Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

3D Rəsmlər

Küçədə 3D rəsmləri daha çox Amerika Birləşmiş Ştatlarında və Almaniyada məşhurdur. Bəlkə də Nikolay bu səbəbdən Almaniyaya köçüb.

Rusiyalı rəssam Nikolay Arndt küçədə yeriyərkən  boz yeksənək  küçə daşlarının altından hansı dünyaların gizlənə biləcəyini təsəvvür edir. Onun bu fantaziyaları nəinki küçələrə əlavə gözəllik verir, həmçinin insanlarda xoş əhval-ruhiyyə yaradır.


Ardı →

Şam yeməyi zamanı,sözün həqiqi mənasında buludlarda olmaq istəyirsiniz?

Nahar vaxtı qaşığınız itərsə,adəti üzrə əyilib götürməyə tələsməyinBu cür başgicəlləndirən yüksəklikdə,onsuz da heç nə alınmayacaq.Ancaq adrenalin porsiyası artıqlaması ilə sizi qanə edəcək.Evlənmə təklif edənlər üçün də burada şam etmək,sözün həqiqi mənasında yüksək səviyyədə keçəcək.«Dinner in the sky» adrenalin sevənlər və nəfis mətbəxin yeməklərindən yararlanmaq istəyənlər üçün əsl tapıntıdır.Şef-aşpaz 50 metr yüksəklikdə xüsusi olaraq sizin üçün yemək hazırlayacaq.Bu zaman siz romantik şam yeməyində,yaxud işgüzar naharda ətraf mənzərəni bütünlüklə izləyə bilmək üçün dövr edən oturacağa bərkidilmiş olacaqsınız.Amsterdam,Paris,Barselona,Madrid,Budapeşt,Brüssel və Avropanın digər şəhərləri bu ən qeyri-adi restoranına dəvət edir.7 tonluq platformada xidmət personalının 4 əməkdaşı və 22 qonaq yerləşir.Qeyd edək ki, «restoran» hər saatda bir qalxır və enir.Onun işi həmdə küləyin vəziyyətindən asılıdır.
Ardı →

Divarı bəzəyən saatlar

Saat bəşər övladının ən qədim kəşflərindən biridir. Qol saatları vaxtı göstərməklə yanaşı sahibinin xarakteri və statusunun göstəricisi, divar saatları isə otağın bəzəyidir.



Ardı →

Dünyanın gözəl məscidləri

İranlı tələbə Məhəmməd Gənci dünyanın müxtəlif ölkələrindəki məscidlərin interyerləri və tavanlarının fotolarını çəkir.
Şəkillərdə Yaxın Şərq memarlığına xas eleqant tağları və spiral şəkilli sütunları aydın görmək mümkündür.
Məscidlərin daxili divarlarındakı bənzərsiz naxışlar, eləcə də parlaq vitrajlar və həndəsi mozaika isə heç kəsi laqeyd qoymur.
Bir çox məscidlərdə foto çəkmək qadağan olunduğu üçün bu layihə qeyri-adi interyerləri incələmək baxımından unikaldır.


Ardı →

Təhminə və Zaur 20 il sonra

«Nargis Magazine» Təhminə və Zaur 20 il sonra fotosessiyası keçiriblər. Bu fotosessiyada  filmnən epizodlar yer alıb.

Nəzərinizə çatdiraq ki, «Təhminə və Zaur» 1993 ildə Anarın «Beşmərtəbəli evin altıncı mərtəbəsi» adlı romanının əsasında çəkilən bədii filmdir. Rejisserovu Rasim Ocaqov, baş rolları Fəxrəddin Manafov və Meral Konrat canlandırıblar.
 


Ardı →

Hiperrealist şəkillər


Milandan olan  italyan illüstrator və qrafik dizayner Marçello Barenyi adi əşyaların elə hiperrealist şəkillərini çəkir ki, bunların adi rəsm əsəri olduğuna inanmaq çətindir. Maraqlıdır ki, rəssam rəsm üçün standart dəstdən istifadə edir. Hər bir əsər reallıq çərçivəsindən keçir. Şəkillər 3 ölçülü hiss yaradır, bəzən şəkillərin həqiqətən də əllə çəkildiyinə inana bilmirsən: hər bir xırda qırış, hər bir bükük qeydə alınıb.

Ardı →

Dobri baba

O hər gün səhər tezdən durub, öz kəndindən 10 km uzaqda yerləşən paytaxt şəhərə piyada gedir. Dobri babanı çoxları zahid, günahsız mələk, keçmişdən gelən qəribə Allah adamı da adlandırırlar. Amma insanların çoxunun bu xeyirhaq babanın əsl insanlıq məqsədindən və etdiyi yaxşılıqlardan xəbərləri belə yoxdur. 2011-ci ildə Dobri babanın 97 yaşı tamam olub. Bu insan, öz yaşına baxmayaraq yenə də var- dövlətini, xeyirxahlığını və insanlığını ətrafındakı adamlara bölüşməkdə davam edir. Artıq uzun illərdir ki, Dobri baba bolqar kilsələrinin bərpası və yoxsul insanlara kömək üçün dilənçilik edir. Bu böyük insanı nə aclıq, nə soyuq hava qorxutmur. Onu yeganə qorxudan və üzən insanalrın başqalarının aclıq və xəstliklərinə biganəliyidir.


Ardı →