Рейтинг
+46.06

İdman və sağlamlıq

42 üzv, 84 topik

Üzgüçülük və onun faydaları

Əgər özünüzü sağlam və gümrah görmək istəyirsinizsə idmanla məşğul olun. Gimnastika və yungül atletika fənlərini, voleybol, basketbol və digər idman oyunlarını öyrənin və ona ciddi əməl edin. Əgər yaxınlıqda hovuz, çay, göl, yaxud dəniz varsa üzməyi öyrənin. Üzgüçülük vücudunuzun inkişaf etməsinə, bütün orqanlarınızın hərəkətə keçməsinə kömək edəcəkdir. Qədim Yunanıstnanda oxumağı və üzməyi bacarmayan adamları həyata ən az uyğunlaşmış şəxslər hesab etmişlər. Ancaq buna baxmayaraq üzgüçülük uzun zaman idmanla bağlı olmamışdır. O, hətta qədim Yunan Olimpiya Oyunları proqramlarına da daxil olmamışdır. Yalnız on doqquzuncu əsrin ortalarında Qərbi Avropanın bir sıra ölkələrində üzgüçülük üzrə yarışlar keçirməyə başlamışlar. Birinci qış üzgüçülük hovuzu 1842-ci ildə Vyanada açılmışdır.
Ardı →

İdman etmək üçün 10 səbəb

İnsan bədəni hərəkət üçün yaranıb. Az hərəkətli həyat tərzi insanın tez yorulmasına, əhval-ruhiyyənin enməsinə, bəzilərində isə depressiyaya gətirib çıxarır. Əgər indiki insanlar bir çox əsrlər əvvəl yaşasaydılar onlar özlərinə qida əldə etmək, yaşayış yeri düzəltmək, geyim hazırlamaq üçün çox çalışmalı olardılar. Bundan başqa, yürüşə çıxar, milli rəqslərlə məşğul olar, dağlardan sürüşər, yüksək fiziki hazırlıq tələb edən müxtəlif oyunlarda iştirak etməklə  daim hərəkətdə olardılar.
Bugünkü gündə özünü geyim və yeməklə təmin etmək üçün böyük fiziki güc tələb olunmur. Lakin fiziki iş görmək, fiziki hərəkətlər etmək, piyada gəzmək  sağlam olmaq üçün ən əsas  şərtlərdən biridir.
Ardı →

İnsanı cavanlaşdıran fitness

Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin fitneslə məşğul olaraq da etmək mümükündür.

Fitnes — qocalma əlamətlərinin mübarizəsində ən yaxşı müttəfiq sayılır. Buna səbəb, onun  bütün orqanizmi əhatə etdiyinə görə sağlamlığa çox xeyirli olmasıdır.Fitnesin isə bir çox növləri olduğundan əldə etmək istədiyiniz nəticə  sizin məqsədinizdən asılıdır.

Məqsəd: orqanizmin bütün sistemlərini cavanlaşdırmaq

Güc sərf olunan məşqlərdən əzələlərdə  yaranan gərginlik orqanizm tərəfindən stress kimi qəbul olunur, orqanizmin buna olan təbii reaksiyası isə hormonların intensiv atılmasıdır. Məhz hormonların olmaması isə qocalma prosesini tezləşdirir. Bu maddələr olduğu halda orqanizm yaxşı  işləyir, bu da dərinin elastikliyi və saçların parlaqlığı ilə özünü göstərir. Əsas cavanlaşdıran hormonlar endorfin, serotonin, tetesteron və boy artma hormonu  somatotropin sayılır.

Bu prosesdə ən çox yer tutan hormon, hüceyrələrin regenerasiyasına ayrılan boy artma hormonudur. Somatotropin  — hüceyrələrin qocalması ilə aktiv mübarizə aparır. Lakin, 30 yaşdan sonra orqanizm onu lazımı miqdarda istehsal etmədiyinə görə qocalma prosesi aktiv olaraq güclənir.


