Anlaşma hökmləri

Məsələ 2168: Sülh odur ki, insan başqası ilə müqavilə bağlaya ki, öz malının və ya malının mənfəətinin bir miqdarını onun mülkü etsin ya haqqından keçsin ki, onun tərəf müqabili də bunun əvəzində öz malını ya malının mənfəətinin bir miqdarını buna tapşırsın ya öz haqqından keçsin. Əgər müqavilə bağlaya ki, əvəz almadan, öz malından ya malının mənfəətindən ona tapşırsın ya öz tələbindən ya haqqından keçsin, bu halda yenə də sülh səhihdir.
Məsələ 2172: Əgər bir şəxs alacağını və ya haqqını başqa birisi ilə anlaşma bağlamaq istərsə, qarşı tərəf qəbul etdiyi təqdirdə səhihdir. Amma əgər öz haqq və ya alacağından keçmək istərsə, qarşı tərəfin qəbul etməsi lazım deyil.
Məsələ 2173: İnsan borcunun miqdarını bilsə, alacaqlı olan bilməzsə, alacaqlı olan alacağını olduğundan az miqdarda sülh etmək istərsə, məsələn; əlli manat almalıykən, on manatla sülh edərsə, qalan miqdar borclu üçün halal deyildir. Amma əgər borcunun miqdarını ona deyər və o da razı olarsa, alacaqlı, alacağı miqdarı bilsə, yenə eyni miqdara sülh edərsə, halal olur.
Məsələ 2174: Əgər iki nəfərin bir-birlərinin əlində və ya zimmətində malları olursa və bunlardan birinin digərindən çox olduğu bilinərsə, o malların bir-biri əvəzində alqı-satqısı ribaya (faizə) yol açdığı üçün haram olursa, onların bir-biri ilə sülh etməsi də haramdır. Hətta onların birisinin malı digərindən çox olduğu bilinməz, amma birinin çox olduğuna ehtimal verilərsə, lazım ehtiyata görə, o iki malı bir-birilə sülh edə bilməzlər.
Məsələ 2175: Əgər iki nəfər bir adamdan alacaqlı olursa və ya iki kişi digər iki kişidən alacaqlıdırsa və öz alacaqları barədə bir-birilə sülh etmək istərlərsə, əvvəlki məsələdə söylənildiyi kimi bu ribaya yol açmazsa, maneçiliyi yoxdur. Məsələn; hər ikisi (biri keyfiyyətli, digəri orta keyfiyyətli olan) on batman buğda alacaqlı olursa və hər ikisinin müddəti sona çatmışsa, onların sülh etməsi səhihdir.
Məsələ 2176: Əgər bir şəxsdən bir müddət sonra alması lazım gələn alacağının qalanını nağd almaq məqsədi ilə bir miqdarından vaz keçər və qalan az miqdarı üçün onunla sülh edərsə, maneçiliyi yoxdur. Əlbəttə bu hökm alacağın qızıl və ya gümüş ya da çəki və ya ölçü ilə satılan bir mal olduğu təqdirdədir. Bunlardan kənar qalan mallarda 2297-ci məsələdə izah olunduğu kimi alacaqlının alacağını borclu olan şəxsə və ya başqası ilə alacağından daha az miqdar üçün sülh etməsi və ya satması caizdir.
Məsələ 2177: Bir şey üçün sülh edən iki nəfər, hər ikisi razı olduğu təqdirdə anlaşmanın poza bilər, həmçinin əgər anlaşmada hər ikisi üçün və ya birisi üçün müamiləni ləğv etmə haqqı qoyarlarsa, haqqı olan şəxs anlaşmanı poza bilər.
Məsələ 2178: Satıcı və alıcı müamilə məclisindən ayrılmamış müamiləni poza bilərlər. Həmçinin heyvan satan bir müştərinin üç günə qədər müamiləni pozma haqqı vardır. Aldığı bir malın pulunu üç günə qədər verib malı götürməzsə, 2132-ci məsələdə izah olunduğu kimi, satıcının müamiləni pozma haqqı vardır. Amma malı sülh edən bir şəxsin bu üç halda sülh pozma haqqı yoxdur. Lakin əgər tərəf müsalihə pulunu verməyi normadan artıq gecikdirərsə və ya məsələn; müsalihə pulunu olan malı nağd verməsi şərt qoyulmuş olarsa və tərəf şərtə görə əməl etməzsə, sülhü poza bilər. Həmçinin alış-veriş hökmlərində izah olunan müamiləni ləğv etmə haqqı olan digər hallarda da sülhü ləğv edə bilər. Amma əgər sülh edən tərəflərin biri aldadılarsa, bu təqdirdə onun sülhü ləğv edə bilməsi məlum deyildir.
Məsələ 2179: Sülh yolu ilə aldığı şey qüsurlu çıxarsa, sülhü poza bilərlər. Amma qüsursuz ilə qüsurlu arasında olan qiymət fərqini almaq istərsə, mübahisəlidir.
Məsələ 2180: Əgər öz malını başqa birisi ilə sülh edərsə və «mən öldükdən sonra səninlə anlaşdığım şeyi, məsələn; vəqf edəcəksən» — deyə, şərt qoyarsa və o da bu şərti qəbul edərsə, şərtə görə əməl etməlidir.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh