Рейтинг
+46.06

İdman və sağlamlıq

42 üzv, 86 topik

Üzgüçülüyə başlamaq üçün 10 səbəb

Üzgüçülük bütün ailə üzvləri tərəfindən məşğul oluna bilən idman növüdür. Bu idman növünü yaşam tərzinizə daxil edin və sağlamlığınıza gətirdiyi faydalardan zövq alın.

1. Üzgüçülük zamanla ürək-damar və tənəffüs sistemlərini gücləndirən aerobik idman növüdür.

2. Üzgüçülük yaralı və ya zəifləmiş əzələləri bərpa etməkdə kömək edə bildiyi kimi kürək və ya oynaq problemləri ilə üzləşən insanlar üçün də ən yaxşı idman növüdür.

3. Üzgüçülük hamilə qadınlar üçün təhlükəsiz idman növüdür.

4. Üzgüçülük yağsız əzələ toxuması yaradır. Üzmə zamanı suya qarşı müqavimət əzələ gücü yaradır.

5. Üzgüçülük artıq çəkidən əziyyət çəkən insanlar üçün də uyğundur və bütün bədən idmanıdır.
Ardı →

İdmanda zamanı tərləmə

Tərləmə tər vəziləri vasitəsilə olur. İki növ tər vəziləri ayırd edilir: ekkrin vəzlər, bunların hüceyrələri sekret hasil edib onu vəzinin boşluğuna ifraz edir, həm də sekretor vəzilər dəyişilmir; apokrin vəzilər — bu vəzilərin sekresiyası zamanı vəzi hüceyrəsi protoplazmanın bir hissəsi parçalanır, həm də hüceyrələr xaric olan tərin içərisinə düşür.
Əzələ işi, xüsusən, yay aylarında orqanizmə çoxlu maye daxil edilməsi tər ifrazını artırır. Psixi anlar (sinir-psixi gərginləşmə, qorxu) ətraf mühitin adi temperaturunda da güclü tər ifrazına səbəb ola bilər.

Ətraf havanın temperaturunun yüksəlməsi sinir mərkəzlərini reflektoru qıcıqlandırmaqla tər ifrazını artırır.
Bəzi dərman maddələrində sekretor sinirlərinin periferik uclarını oyatmaq və ya süstləşdirmək xassəsi vardır, məsələn, pilokarpin tər vəzinin ifrazını artırır, atropin isə azaldır və s.

Tər ifrazı pozğunluqları ümumi və yerli olur. Bu pozğunluqlara hiperhidroz deyilir. Ümumi hidroz əməli cəhətdən sağlam olan, lakin çox tərləyən şəxslərdə tərin həddən artıq ifraz olunması nəzərdə tutlmur. Yerli hiperhidroz adətən ovuclarda və ayaqların altında, qoltuqaltı çuxurlarda, sarğıarası büküşdə və nadir hallarda dəri örtüyünün digər hissələrində müşahidə edilir.
Ardı →

Qarın əzələləri bərkitmək üçün fiziki hərəkətlər kompleksi

Bu fiziki hərəkətlər kompleksi qarın əzələlərin bərkitməsi üçün nəzərdə tutulub. Həm qadın, həm də kişilər üçün uyğun gəlir.

Təqdim olunan fiziki hərəkətlər kompleksi doğuşdan sonra zəifləmiş qarın əzələləri bərkitmək üçün də istifadə etmək olar. Bu halda məşğələlərə doğuşdan 2 ay sonra başlamaq olar.
 

saglamolun.az 


Davamı →

İdmanın stressə qarşı psixoloji faydaları

Aparılan tədqiqatlara görə idmanla mütəmadi məşğul olmaq stress və depressiya hallarına qarşı təsirlidir. İdman etdikdə bədən endorfin ifraz edərək beyində yaranan ağrıları azaldır. 

Endorfində olan morfin maddəsi isə bədənə yaxşı təsir göstərir. Onuda qeyd etmək lazımdır ki, bu maddə beyin nahiyəsində, onurğada və bədənin digər bölgələrində olur.

Boş vaxtlarda çoxlu idman etməyin aşağıdakı faydaları var:
• Stress səviyyəsini aşağı salır;
• Qayğı və depressiya hisslərini uzaqlaşdırır;
• Özünə inamı yüksəldir;
• Yuxu keyfiyyətinə təsir göstərir;
• Qəlbi gücləndirir;
• İnsanı yüngül və enerjili hiss etdirir;
• Qan təzyiqini aşağı salır;
• Sümükləri gücləndirir;
• Bədən yağını azaltmağa kömək edir;
• Sağlam və gözəl görünməyi təmin edir.
Davamı →

Üzgüçülüyün uşaqlara hansı faydaları var?