Ardı →

Düzgün idman edin

Düzdür, idman orqanizmi xəstəliklərdən qorumaqla yanaşı, sağlam saxlayır və bədən daha möhkəm və daha müqavimətli olur.
Lakin düzgün idman etmədikdə, daha doğrusu, idman edərkən qaydalara düzgün əməl etmədikdə orqanizm sağlamlıq əvəzinə xəstəlik, hətta, belə demək mümkünsə, şikəstlik tapır. Bir sözlə, idman etdikdə müəyyən qaydalara əməl etmək lazımdır. Elə isə bunun üçün nə etməlisiniz?

idman1. İdmana başlamazdan ən azı yarım saat əvvəl yemək-içməyi dayandırmalısınız. Çünki məşq əsnasında mədənin dolu olması məsləhət deyil. Əgər vaxtınız yoxdursa, aclığı aradan qaldırmaq üçün alma, banan və s. yeyə bilərsiniz.

2. Salona daxil olarkən çantanızda sizin üçün daha rahat olan idman paltarı və ayaqqabı olmalıdır.

3. İdmana makiyajsız başlayın. Çünki hərəkət edərkən bədən hərarətinin artması ilə əlaqədar makiyaj tərlə birləşərək dəriyə zərər verə, allergik dəri xəstəliklərinə, hətta qaşınmalara səbəb ola bilər.

4. Əvvəlcə, kiçik hərəkətlərlə bədənin, necə deyərlər, qızmasına nail olun. Qaçış lentinin üzərində keçirəcəyiniz bir neçə dəqiqə və ardından bir neçə aktiv hərəkət sizin üçün həyati əhəmiyyət daşıyır. Əgər bunu etməsəniz, şikəstliklər meydana çıxa bilər.


Ardı →

Qaçmaq yaddaşı qüvvətləndirir

İngiltərə də edilən bir araşdırmada, nizamlı qaçışın bədənə xeyirli olduğu qədər yaddaşı da gücləndirdiyi ortaya çıxdı.
İngilis qəzetlərindəki xəbərə görə, Cambridge Universitetində edilən araşdırmada, qaçış məşqinin beyində yaddaşa dəstək verən bölgədə yeni hüceyrələrin çoxalmasını təmin etdiyi təyin olundu.
Aerobik məşqin, «nevrogenesis» olaraq bilinən boz maddənin böyüməsini niyə azaltdığının bilinmədiyini ifadə edən tədqiqatçılar, bunun məşqlə ortaya çıxan yüksək qan təzyiqi və ya yüksək hormon səviyyəsinə bağlı ola biləcəyini vurğuladılar.
İngilis alimləri, araşdırmalarında, həmişə qaçan və qaçmayan iki ayrı siçan qrupunu araşdırdılar. Bir neçə gün sonra hər iki qrupu da kompüter ekranında bir çox yaddaş testindən keçirən tədqiqatçılar, hərəkətsiz qrupun yaddaş testində ən pis nəticələri aldılar.
Elm adamlarının siçanlardan götürdükləri beyin toxumaları, qaçan siçanların təcrübə əsnasında beyinlərində yeni boz maddə miqdarının artdığını göstərdi.
Təcrübə əsnasında gündə orta hesabla 24 kilometr qaçan siçanların beynində 6 minə qədər yeni hüceyrə meydana gəldiyi məlum oldu.

Davamı →

Qolf oyunu

Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş yaşıl sahədə qolf çubuqları və kiçik sərt topla oynanılan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır. Qolf Qərb ölkələrində əsasən varlıların, aristokratların məşğul olduğu idman növü sayılır.
Bu idman növünü digər idman oyunlarından ayıran əsas xüsusiyyətlərdən biri bütün oyun sahələrinin bir-birindən fərqli olmasıdır. Dünyada bir-birinin eynisi olan heç bir qolf sahəsi yoxdur. Sahədə hər çuxurun uzunluğu bir-birindən fərqlidir. Qolf sahələrinin cəmi uzunluğu, normal olaraq 5400 metrlə 7000 metr arasında dəyişə bilər.


