Enerji. Potensial və kinetik enerji

Qüvvənin təsiri cismi hərəkətə gətirirsə, mexaniki iş görülür. Baxılan misallarda görülən işin nəticəsində cisim deformasiyaya məruz qalır (kaman və elastik yay dartılır). Deformasiyaya məruz qalan cisim, məsələn, yay, buraxıldıqda əvvəlki vəziyyətinə qayıdır, bu zaman o, özü ilə yükü də hərəkətə gətirir (kamandan çıxan ox hədəfə doğru uçur) – elastik yay iş görür.
Beləliklə, deformasiya olunan cisim iş görür:
Cismin işgörmə qabiliyyəti ilə xarakterizə olunan fiziki kəmiyyət enerjidir. Sıxılıb sapla bağlanan yay və ya dartılan yay əvvəlki formalarını ala bilmir- onlar deformasiya etmiş vəziyyətdə qalır. Deformasiya edən yayın hissəcikləri arasında qarşılıqlı təsirlər artır.
Cismin və ya onun hissəciklərinin qarşılıqlı təsiri zamanı malik olduğu enerji potensial enerji adlanır (lat. “potentia” – güc, imkan )
Qayçı ilə sapı kəsdikdə sıxılan və dartılan yay iş görür, onlarda toplanan potensial eneıji kürəciyə verilir. Nəticədə kürəcik artan sürətlə dartılan yay istiqamətində hərəkətə gəlir — yaya təsir edən elastiklik qüvvəsi iş görür. Beləliklə, yayların potensial enerj isi kürəciyin hərəkət eneıj isinə çevrilir.
Cismin hərəkət enerjisi kinetik enerji adlanır (yun. “kinetikos ” — hərəkətə gətirən).
Enerji skalyar fiziki kəmiyyət olub E hərfi ilə işarə edilir, BS-də vahidi couldur:[E]=1C.
Potensial enerjinin asılı olduğu kəmiyyətlər. Cismi Yer səthindən ixtiyari h hündürlüyünə qaldırdıqda ağırlıq qüvvəsinin gördüyü iş:
A = Fa · h = mgh olur.Potensial enerjinin asılı olduğu kəmiyyətlər
Bu iş nəticəsində cismin Yerlə qarşılıqlı təsir potensial (Ep) enerjisi artır. Masa səthindəki cismin Yerə nəzərən potensial enerjisi döşəmədəki enerjisindən mgh qədər böyük olur (a):
Ep = mgh.
Düsturdan da göründüyü kimi, potensial enerji cismin kütləsi, Yer səthindən olan hündürlüyü və sərbəstdüşmə təcilindən asılıdır. Eyni hündürlükdə böyük kütləli cismin potensial enerjisi daha böyükdür. Cisim Yer səthindən yuxarı qalxdıqda onun potensial enerjisi artır, aşağı düşdükdə isə azalır.
Deformasiya olunan elastik cisimlərin, məsələn, sıxılan və ya dartılan yayın potensial enerjisi onu təşkil edən hissəciklərin qarşılıqlı təsir enerjisidir. Bu hissəciklərin qarşılıqlı təsir qüvvəsi elastiklik qüvvəsini yaradır (Fel= -kx).
  • Elastik deformasiya etmiş yayın potensial enerjisi onun sərtliyi (k) ilə yayın uzanmasının (x) kvadratına hasilinin yarısına bərabərdir (b):
Potensial enerjinin asılı olduğu kəmiyyətlər
 

 
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
 

0 şərh