Рейтинг
+46.78

Gender-Cinslərin fəlsəfəsi

31 üzv, 34 topik

Cinslər arasında sosial fərq olmalıdı?

Cəmiyyət bir-birindən fərqli iki cinsdən ibarət olması ortalığa bir sıra suallar qoyur ki, bunlarında cavabları hələ də mübahisə doğurmaqdadır. Əgər cinslərin bioloji fərqəri və funksiyaları şübhə doğurmursa, psixi, emosianal, intuitiv fərqlər məsələsi, qadın və kişinin təfəkkür, idrak, məntiqi fərqləri kimi hallar öz müzakirəsini tələb edir. Həmçinin burada bir sualda yaranır. İnsanlatrın cinsi fərqləri onların sosial fərqlərinin səbəbidirmi? Yoxsa bu tarixin təsadüfi seçimindən və yaxud şəraitdən asılıdır?


Cinslərin qeyri bərabərliyi ayrı-ayrı cəmiyyətlərdə özlərini müxtəlif göstərir. Ona görə də kişi və qadının cəmiyyətdəki statusunu tədqiq etməklə bu cəmiyyət, onun mədəniyyət və ən-ənələrinin səciyyəsi, xalqın dini və ruhi-əxlaqi dəyərlərinin xüsusiyyətləri, dünyagörüşü və özünüdərki haqqında çoxlu miqdarda maraqlı material verir.


Ardı →

Qadın-kişi bərabərsizliyi

Bu gün yaşadığımız cəmiyyətin ən böyük problemlərindən biri qadın-kişi bərabərsizliyidir. Xüsusilə də əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə bu problem özünü daha çox büruzə verir. Dünyanın bir çox ölkəsində qadına ikinci dərəcəli varlıq kimi baxırlar. Qadınlar zəif və qorunmağa möhtac hesab edildiklərinə görə alçaldılırlar və əzilirlər, yenə bu kimi səbəblərdən qadınların fikirlərinə də hörmətlə yanaşılmır. Ümumi şəkildə desək, bütün dünyanın qadınlarla bağlı təsvirləri belədir: Özünə inamı olmayan, bacarıqsız, qorxaq, zehni baxımdan çox inkişaf etməyən, ağlı dayaz və s. Elə onların bu yanlış təsvirlərinin nəticəsi olaraq da bir qadının etdiyi səhv həmin şəxsin insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv şəklində qiymətləndirilir. Lakin qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırırlar, onlara edilən anormal rəftarları normal qəbul edirlər.


Ardı →

Kişi və qadınların fərqi

Gələcək.
Qadın öz gələcəyi haqda narahat olur — Kişi tapıb evlənənə qədər.
Kişi öz gələcəyi haqda heç vaxt narahat olmur — Bir qadınla evlənənə qədər.

Uğur
Uğurlu kişi odur ki arvadının xərcləməsi üçün çoxlu pul qazansın.
Uğurlu qadın odur ki həmin kişini tapsın.
Ardı →

Azərbaycanda kişilər qadınlardan çəkinir?

«Tanrı qadınları gözəl yaradıb ki, kişilər onları sevsin və axmaq edib ki, onlar kişiləri sevə bilsinlər» (Faina Ranevskaya)
«Qadın Aristotel deyil», — bunu qadınların intellektinə inanmayan, amma xislətən zəif kişi söyləyəcək.


Biliyini irəli verib, ağıllı olduğunu göstərmək istəyən kişi isə qədim hindusların deyimini xatırlayacaq: «Gərəksiz gərəkli, mümkünsüz mümkün, yeyilməyən dadlı təsiri bağışlayır. Qadın sözləri ilə oturub-duran kişi belədir».
Lakin onu da unutmayaq ki, qədim romalılar deyərdilər: «Qadınlar təbiətdən, kişilər isə kitabələrdən ağıllıdır».
Gerçəkdən də, qadınların intellektual qabiliyyətinə münasibət baxımından kişilərin mövqeləri çox fərqlidir.


Ardı →

8 mart azadlıqdırsa...

Əgər azadlıq budursa, "...buraxın zindanlara məhkum olum..."
İnsanlar tarixən çox günlər qeyd ediblər, bayramlar keçirdiblər, özünün olan-olmayan, istədiyi və ya istəmədiyi, məcburən və ya sevərək — bir sözlə, təqvimlərdə daha tünd rənglərlə öz əksini tapan günlər keçirdiblər.

Bu gün də həmin günlərdən biridir. Məhz bu gün Azərbaycan kişisi qadınına gül-çiçək bağışlayır, hədiyyə alır, bu gün Azərbaycan qadını ona hədiyyə verilmədikdə inciyir, önəmsənmədiyini sanır. Qıcıqlanır mənim ölkəmin qadını. Nədir bu «8 mart» və bu gün özündə bu istedadı və haqqı ehtiva edirmi ki, mənim ölkəmin kişisi bu gün öz anasını, qadını, bacısını təbrik etsin?!
Ardı →

Kişi vs qadın?

Təbiət kişilərə güc və dözümlülük verib. Lakin onlar sağlamlıqla bağlı bir çox məsələlərdə qadınlara uduzur. Alimlər kişilərin qadınlara uduzduğu 10 məqamı müəyyənləşdirib.