Ardı →

Arıqlamaq üçün hərəkətlər

Ümumiyyətlə arıqlamaq üçün idman etmək istəyən xanımlar səhər duranda ilk 10-15 dəqiqə sadəcə gözəl bir rəqs musiqisi ilə oynayaraq isinmə hərəkətləri etsə yaxşıdır. Oynaq,şən bir musiqi seçin. Bundan sonra 10 və ya 8 dəqiqəlik ayrı-ayrı qısa idman hərəkətlərinə başlamaq olar..
Şeypinq (ingilis sözü olan shape-dən götürülüb, “forma”, “forma vermək” mənalarında işlənir) – arıqlamaq üçün məşqlər sistemidir. Bu, uzunmüddətli, lakin intensivliyi az olan məşqlər yolu ilə yağların yandırılması ideyasına əsaslanır. Bunun üçün şeypinqdə bütün bədənə deyil, konkret olaraq problemli bölgələrə yönəldilmiş kompleks çəşqlərdən istifadə olunur. Hər bir hərəkət müəyyən bir əzələ qrupunu (ayrıca olaraq budu öndən, arxadan, kənarlardan və s. buna oxşar şəkildə) işlədir
Burada hərəkətlərin əksəriyyəti döşəmədə və ya dayaq vasitəsilə edilir ki, bu da onurğa sütununa və ayaq damarlarına düşən təzyiqi azaldır. Müvafiq olaraq da, şeypinq daha çox arıqlamağa yenicə başlayan və həddən artıq kök olan və ya yaşı artıq 40-ı keçmiş insanlara daha uyğun gəlir.


Ardı →

Hansı yeməkdən sonra hansı idmanı etməli?

Yediyiniz 1 dilim paxlava üçün 1.5 saat heç durmadan rəqs etməli, içdiyiniz 1 fincan südlü qəhvə üçünsə 3-3.5 saat ayaq üstə qab yumalısınız. Formada qalmaq istəyir, ancaq hamburger, pizza, kabab, bir dilim şokolada “yox” deyə bilmirsiz?

Yediyiniz yeməklərin yağa çevrilməsini hərəkət etməklə əngəlləmək mümkündür.

Çox insan formada qalmaq üçün pəhrizi həyatlarının bir parçası ediblər. Bəs arada gizli-gizli qadağan olunmuş qidaları yeyənlər bu yağlarını əritmək üçün nə etməlidir?

180 qramlıq pizza 330 kaloridir. O kalorini yandırmaq üçün təxminən 1 saat üzmək lazımdır. Bu, 324 kalori yandırmanıza kömək edəcək.

Təxminən 110 qramlıq bir ədəd hamburger 240 kaloridir. Bu kalorini əritmək üçün templi şəkildə 2 saat gəzmək lazımdır.

70 qramlıq bir dilim şokoladlı tort 275 kalori təşkil edir. Bu kalorini yandırmaq üçün 2 saat yarım ev işi görmək lazımdır.


Ardı →

Fiziki hərəkətlər və sağlamlıq

Bizim bədənimizdə 600 müxtəlif əzələ vardır və əzələ liflərini təşkil edən ən əsas hissə isə zülaldır. Əzələ kütləsi yalnız yıgılma və boşalma zamanı saxlanıla və arta bilər, sakit vəziyyətdə isə əzələlər atrofiyalaşır. İnsan yaşlaşdıqca əzələ və piy toxmasının nisbəti potoloji olaraq, hətta qamətli insanlarda belə piy toxumasının artmasına yönəlir. Herontoloqlar əzələ kutləsinin itirilməsini qocalıq əlaməti hesab edirlər, lakin hal-hazırda gənclərin 30%-ə qədərinin əzələ kütləsinin çatışmamazlığı faktdır. Əzələlər təbiyətin unikal təzahürüdür: onlara ehtiyac olmadıqda onlar dərhal atrofiyalaşır. Lakin ən maraqlısı odur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər.
Ardı →