Enerji

Enerji — cisimlər (və ya zərrəciklər) arasındakı qarşılıqlı təsirləri və onların hərəkətlərini xarakterizə edir. Qarşılıqlı təsirlər və hərəkətlərin müxtəlif növlərinə uyğun olaraq enerjinin də müxtəlif növləri vardır: mexaniki, daxili (istilik), elektromaqnit, atom və s.
  • Mexaniki enerji mexaniki hərəkət və qarşılıqlı təsiri xarakterizə edən enerjidir.
  • Daxili enerji (istilik enerjisi) maddəni təşkil edən atom və molekulların hərəkət və qarşılıqlı təsirlərini xarakterizə edən enerjidir.
  • Elektromaqnit enerjisi elektrik yükünə malik zərrəciklərin hərəkət və qarşılıqlı təsirlərini xarakterizə edən enerjidir.
  •  Atom enerjisi atom nüvələrinin daha kiçik zərrəciklərlə qarşılıqlı təsirini xarakterizə edir.
Enerjinin ən mühüm xassəsi onun bir növdən başqa növə çevrilməsidir. İnsanlar enerjinin bu xassəsindən geniş istifadə edirlər; Məsələn, məişətdə geniş istifadə olunan elektrik enerjisi müxtəlif növ enerjilərin çevrilməsi hesabına əldə edilir.
 
Enerji
 
 
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik
 

0 şərh