Yaddaş daha zəifdir


70 yaşdan sonra kişilərin ən azı 20%-də yaddaş problemi yaranır. Bu hala qadınların yalnız 12-15%-də rast gəlinir.


Depressiya daha ağır olur


Hər iki cinsin nümayəndələri demək olar ki, eyni «sayda» depressiya keçirir. Amma kişilər onu daha ağır keçirir. Qadınlarla müqayisədə, kişilər depressiyadan çıxmaq üçün nadir halda həkimə müraciət edir. Bu isə sonda spirtli içkiyə aludəçilik, əsəb sisteminin pozulması və hətta intihara aparıb çıxarır.


Ardı →

Qadınlar və ali təhsil

Ali təhsil alanlar arasında qızlar oğlanlardan çox olsa da, bu üstünlük sonradan görünmür. Əksinə, iş yerlərində yüksək vəzifə tutanlar arasında kişilər üstünlük təşkil edir.

Böyük Britaniyada ötən həftə qeyri-bərabərlik haqqında hesabat açıqlanıb. Həmin hesabatda göstərilir ki, orta məktəbdə qızlar oğlanlardan daha yaxşı oxuyurlar, ali məktəblərə qızlar daha çox qəbul olunur və burda da daha yaxşı nəticə göstərirlər. 44 yaşına qədər bütün yaş qruplarında hazırda ali təhsilli qadınlar ali təhsilli kişilərdən çoxdur.
Ardı →

Qadına qarşı zorakılıq

Qadına qarşı zorakılıq mövzusu çoxdandır zehnimdə dolaşan bir mövzudur. Bu haqda fikrimdə canlandırdıqca anlama qabiliyyətimi itirirəm, düşüncələrim kütləşir, bir anlıq sistem çökür. Qadının fiziki, cinsi, iqtisadi və ya psixoloji olaraq zorakılığa uğraması və ya acı çəkməsi heç cür anlaşılan deyil. İstər cəmiyyət qarşısında, istər şəxsi həyatda, istərsə ictimai məkanlarda baş verən belə hallar hər zaman rədd edilməlidir. Zorakılıq  bəzən hakimiyyət, bəzən ata və böyük qardaş olaraq qarşımıza çıxır.

Mən burada bütün diqqətləri sırf qadına qarşı zorakılığa yönəltmək istəyirəm. Çünki, Azərbaycan cəmiyyətində feodal düşüncəli insanlar çoxdur. Demək olar, əksər ailələrin ən xoşbəxt günü odur ki, kişi onu döymür, yəni kişi evdə öz xanımına acıqlananda o, sevinir ki, şükür Allaha, bu gün əzilmədim, döyülmədim.
Ardı →

Oğlan olsun yoxsa qız?

Övlad sahibi olmaq gözəl bir duyğudur. 9 aylıq yolçuluqdan sonra aramıza qatılmasını o qədər səbirsizliklə gözləyirik ki… Bir çoxumuz səbr edə bilməyib həkimə də qaçırıq, dünyamızın yeni sakininin cinsiyyətini öyrənməyə. Oğlan olacaqsa, sevincimiz birə-beş artır, qız olacaqsa, bu xəbəri yüngül bir təbəssümlə «yola veririk».Valideyn üçün hər övladın öz yeri var, hər övlad əzizdir, dəyərlidir. Oğul olsun, qız olsun, fərq etməz, ata-anaya, vətənə, millətə xeyirli övlad olsun. Amma istər keçmiş olsun, istər daha qədim zamanlar, istər də dövrümüz — bəzi valideynlər ailədə övladları arasında bilərəkdən və ya bilməyərəkdən ayrı-seçkilik salırlar.
Daha doğru ifadə etsək, oğlanlar ailədə daha çox sevilirlər. Uşaqlar arasında cinsi ayrı-seçkilik etmək gələcəkdə qarşısıalınmaz problemlərin yaranmasının təməli ola bilər. Psixoloqlar deyirlər ki, bu, uşağın özünü bir şəxsiyyət kimi təsdiqləməsində böyük sədd olur.


Ardı →

Cinsiyyət Mübahisəsi

Qadınlar deyir ki: Kompüter erkəkdir.
Çünki kompüterlər əslində problemləri həll etmək üçün yaradılmalarına baxmayaraq ömürlərinin dörddə üçünü problem yaradaraq keçirirlər. Daha da əhəmiyyətlisi bunlardan bir dənə aldığınız an, bir az daha səbr etmiş olsaydınız çox daha inkişaf etmiş bir modelinə sahib ola biləcəyinizi görüb peşman olarsınız.

Kişilər deyir ki: Kompüter dişidir.
Çünki onun məntiqini Yaradıcısından başqa heç kimin anlaması mümkün deyil. Etdiyiniz ən kiçik səhvi belə yaddaşına yazıb təkrar- təkrar önünüzə qoyar. Və bir kompüter aldıqdan qısa bir müddət sonra fərqinə vararsınız ki, əsl pulu ona lazım olan aksesuarlar üçün xərcləmək məcburiyyətindəsiniz.


Davamı →