Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

13 məhkumun son arzusu

Görəsən, ölümqabağı kimin arzusu nə olar? Adamdan soruşsalar ki, nə yemək hazırladaq sənə kim nə cavab verər? Ağır məsələdir. Və təbii ki, çox adama o sualı da, cavabı da vermək çətin olar.

Amma elə peşə sahibləri var ki, bu sualı verirlər. Hətta aldıqları cavablara əməl eləmək də onların peşə borcudur. ABŞ həbsxanalarında ölümə məhkum olunanlara verilir bu sual. Bu günlərdə amerikalı fotoqraf Henri Harqvis “No seconds” — “Saniyən də yoxdur ” adlı fotoreportaj hazırlayıb bu haqda.

O, 13 ölüm cəzası alan məhbusun son yemək menyusuna nələrin daxil edildiyini fotolarla göstərib. Şəkilaltı məlumatlarda isə məhbusların adları və törətdikləri cinayətlər haqda məlumat yer alıb.
Ardı →

Kuifje(Tenten) layihəsi

NL studio Holland memarlıq şirkəti tərəfində Rotterdamda çox mənzilli yaşayış binası tikiblər. Bu 15-mərtəbəli bina Nieuv-Croosvik rayonunda ən hündür tikilidi. Binanın qeyri-adiliyi isə onun mərtəbli damındadır. Dizaynerlər evin damını məşhur komiks personajı Tenten-ın saç düzümünə oxşadıblar. Bina Kuifje adlanır,  Holland dilindən tərcümədə Tenten demekdi.

Ardı →

Sehrli uşaqlıq

Mədəni, etnik, dini, irqi fərqlərindən, iqtisadi vəziyyətlərindən asılı olmayaraq uşaqlar həmişə əylənməyin yolunu tapırlar. Onların geniş xəyal dünyaları və sehrli uşaqlıq anları bu 33 fotoda öz əksini tapıb.

Qərb ölkələrində valideynlər uşaqlarının texnologiyadan asılı qaldıqlarını, təbiətdə yetəri qədər vaxt keçirmədiklərindən narahatlıq keçirirlər. Ola bilər ki, texnologiya onların intellektual cəhətdən inkişafına kömək edir, amma palçıqda eşələnməyi, qumdan qalalar düzəltməyi də unutmamalıyıq.

Ardı →

Ölkəyə uyğun gözəllik standartları

Amerikalı jurnalist və fotoqraf Esther Honig bir proyektlə məşhur photoshop`çulara müraciət edir. Photoshop`çular onun şəkli üzərində hər ölkəyə uyğun gözəl qız modelini yaratmağa çalışıb. Sizcə hansı daha uğurlu alınıb və hansı daha gözəldir?

Original foto

 


Ardı →

Kano Kristales - dünyanın ən rəngli çayı

Kolumbiyadakı Kano Kristales çayı dünyanın ən rəngli çayı hesab olunur

Hər il minlərlə tursit bu möhşətəmliyi görmək üçün Cənubi Amerikaya səfər edir. Çayda bitən rəngli yosunlar dünyanın heç bir yerində yoxdur. Çaya müxtəlif rənglər verən də həmin yosunlardır. Simsar.az sizə həmin möhtəşəm çaydan fotoları təqdim edir.


Ardı →