Dağlaləsi

  • Flora
Dağlaləsi dünyanın ən məşhur güllərindəndir. Yazda və yayın əvvələrində xüsusi seçilmiş soğanaqlardan inanılmaz gözəlliyə malik güllər yetişir. Dağlaləsininin becərilmə tarixi qədim zamanlara gedib çıxır. Bu möhtəşəm gül on yeddinci əsrdə Hollandiyada ən çox becərilən gül kimi məşhurlaşmışdı və günmüzdə də onu heyranedici hesab edən bağbanlar var.

Dağlaləsi sərin iqlimə malik ölkələrdə daha yaxşı çiçəkləyir. Soğanaqlı bitkilər növündən olan dağlaləsinə qulluq etmək sinfin digər növlərinə nisbətən daha asandı. Dağlaləsinə qulluq erkən yazda başlayır. Belə ki, dağlaləsi ilk cücərən vaxt inkişaf etməyən soğanaqları seçib çıxartmaq və onları məhv etmək lazımdır ki, digər soğanaqlarda xəstəliyə yoluxmasın.

Dağlaləsinin kökü torpağın dərinliklərindən su çəkə bilmədiyi üçün onun tez-tez suvarılması əsas şərtdir. Tez-tez və bol sulanma torpağın vəziyyətindən asılı olsa da, tumurcaqlama və çiçək açma dövrlərində istənilən halda bol suvarılmalıdır.

Torpağa yayılmış kökün hər tərəfinə suyun yaxşı çatması üçün 1 kv m-ə təxminən 10 l-dən 40 l-ə qədər su tökülməlidir. Yadda saxlamaq lazımdır ki, dağlaləsini sulayarkən su yarpağa düşməməlidir, əks halda yarpaqda yanıq əmələ gələ bilər. 
 

0 şərh