Badımcan qəlyanaltısı

Badımcan mövsümündə dolmasından qızartmasına qədər hər cür formada bişirilir. Bu dəfə bütün tərəvəzləri qovuraraq dadlı yemək hazırlaya bilərsiniz. Həm yemək, həm salat, həm də qəlyanaltı olaraq süfrəyə verə biləcəyiniz bir ləzzət. Evdar.az yağı az, ləzzəti bol olan badımcan qəlyanatısının reseptini təqdim edir.

Davamı →

Ağ badımcan

  • Flora
Ona yumurta çiçəyi də deyilir, ağ badımcan bitkisi də. Lakin faydalarından çox az insanın xəbəri var. C vitamini baxımından olduqca zəngin olan yumurta çiçəyi xərçəngin dərmanlarından hesab olunur.

Lifli quruluşu sayəsində şəkər xəstəliyində də müalicə məqsədilə istifadə oluna bilər. Çünki qlükozanın həddən artıq sorulmasına nəzarət edir. Anti-bakterial xüsusiyyəti var. Kəsik və ya yaraların mikrob qapmasına səbəb olan bakteriyalarla mübarizə aparır.

Yumurta çiçəyi insan bədənin PH dəyərini turşuvari olmasından qoruyur. Həzm sistemi xəstəliklərində bu xüsusiyyəti sayəsində müsbət təsirini göstərə bilir.
Davamı →

Badımcan acısının çıxarılmasının asan yolları

Badımcan acısının aradan qaldırmağın bir neçə üsulları mövcuddur. Acı ilə mübarizədə bizə yardımçı əsasən duz olacaq.

Bir qayda olaraq badımcana acı dad verən yalnız onun qabığıdır. Buna görə, əgər sizin reseptinizə bu uyğundursa, o zaman yalnız badımcanı qabığından təmizləmək bəs edir.
Davamı →

Badımcanın insan orqanizminə xeyri

  • Flora

Hər birimiz bilirik ki, bu məhsulu bişirdikdə hökmən onu duzlu suya qoymaq məsləhətdir.

Bunu adətən acılığı götürmək üçün edirik, lakin bunun başqa səbəbi də var. Daha önəmli səbəb odur ki, badımcan qızarıldıqda yağı özünə çox hopdurur. Duz isə bu prosesin qarşısını alır. Yağın hopmaması üçün digər üsul,qızartmadan əvvəl doğranmış badımcanı suda qaynadmaqdır.

Bilin ki, çox yetişmiş badımcanı bişirmək məsləhət görülmür, çünki onun tərkibində yüksək miqdarda  salonin  vardır. Xeyirinə gəldikdə isə ən önəmli məqamlardan biri odur ki, badımcan, qanda olan xolesterinin səviyyəsini aşağı salır. Badımcanın tərkibində  bədəndə maye balansını normallaşdıran və ürək əzələlərinin işini yaşılaşdıran, önəmli element  kaliy vardır. Həmçinin  C, B, B2, PP vitaminləri və karotin də vardır. Mineral maddələrə gəldikdə isə, o, kaliy, natriy, kalsiy, fosfor və dəmirlə zəngindir.


Ardı →