Qoxusundan şəfa tapacağınız bitkilər
- Canlanmaq üçün; Nanə
Nanə yağını qoxlamaq, xüsusilə, sürücüləri daha canlandırar. Araşdırmaya görə nanə qoxulayan basketbolçu daha enerjili performans göstərmişdir.
- Xoşbəxtlik üçün; Limon
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Adaçayı çoxillik, Aralıq dənizi ətrafında yetişən bir ağacın, bitkinin yarpaqlarından əldə edilir. Min illər boyunca dərman istehsalında istifadə edildiyi məlum olan adaçayı keçmişdə ilan sancmalarının müalicəsində, nəzərə qarşı qoruma kimi istifadə edilmişdir. Bəs adaçayı nə işə yarayır, faydaları nələrdir?
Yovşan xoş qoxulu çoxillik yarımkol bitkisidir. O, çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında “acı yovşan” adı ilə də tanınır.
Vətəni Avropa olsa da, Asiya, Afrika və Cənubi Amerika da daxil olmaqla müxtəlif iqlimlərdə asanlıqla böyüyür. Susuzluğa davamlı olan bu çöl bitkisinin ölkəmizdə 42 növü yayılıb.
Əsasən çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda bitir.
Məxmər kimi ağ və ya yaşılımtıl-gümüş gövdələri, sarı-yaşıl yarpaqları və parlaq və ya solğun sarı rəngli soğanlı çiçəkləri var. Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda becərilir. Maraqlıdır ki, süfrələrimizin bəzəyi olan tərxun da yovşanın bir növüdür.