Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

Ərzaqlardan sənət əsəri

İngilis fotoqraf Carl Warner ərzaq dekorasiyası sənətini yeni səviyyəyə qaldırır. O, real və mürəkkəb səhnələr yaratmaq üçün müxtəlif ərzaqlardan istifadə edir. Çörək yığıntılarından kələ-kötür dağlar, xiyardan ağac gövdələri, kələmdən, göyərtidən yarpaqlar hazırlayır.

Warner və onun komandası kulinariya elementlərini parça-parça, dəqiqliklə quraşdırmaqla Tac Mahal və Çin Səddi kimi məşhur memarlıq strukturları, qondola sürücülərindən kovboylara qədər insan fiqurları və London Skyline və böyük səhralar kimi gözəl mənzərələrin maketlərini yaratmışdır. 

Ardı →

Hollivudun tanınmış yaraşıqlı kişilərinin sevdiyi qadınlar

Hollivudun ən yaraşıqlı kişilərinin çoxu modellərlə sevgili olur. Yaraşıqlı  kişilərin “Victoria Secretin” gözəl mələkləri ilə sevgili olmasına artıq  öyrəşmişik. Lakin heç də bütün yaraşıqlı kişilər gözəl qadınları seçmir.

Aaron Conson və Sem Teylor-Vud 

Yaraşıqlı aktyor “Con Lenon olmaq” filiminə çəkiləndən sonra hamını  təəccübləndirir. Belə ki, “The Sun” agentliyinin müxbirlərinin aktyorun izinə  düşməsindən sonra məlum olur ki, aktyor filmin rejissoru ilə görüşür. 32 yaşlı  aktyor 45 yaşlı Sem Teylor-Vud ilə ailə qurur. Bu xəbər ilk vaxtlarda hamını  təəccübləndirsə də, sonradan normal qarşılanır. Cütlüyün indi iki övladı  var.

   


Ardı →

Kitab memarlığı

Bildiyimiz kimi bütün kitablar ağacdan hazırlanır, lakin buna memarlıq tərəfdən baxsaq bu ideya yalnız Nino Orlandiyə məxsusdur. İtalyan memarı maraqlı və yadda qalan əsərlər yaradır hansılar ki, hər biri kiçik hekayədən danışır.

  Ümumilikdə memarın bütün memarlıq əsərləri kitab mövzusu ilə bağlıdır. Kitab bilik mənbəyi olub və insanı təhsilə yönləndirdiyi kimi eləcə də incəsənətə yönləndirir.

  Orlandi demək olar ki, gənc yaşlarından memarlıq ilə məşğul olur və o, demək olar ömrünün artıq 14 ilini bu sahəyə həsr edib. Bir çox incəsənt adamları kimi Orlandinin də  əsas məqsədi “mümkün” və “qeyri-mümkün” arasındakı sərhədi açmaqdı. Fantaziyasından istifadə edərək kitabların içindən çıxan əl, qədim dövrə aid element və ya hadisə kitab üzərinə qabardaraq yaratmaqla o buna az da olsa nail olur.


Ardı →

Dünyanın ən gözəl topiar bağı

İngiltərənin Kumbria bölgəsində yerləşən Levens Halldakı bağ dünyanın ən gözəl və böyük topiar bağı kimi tanınır. Bağ 1694-cü ildən bəri hamını heyran edir. Burdakı yüzdən çox ağac və kolun 300-ə yaxın yaşı var. Ən böyük ağac isə çətir formasındadır. Yağışdan qaçanlar bu ağacın altında sığınacaq tapırlar.

Təbii ki, bu qədər bitkiyə qulluq edib qorumaq da asan iş deyil. Levens Halldakı bağları bərpa etmək bağbanların təxminən 6 ayını alır. Bağdakı budama işləri sentyabrda başlayır və 6 ay davam edir. Bu müddət ərzində 10 hektarlıq ərazi tam səliqəyə salınmalıdır. Turistlər bura daha çox budama işi başlamazdan öncə gəlirlər.


Ardı →

Səyyah heykəllər

Məşhur fransız heykəltaraşı Bruno Katalaonu kəsilmiş hissələrdən ibarət heykəllər yaratmışdı. İlk baxışdan bu heykəllər tamamlanmamış kimi görünsədə lakin bu əsərlərin dərin mənası var. Bruno öz əsərlərinə hər hansısa fikir bildirməsə də, zənnimcə o bu əsərlər vasitəsi ilə sadə xalqa nəyi isə çatdırmaq istəyirdi.

Onun “Səyyah” adlı heykəllər silsiləsində Van Qoq da yer almışdı.


Ardı →