7.2.2.Yaponiya bankı

Yaponiya Bankı 1882-ci ildə 30 illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün yara­dıl­mış­dır. Sonra bankın fəaliyyət müddəti daha 30 ilə uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur, maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə də­yişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura yaradıldı. Siyasi şura döv­lətin monetar tənzimlənmə sahəsindəki maraqlarını müəy­yənləşdirməyə başladı. 1979-cu ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə uzunmüddətlilik statusu qazanmışdır.
1988-ci il aprelin 1-də Yaponiya Bankı haqqında yeni qanun qüvvəyə mindi. Bu qanuna görə, bank Ma­liyyə nazir­liyindən asılı deyildi. Yaponiya Bankı öz statu­suna görə, inzibati orqan yox, səhmdar şirkətdir. Onun kapitalının 55%-i hökumətə, 45%-i maliyyə institutlarına, sığorta şirkətlərinə və digər şəxsi səhmdarlara məx­susdur. Səhmdarlara 4%-lik ölçüdə dividentlərin verilməsi təmin edilir. Bank tərəfindən yüksək mənfəətin əldə edil­diyi halda bu dividendlər 5%-ə qədər artırıla bilər. Qalan mənfəət dövlət büdcəsinə toplanır.
Yaponiya Bankının rəhbər orqanı Siyasi şuradır. Yeni bank qanununun qəbulundan sonra Siyasi şuranın funksiya­ları və strukturu bir qədər dəyişmişdir. 1998-ci l aprelindən 1-dən başlayaraq, Siyasi şura doqquz üzvdən ibarətdir. Bunlar təyin olunan altı şura üzvü, bankın sədri və onun iki müavinidir. Şuradan başqa, Bank idarəsinə üç icraçı auditor, üç icraçı direktor və səkkiz məsləhətçi daxildir.
Siyasi şuranın öhdəliklərinə aşağıdakılar daxildir:

  • faizin uçot dərəcəsinin, digər faiz dərəcələrinin, vek­sellərin diskont edilmə şərtlərinin və tiplərinin müəy­yənləşdirilməsi;
  • borclar üzrə faiz dərəcəsinin müəyyənləşdirilməsi;
  • məcburi bank ehtiyatları normalarının müəyyən­ləş­dirilməsi və ya ləğv edilməsi;
  • pul bazarına nəzarətin strateji xəttinin müəyyən­ləşdirilməsi. Tətbiq olunan nəzarət tədbirləri: əsasən açıq ba­zarda aparılan əməliyyatlar, istiqraz və veksellərin alqısı və satqısı;
  • Yaponiya Bankının valyuta nəzarəti və pul ba­za­rına nəzarət məsələləri üzrə rəsmi mövqeyinin dəyişilməsi barədə qanunun qəbul edilməsi;
  • satış obyektlərinin müəyyənləşdirilməsi və maliyyə bazarlarında satışın həyata keçirilmə müddəti barədə qə­rarın qəbul edilməsi;
  • şöbələrin, ofislərin, agentliklərin və Bankın bigər da­xili struktur obyektlərinin yaradılması, köçürülməsi və ləğv edilməsi.

Şuranın sədri Siyasi şuranın qəbul etdiyi qərarlara uyğun olaraq, Bankın fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Yaponiya bankının sədri və onun müavinləri parla­men­tin hər iki palatasının razılığı ilə Nazirlər Kabineti tərə­findən təyin olunurlar. Sədrin, onun müavinlərinin, Siyasi şuranın qalan üzvlərinin səlahiyyət müddəti 5 ildir. 1999-cu il martın 20-dən Şuranın sədri Masaru Hayamidir.
Siyasi şura zəruri hallarda və şura sədrinin gös­tə­rişi ilə toplanır. Iclas şura üzvlərinin üçdə birinin və ya daha çoxu­nun təşəbbüsü ilə də çağırıla bilər. Şura səd­rinin və ya üzvlə­rin üçdə birindən çoxunun iştirak etmədiyi halda iclaslar və səsvermələr keçirilə bilməz. Qərarlar səs çoxluğu ilə qəbul edilir. Yalnız iclasda olanlar səsvermədə iştirak edir. Əgər səs­lər yarıya bölünmüşdürsə, qərarı sədr verir. Maliyyə nazir­liyinin və Iqtisadi planlaşdırma Agentliyinin məmurları Siya­si şuranın iclaslarında iştirak etmək hüququna malikdirlər. Onlar monetar tənzimləmə ba­rədə hər hansı bir məsələnin təxirə salınmaz şəkildə nə­zərdən keçirilməsini şuradan istə­mək hüququna ma­lik­dirlər. Əgər iclasda iştirak edənlər hər hansı bir məsələnin müza­kirəsinin təxirə salınmasını istəyir­lərsə, şura səs­vermə ilə qərar çıxarır.


