Рейтинг
+136.60

Fotosessiya

88 üzv, 354 topik

Rəssam Endryu Myersin heyrətamiz əsərləri

Endryu Myers Almaniyada doğulub İspaniyada böyümüş gənc rəssamdır. Avropanın modern həyat tərzi, klassik memarlıq inciləri Endryunun sənətinə də təsir etişdir. O, bir-birindən gözəl rəsmlər və heykəllərin müəllifidir.

Mismarlardan hazırlanan sonuncu kompozisiyaları isə görənləri heyrətə gətirir.

Endryu müsahibələrində bu tip kompozisiyaların əslində öz sənətindən uzaq olduğunu deyib: «İllərlə məcazi anlamı olan bürünc heykəllər işləmişəm. Lakin daima “daha yaxşı” və daha mənalı əsərlər  üçün çalışmışam. Bütün bunlar mənim üçün çətin başa gəlsə də, maraqlı və qeyri-adi olduğuna görə həvəslə işlədim”.

Qeyd edək ki, rəssam daha da maraqlı əsərlər yaratmaq üçün böyük planlar qurur, lakin bu layihələrin nədən ibarət olduğunu isə hələ açıqlamayıb.


Ardı →

Küçə incəsənəti

  Küçə incəsənəti 1942-ci ildə yaranıb. Küçə incəsənətində hər bir xırda detal çox önəmlidir, kölgə, rəng, xətt. Küçə incəsənətində mühüm şey ərazini təyin etmək yox, dialoqa tamaşaçı cəlb edib müxtəlif səhnələri göstərməkdir. Dünyanın əksər ölkələrində küçə incəsənəti çox ciddi bir sahəyə çevrilib. Rəssamlar özlərinin sərhədsiz təsəvvürlərini küçə divarlarına həkk edirlər. Və küçə incəsənətinə olan maraq hər ötən gün daha da artır.Son dövrlərdəki küçə incəsənətinə aid ən gözəl nümunələri təqdim etmək istədim.    
Ardı →