəldi. Meymun ilinin uğursuzluqları geridə qaldı. Hər şey yağ kimi olmayacaq, amma çəkdiyiniz əziyyətlərin kompensasiyasını alacaqsınız. 3 il ardıcıl həyatdan keyf almaq şansınız var.

Əkizlər (21 may-20 iyun). Pozitiv zaman. Xoruz ili gözəl başlayacaq.Əkizlər üçün hər mənada pozitivlə dolu olacaq bu il. Onlar havada möcüzə hiss edəcəklər. Növbəti 4 il sizin iliniz olacaq.
Davamı →

Donuz ili

Xarakteri cəngavər xarakteridir (DONUZ bundan yuxarı qalxa bilməz). Nəzakətli, hörmətcil, ifrat dərəcədə prinsipialdır. DONUZ həmişə təmizlik bayrağı qaldırır. Siz ona inana bilərsiniz, sizi satmaz, heç vaxt aldatmağa çalışmaz. Sadəlövhdür, tez inanandır, müdafiəsizdir. Qısaca desək, DONUZ zahirən ölüvaydır. Lakin onun zəif görünməsinə aldanmayın, o, yalnız sülhsevərdir.
Davamı →

At ili

ATIN görkəmi, qədd-qaməti yaxşıdır. O geyinib-keçinməyi bacarır. Tamaşaları, teatrı, konsertləri, yığıncaqları, idman yarışlarını, yəni tünlük yerləri xoşlayır. Çox vaxt hər hansı bir idman növü ilə az-çox müvəffəqiyyətlə məşğul olur. Kompliment deməyi bacarır, şən, söhbətcil, cazibəli və hətta adlı-sanlıdır.
AT siyasətdə müvəffəqiyyət qazana bilər ki, bu da ona böyük sevinc gətirəcəkdir. AT siyasətdə mahirdir, kütləni idarə etməyi xoşlayır və bacarır. Adamlar ağzını açmamış onların fikrini duyur. AT təkcə əqli fəaliyyətə deyil, fiziki işə də qadirdir. Ziyalı olmaqdan daha çox, çevik olan AT özünə o qədər də inanmır (və bunu yaxşı bilir). Buna baxmayaraq heç vaxt özünü sındırmır.
Davamı →

Xoruz ili

Vyetnamlılar ona tez-tez «cücə» deyirlər ki, bu da XORUZun o qədər də xoşuna gəlmir. Yaponlar onu «xoruz» adlandırırlar, çünki bu xəyalpərəst özündən müştəbehdir və tərifi xoşlayır. Xoruz danışığını bilmir və bəzən özünü çox təcavüzkar aparır. Əgər hücuma məruz qalanlar XORUZun hərəkətini açıqlıq və qəribəlik saymasaydılar hökmən dava-dalaş düşərdi. Onun hücumuna məruz qalanlar yanılmırlar. Doğrudan da XORUZ nə fikirləşirsə, onu da danışır. Lakin bu açıqlıq daha da çox xudpəsəndlik əlamətidir. O, başqalarının heysiyyətini qətiyyən nəzərə almır və belə hesab edir ki, onlara rəhm eləməyə heç bir əsas yoxdur. Əlbəttə, bu keyfiyyət diplomatik vəzifələrə onun yolunu kəsir.
Davamı →

Siçan ili

SİÇAN füsunkarlıq və təcavüzkarlıq işarəsi altında dünyaya gəlmişdir. İlk baxışda sakit, təmkinli və şən görünür. Lakin buna inanmayın. Bu zahiri görkəm arxasında daimi həyəcan və təcavüzkarlıq gizlənir. SİÇANIN əsəbiliyini, narahatlığını və tündməcazlığını aşkara çıxarmaq üçün onunla çox ünsiyyətdə olmaq kifayətdir.
SİÇAN qarmaqarışıqlıq yaradıcısıdır, bəzən hətta manyakdır. Hər halda qalmaqalçıdır. Dost məclislərini xoşlayır və məmnuniyyətlə qeybət qırır. Dedi-qodudan çəkinmir, buna görə də əsl dostdan çox tanışı vardır. Heç vaxt heç kimə inanmır. Ehtiyatlıdır, qayğılarını gizlədir.
Davamı →

Pişik ili

PİŞİK həmişə pəncələri üstünə yıxılır. Xoşbəxtdir. İstedadlıdır, müəyyən dərəcədə şöhrətpərəstdir, yaxşı yoldaşdır, təvazökar, təmkinli, incə qəlbli, xeyirxahdır. Bunu hamı bilir. Yaxşı danışır, özünə qiymət verməyi bacarır. Lakin bütün məziyyətləri ilə bərabər, kiçik bir nöqsanı da vardır. Bu nöqsan kiçik olsa da, hər halda, mühüm nöqsandır. PİŞİK dayaz adamdır və onun ən yaxşı keyfiyyətləri də dayazdır. O, cəmiyyəti sevir, cəmiyyət də onu sevir. Kübar məclislərini xoşlayır və bəzən qeybət qırır, bunu incəlik, ustalıq və ehtiyatla edir.
Qonaq-qara xoşlayır, evində hər işi incə bir zövqlə görür. Kübar adamdır. Bəziləri onu ədabaz adlandıra bilərdilər. Xırdaçı və vasvasıdır.
Davamı →

Pələng ili

PƏLƏNG yola getməyən, bədrəftardır. İntizamsızdır, tez qızışandır. Həmişə rütbədə özündən böyük olana qarşı çıxır. İnqilabçılarla, rəhbərlərlə bir materialdan biçilib.
Bədbəxtlikdən bütün rəislər kimi PƏLƏNG də ona göstərilən etimada həmişə layiq olmur. İşdə və ya məhəbbətdə, habelə müharibədə PƏLƏNG «İrəli!» deyə qışqırdıqda adamlar hərəkət etməzdən əvvəl gərək yaxşı-yaxşı fikirləşsinlər və hətta ətəyindən tutub onu saxlasınlar. PƏLƏNG başqalarını fəlakətə sala bilər. Riskə getməyə, hətta sərsəm, dərk edilməmiş hərəkətlər etməyə həvəsi vardır.
Davamı →

Ökuz ili

Səbirli və qaradinməz, təmkinli və astagəl, nəzərə çarpmayan və hövsələli, dəqiq və səliqəlidir. ÖKÜZÜN görkəmi bir qədər kəndli görkəmi olsa da o, orijinal zəka sahibidir. Adamları açıq söhbətə çəkmək istedadı vardır. Bu onun əsas üstünlüklərindən biridir. ÖKÜZ seyrçidir. Bəlkə də, məhz buna görə tənhalığı sevir.
ÖKÜZ təriqətçi, hətta fanatik ola bilər. O, tez-tez şovinist, bəzən riyakar olur. Buna görə də tez-tez tənqid edilir.
Davamı →

Meymun ili

Bütün işarələrdən ən dəlisovudur. MEYMUN çox vaxt cəmiyyətini sevimlisidir, yumor hissinə malikdir, lakin həmişə kələkbaz və hiyləgərdir. Mehribandır. Elə bir təsir bağışlayır ki, bütün işarələrlə yola gedir. Lakin bu aldadıcıdır. MEYMUN çox mənfəətpərəstdir. Oynaq, iltifatlı, hətta hörmətcildir, başqaları haqqında mənfi rəyini zahiri iltifat və gülərüzlülüklə ört-basdır edir. Əslində bütün başqa işarələrə nifrət bəsləyir və özünü başqalarından üstün hesab edir. Nəhayət o, şöhrətpərəstdir.
Davamı →