Icraçı auditorlar Bankın fəaliyyətini təftiş edirlər. Onlar öz hesabatlarını Maliyyə nazirliyinə və ya Siyasi şuraya göndərirlər. Icraçı auditorlar və icraçı direktorlar Nazirlər kabineti tərəfindən 4 illik müddətə təyin olunurlar.
Yaponiya bankı mərkəzi bank kimi aşağıdakı funksiyaları yerinə yetirir.
Banknotların buraxılması. Mərkəzi bank ölkədə pulla­rı çap etmək hüququna malik olan yeganə bankdır. Mər­kəzi bank hələ 1889-cu ildə fidusiar banknot emissiya hüququna sahib olmuşdur. Dövriyyədəki pulların miqdarı 1999-cu ildə 7,4% artmışdır. Ölkədəki pulların miqdarı ÜDM-dən daha sürətlə artır. Lakin pullar əmanətlərdə yatıb qalır.
Yaponiya bankının növbəti funksiyası pul-kredit siyasətinin reallaşdırılmasıdır. Bu siyasətin üç əsas aləti aşağıdakılardır: məcburi bank ehtiyatları normasının dəyiş­diril­məsi, maliyyə bazarlarındakı əməliyyatlar, faizin uçot dərəcəsi.
Məcburi ehtiyat saxlama sistemi Yaponiyada 1957-ci ildən başlayaraq fəaliyyət göstərir. Kredit müəssisələri ehtiyat depozitlərin müəyyən məbləğini Yaponiya Ban­kında yerləş­dirməyə borcludurlar. Yaponiya Bankı kom­mersiya bank­ları­nın öz hesablarındakı ehtiyatlarını aşağı sala bilərdi ki, onlar kredit ekspansiyasına başlasınlar. Kom­mersiya bank­ları kredit ekspansiyasını həyata keçir­mək iqtidarında deyil­lər, çünki onların kredit portfellərində həddən çox qaytarıl­mayan borclar var. Onlar sərbəst pulları riskli, lakin mənfəət gətirən aktivlərə – fond bazarı alətlərinə yatırırlar.
Mərkəzi bank maliyyə bazarlarındakı əmə­liy­yatlardan (bankların borc aldıqları və verdikləri bank­la­r­arası bazarda, şirkətlərin istiqrazlar və səhmlər aldığı və satdığı açıq bazar­larda) istifadə edir ki, maliyyə bazar­la­rındakı vəziyyətə təsir göstərsin, onları iflasa uğramaqdan və möhtəkirçi xarakteli ifrat tələbdən («sabun köpüyü») qorusun.
Faizin uçot dərəcəsinin tənzimlənməsi. Iqtisadi in­ki­şafın yüksək sürəti üçün zəruri şərt müəssisənin ucuz maliyyə vəsaitlərindən istifadə edə bilməsidir. Bunun üçün, birinci növbədə, Yaponiya Bankının ucuz faiz də­rə­cələri siyasətin­dən istifadə olunurdu. Bank kon­yunkturadan asılı olaraq, yenidən maliyyələşmə dərə­cəsi ilə manipulyasiya etsə də, o, Maliyyə nazirliyi ilə qeyri rəsmi məsləhətlər keçirərək faiz dərəcəsini daima aşağı səviyyədə saxlayırdı. Ikincisi, əmanət­lər üzrə faizlərin yuxarı həddi müəyyənləşdirilmişdir. Maliyyə naziri «Faiz dərəcələrinin tənzimlənməsi barədə müvəqqəti qanun» əsa­sında Yaponiya Bankının yenidən maliy­yə­ləşmə dərə­cəsinin səviyyəsinə uyğun olaraq depozitlər üzrə də­rə­cələrin yuxarı həddini müəyyənləşdirirdi. Belə­liklə, banklar aşağı cəlbetmə qiymətli ehtiyatları özlərində toplayır və real sektoru aşağı faizlə maliyyələşdirirdilər. Kredit kor­porasiya­ları və digər xırda, orta kredit müəs­sisələri kiçik və orta biz­ne­sə aşağı faiz dərəcəli borclar verir, onun inki­şafına kömək edirdilər. Kiçik kredit müəs­sisə­lərinin əma­nətçiləri əmin idilər ki, bu kredit müəs­sisələri müflis­ləşməyəcək. Ona görə də onlar aşağı faizli vəsaitləri cəlb edə bilirdilər.
1999-cu ilin fevralında Yaponiya Bankı bank­lar­arası bazarda overnayt (overnight) borclar üzrə dərəcələri 0,25%-dən 0,15%-ə qədər aşağı saldı, yəni əməli olaraq, «sıfırıncı faiz» siyasətini elan etdi. Nəticədə qısa pulların müxtəlif seq­ment­ləri arasındakı spred (spread) yoxa çıxdı və banklararası bazarın həcmi azaldı. Kommersiya bankları dövriyyə kapi­ta­lına və investisiyaların maliy­yə­ləş­mə­sinə zəif tələbat göstərən şəxsi korporasiyalara kre­dit­ləri azaltdılar. Bankların sərbəst vəsaitləri dövlət istiq­raz­larına yönəldilirdi. Bu istiqrazların dərəcələri banklararası bazardakına nisbətən yüksək idi. Yaponiya Bankı açıq adlanan təkrar bazarda dövlət istiqraz­larını, demək olar ki, almırdı, çünki uzunmüddətli kredit dərəcələrinin artmasına təhrik etmək istəmirdi. Lakin 2000-ci ildə avqustun 11-də Yaponiya Bankı «sıfırıncı faiz» siyasə­ti­nin dayandırılması barədə qərar çıxartdı və bunu belə əsas­landırdı ki, ölkədə iqtisadi inkişaf başlamışdır və «deflyasiya spiralı» təhlükəsi sovuşmuşdur. Bu qərar hakimiyyətin yuxarı eşalonlarında böyük rezonans doğurdu, çünki «sıfırıncı faiz dərəcəsi» siyasəti 2000-ci ilin əvvəlində birja ticarətinin yüksəl­məsinə kömək göstərmiş və bazarda maliyyələşməni korporasiyalar üçün əlçatan etmişdir. Ona görə də bir çox investorlar Yaponiya Bankının «sıfırıncı dərəcə» siyasətindən imtinasını risk faktoru kimi nəzərdən keçirirdilər. Lakin bankın qərarı heç bir böhran yaratmadı və faiz dərəcələri çox aşağı səviyyədə qaldı.
Kommersiya banklarının qarşılıqlı hesa­b­laş­malarının həyata keçirilməsi. Bankların apardığı tran­sak­siyalar (o cümlədən pul köçürmələri) müxbir hesablar vasitəsilə yerinə yetirilir. Qeydiyyatdan keçmiş və Yaponiyada fəaliyyət gös­tər­mək icazəsi olan bankların Məkəzi bankda müxbir hesabları olur. Kommersiya banklarının müxbir hesabların­dan hər gün 300 trilyondan çox ien keçir. Mərkəzi bank əməliyyatların bu həcmini yerinə yetirmək üçün elektron qarşılıqlı hesablaşma sistemi ilə işləyir.
Maliyyə müəssisələri menecmentinin maliyyə vəziyy­ə­tinin və mövqeyinin monitorinqi və yoxlan­ması. Yaponiya Bankı öz müştərilərinin hesablarında və depozitlərində vəsait­lərin hərəkətini izləyir və zəruri hallarda öz müfəttiş­lə­rini yerlərdə müfəssəl yoxlamalara göndərir. Belə yoxlamalar Mərkəzi banka imkan verir ki, maliyyə sistemindəki neqativ iqtisadi dəyişikliklərə ilkin mərhələdə reaksiya göstərsin və müştərilərə onların cari problemlərinin həllində kömək etsin. Ölkənin Mərkəzi bankı Maliyyə nazirliyi ilə yanaşı istənilən vaxtda bütün şəxsi bankların fondlarının təftişini aparmaq hüququna malikdir. Yoxlamaların nəticələri müntəzəm şəkildə Ma­liyyə nazirliyinə təqdim olunur və Maliyyə nazirliyi döv­lət qanunvericiliyin pozulmasına görə sanksiya­lar (lisen­ziya­sından məhrum etməyə qədər) tətbiq edə bilir.
Son mərhələnin kreditoru olan Yaponiya Bankı bank­ların iflasının qarşısını alır və kredit sisteminin stabilliyinə təhlükə olan banklara böhrandan çıxmaqda kömək edir.

