Ağ badımcan

  • Flora
Ona yumurta çiçəyi də deyilir, ağ badımcan bitkisi də. Lakin faydalarından çox az insanın xəbəri var. C vitamini baxımından olduqca zəngin olan yumurta çiçəyi xərçəngin dərmanlarından hesab olunur.

Lifli quruluşu sayəsində şəkər xəstəliyində də müalicə məqsədilə istifadə oluna bilər. Çünki qlükozanın həddən artıq sorulmasına nəzarət edir. Anti-bakterial xüsusiyyəti var. Kəsik və ya yaraların mikrob qapmasına səbəb olan bakteriyalarla mübarizə aparır.

Yumurta çiçəyi insan bədənin PH dəyərini turşuvari olmasından qoruyur. Həzm sistemi xəstəliklərində bu xüsusiyyəti sayəsində müsbət təsirini göstərə bilir.
 

0 şərh