Üzgüçülük uşaqların inkişafına müsbət təsir edən idman növlərindən biridir. Uşaqların əzələ-skelet sisteminin inkişafına kömək etməklə yanaşı, onların boy və çəki nisbətini qorumağa da kömək edir. Üzgüçülük də gimnastika kimi bütün idman növlərinin əsasını təşkil edir. Bu idman növü uşaqların koordinasiyasını yaxşılaşdırdığı üçün körpəlikdən bu idmanla məşğul olmaları çox faydalı olacaq. Yemək problemi olan uşaqlar çimdikdən sonra acıyacaqları üçün bu problem öz-özünə aradan qalxacaq. Üzgüçülük uşaqların inkişafına müsbət təsir etməklə yanaşı, maddələr mübadiləsini də aktivləşdirir. Həzm sistemi problemi olan uşaqların problemləri aradan qaldırılır. Üzgüçülük həm də uşaqlar üçün təhlükəli olan şeyləri aradan qaldırmağa kömək edir. Məsələn, uşaq üzməyi bildiyi üçün boğulma təhlükəsi olmayacaq. Bəs üzgüçülüyün uşaqlara nə kimi faydaları var?


Davamı →

Hər gün idman etməliyikmi?

 «Hər gün idman etmək sağlamlığımız üçün vacibdir» – bu ifadə, sağlam həyat tərzinin ayrılmaz bir hissəsi kimi çoxumuza bələddir. Bu bloqda biz hər gün idman etməyin faydalarını, potensial risklərini və bu məsələyə dair mütəxəssislərin fikirlərini araşdıracağıq. 
Davamı →

Necə daha sürətli qaça bilərsiniz?

Qaçış həm fiziki, həm də ruhi sağlamlığımız üçün mühüm bir fəaliyyətdir. İstər sağlamlıq, istərsə də  rəqabət məqsədi ilə olsun, biz bu fəaliyyəti daimi yerinə yetirməyə çalışmalıyıq. Bu məqalədə qaçış texnikaları, fiziki hazırlıq, qidalanma, hidratasiya, motivasiya və ruh sağlamlığı kimi mövzuları geniş şəkildə əhatə edəcəyik.


Davamı →

Velosiped sürməyin 5 faydası

İstər evdə, istər idman salonunda velosipedə minmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir üsuldur. Evinizə bütöv bir məşq dəsti almaq baha başa gələ bilər, amma bir velosipedlə lazım olan hər şey əlinizin altındadır. Velosipedə minməyin sizə uyğun məşq olub-olmadığını öyrənmək istəyirsiniz? Budur, sizə velosipedə minməyə başlamaq üçün 5 səbəb:
  • Məşq və ya yol velosipediylə arıqlayın

Kalori yandırmaq üçün velosipedə minmək ideal hesab olunan üsullardan biridir.


Davamı →

Səhər yürüşlərinin sağlamlığa 4 faydası

Çəkinizi idarə etməyə imkan verir

Hər səhər müntəzəm və ritmik hərəkətlərlə 20-30 dəqiqəlik gəzmək artıq yağ yandırmağa və arıqlamağa kömək edəcəkdir. Bu müddət ərzində yediklərinizə və içdiklərinizə diqqət yetirməli və kalori nəzarətini təmin etməlisiniz. Bundan əlavə, səhər gəzintiləri piylənmənin qarşısını alan ən sadə və təsirli üsullardan biridir.


Davamı →

Yoqaya başlamaq üçün səbəblərimiz

Uzun illərdir istifadə edilən yoqa, insanı dinclik və xoşbəxtliyə qovuşduran məşqlərdən biridir. Yoqa ilə insan bədəni daha da sağlam bir hala gəlir. Yoqa insanların həyata olan baxışlarının dəyişdiyi və bunun yanında, duyğusal, zehni və ruhi mənada da inkişaf etdiyi açıq şəkildə görünür. Yoqa əslində insanın öz orqanizmini tanıması və tərbiyə etməsidir. Yoqa ilə bədənini, ruhunu və onu tərbiyə edən insan eyni zamanda əmin-amanlığa da qovuşar.

Davamı →