Gözəgörünməz rəssam
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Almaniyanın Dresden şəhərində olan bu binanın mühəndislik möcüzəsi bir xüsusiyyəti var. Binanın adı Neustadt Kunsthofpassage. Yağış yağdığında musiqi çalan bu bina musiqiçilər və mühəndislər tərəfindən yaradıldi. Yəni bu bina hər yağış yağdığında şəhərdə yaşayanlara musiqi çalır.
Binaya turistlərin də sıx marağı görünür.
Tanzaniyada Natron Gölü hər kəsi heyrətə salan, dəhşət verici təbiətinə və canlıları duzdan heykəllərə çevirməsinə görə tanınır. Şimali Tanzaniyada olan Natron gölü, Şərqi Afrikanın Böyük Rift Vadisinin cənubuna qırıq bir bilərzik kimi düzülmüş bir neçə soda gölündən biridir. Göl, Ewaso Ng'iro çayı və ayrıca isti qaynaq suları ilə bəslənir. 3 metrdən daha az dərinliyi ilə dayaz olmasına qarşı, dəyişən buxarlanma nisbətləri səbəbiylə olduqca dəyişən genişliyə malikdir.
Gölün " natron " adını sözün mənasından da aydın olduğu kimi «Təbii natrium karbonat, soda və ya natrium hidroksid » məzmunundan ibarətdir.
Na2CO3 · 10H2O (natrium karbonat ) və ayrıca yüzdə 17 nisbətində də NaHCO3 (natrium bikarbonat ) ehtiva edən göldə fərqli miqdarlarda da natrium xlorid və natrium sulfat vardır. Sıx miqdarda duz ehtiva etdiyi üçün zaman zaman suyun istiliyi 60° C-ə qədər çıxa bilir. 9-10.5 arasındakı Ph dərəcəsiylə canlılar üçün ölümcül ola bilir.