  • Yaponiya Bankı dövlət qiymətli kağızları ilə əmə­liy­yatlar aparır, həmçinin xəzinə fondlarını qəbul edir, qoruyub saxlayır və ödəyir (vergilər, təqaüdlər, ictimai işlərlə bağlı vəsaitlər və başqaları).
  • Yaponiya Bankı beynəlxalq fəaliyyəti həyata keçirir.
  • xarici ölkələrin dövlət institutlarına və mərkəzi banklarına ien hesabları təqdim edir;
  • BVF –na, Qiymətli kağızların Beynəlxalq bankına və digər beynəlxalq təşkilatlara kreditlər açır və vaxtını uzadır;
  • ien kursunun arzuedilməz dəyişmələri zamanı bey­nəlxalq valyuta bazarlarında Yaponiyanın Maliyyə nazir­liyi­nin agenti qismində valyuta intervensiyalarını həyata keçirir;
  • digər ölkələrin mərkəzi bankları və beynəlxalq ma­liyyə təşkilatları üçün xarici dövlətlərin valyutasını alır və satır, beynəlxalq maliyyə təşkilatlarına kömək və koope­rasiya məqsədi daşıyır;
  • bu və ya digər ölkələrin iqtisadiyyatlarının cari və­ziyyəti ilə bağlı məsələlər üzrə məsləhətləşmələr aparır, vəziyyətin proqnozlaşdırılmasını həyata keçirir, birgə nə­zəri araşdırmalar və statistik tədqiqatlar təşkil edir.

Yaponiya Bankı ölkə bazarlarının maliyyə vəziy­yə­tinin və iqtisadi mövqeyinin proqnozlaşdırılması və başa düşülməsi üçün zəruri olan nəzəri tədqiqatları və iqtisadi təhlili həyata keçirir (uzunmüddətli dövrün iqtisa­diyyatı və başqaları).

Yapon bankının saytı http://www.boj.or.jp/en/

 

0 şərh