Рейтинг
+46.78

Gender-Cinslərin fəlsəfəsi

31 üzv, 34 topik

Feminizm nə deməkdir?

Feminizm qadın azadlığına əsaslanır. Feminizmi dəstəkləyən insanlara «feminist» deyilir. Latınca femina sözündən götürülmüş feminizm konsepsiyası bərabərlik və sosial qruplar arasındakı fərqlərin məhv edilməsini müdafiə edir.

Feminizm, kişi və qadın arasındakı ayrı-seçkiliyə qarşı çıxır və cinslər arasında hüquqi, siyasi, sosial və iqtisadi bərabərliyi müdafiə edir. Feminizmin məqsədi qadın azadlığı və qadının cəmiyyətdəki yerini təmin etməkdir.
Davamı →

Qadın-kişi bərabərliyi mümkündürmü?

Bərabərlik — riyazi termin olmaqla iki yerə, mütləq və təqribi bərabərliyə ayrılır. Elm hər nə qədər tədqiqat istiqamtlərinə görə müxtəlif qruplara, texniki və sosial elmlərə ayrılsa da demək olar, bütün elmlər bir-birilə əlaqəlidir. Çünki analitik elmin predimetləri hər istiqamətdə eynidir. Mahiyyətini izah etmək istədiyimiz «bərabərlik» anlayışı da bir tərəfdən prinsip olaraq riyazi elmi simvolizə edir, digər tərəfdən analitik sosiologiyada «sosial bərabərlik» anlayışını meydana gətirən və xarakterizə edən əsas terminlərdən biridir.

Davamı →

Niyə dahi qadın rəssamlar olmayıb?

Amerikalı incəsənət tarixçisi, yazıçı, professor Linda Nochlin feminist incəsənəti tarixi üzrə aparıcı mütəxəssislərdən biri olub. Nochlinin aşağıda təqdim etdiyimiz məşhur essesi incəsənət tarixinin yeni elmi qolunun başlanğıcını qoyub. Müəllif bu essesində incəsənət tarixini metodoloji önyarğıların müəyyənləşdirilməsi və təkzibi vasitəsilə analiz edir və incəsənət sahəsində “dahilik” anlayışının niyə həmişə kişilərə aid edildiyinin səbəblərini araşdırır.

Davamı →

Hüquqlarımız haqqında bunları bilməliyik

1.Qadın azad şəkildə doğulur və kişilərlə eyni hüquqlarla yaşayır.
2.Hər bir siyasi ictimaiyyətin məqsədi kişi və qadınların təbii və daimi hüquqlarını qorumaqdır. Bu hüquqlar azadlıq, təhlükəsizlik, əmlak və xüsusilə şiddətə qarşıdır.
3.Dövlətin suverenliyi kişilərdən və qadınlardan ibarət olan millətdən qaynaqlanır.
4.Azadlıq və ədalət fərdlərə olan hüquqların qaytarılmasıdır. Qadınlar doğulduqda kişilərin zülmü ilə qarşısı alınır. Bu maneələr təbiət və ağıl qanunları ilə ləğv edilməlidir.
Davamı →

Ailə və nigah

Ailə haqqında yazan bir çox sosioloq kapitalizmin inkişafının ailənin radikal biçimdə kiçilməsiylə bağlı olduğunu düşünmüşdür. Dünya nüfusunun sayındakı mövcud partlayışın əsas qaynağını təşkil edən Üçüncü Dünya Ölkələrindəki böyük ailələrə baxıb, yanlış ümumiləşdirmələr apararaq, Avropanın, kapitalizmdən öncəki dönəmlərdə uşaqlarla dolu olan ailələrdən ibarət xətalı tablosunu çəkiblər. O dönəmlərdə çox böyük ailələr nadir deyildi, fəqət ailələr çox böyük olmalıdır deyə bir qanun da yox idi.

17-ci əsrin Britaniya və Fransası haqqında araşdırmalar aparan tarixçilər, o dövrün qadınlarının ortalama evlilik yaşının böyük ehtimalla iyirmi üç ilə iyirmi yeddi yaşlar arasında olduğunu göstərmişdir. Qadının uşaq dünyaya gətirəcəyi dövr, bu yaş mərhələsiylə və erkən klimaks yaşıyla, eyni zamanda, həyat yoldaşlarından birinin erkən ölümüylə, yüksək dərəcəli körpə və uşaq ölümləriylə məhdudlaşırdı. Varlı insanlar adətən kəndlilər və peşə sahiblərindən daha böyük ailələrə sahib olurdular, qadınlarda evlilik müddəti daha qısa idi və kişilər arvadlarının ölümündən az müddət sonra yenidən evlənirdilər.
Davamı →

Gender bərabərliyi olan utopiya

Son on illər irəliləyişlər kiçik addımlarla da olsa gender bərabərliyi olan utopiyaya (gender-equal utopia) yaxınlaşdığımızı deməyə sövq edir.  Lakin bəzi cəmiyyətlərdə qadınların xəyanətə görə daşlanması, qadınların hələ də bədənlərinə görə qiymətləndirilməsi bunun əksini göstərir. Dünya qadınlarının Prezident Trampa qarşı marşı onun inaqurasiyasının nə qədər geri apardığını deməyin bir yoludur. 
Yaxşı olardı düşünək ki, biz hara gərməyi ümid edirik. Mənim üçün feminist utopiya — qadın genetal orqanının və qadın olmanın heç bir əhəmiyyəti olmayan cəmiyyətdir. Harada ki,  emosiyalar yalnız qadınlar üçün nəzərdə tutulmur: hamı həsas ve sərt,  aqressiv ve qayğıkeş ola biler.  Heç bir insani tərəflərimizi kənara qoymadan «oğlanlar ağlaya bilər» və «qızlar gülməli ola bilərlər». Bu elə bir dünyadır ki, nə oğlanlar üçün, nə qızlar üçün hədiyyələr var. 
Davamı →

Kişilər və qadınlar arasındakı bəzi fərqlər

Qadın və kişi arasında olan yaradılış fərqləri çox vaxt onların eyni məsələyə bir-biri ilə müqayisə edilməyəcək dərəcədə fərqli yanaşmalarına səbəb olur.
Ünsiyyət fərqi
Danılmaz faktdır ki, kişilərlə müqayisədə qadınlar danışmağa daha çox meyillidirlər. Buna görə də ünsiyyətin daha çox olduğu peşələrdə qadınar daha yaxşı nəticələr göstərir. Kişilər isə əksinə danışmağa daha az üstünlük verən, əsasən düşüncə, məntiq və fiziki zəhmət tələb edən işlərdə uğur qazanırlar. Məsələn: memarlıq,mühəndislik və s.
Davamı →

Qadın üstünlükləri

Qadın jurnallarından biri araşdırmalara əsaslanaraq qadınların kişilərdən daha üstün olduğu sahələri müəyyən ediblər.

— 2000-dən çox qadın üzərində aparılan son 30 ili əhatə edən bir araşdırmaya görə düzgün fizionomiyaya sahib olan qadınların 36 faizinin ilk uşaqları qız olur. Dolayısı ilə gözəlliklərini qız övladlarına genetik miras qoyurlar. Araşdırmalar göstərir ki, yeni nəsil qadınlar hər il daha da gözəlləşirlər.

— Carnegie Mellon Universitetində aparılan araşdırmada kişilərin avtomobil qəzalarında ölüm faizinin qadınlara nisbətən 77 faiz çox olması bəlli olub. Burdan çıxan nəticə odur ki, təhlükəsizlik kəmərini istifadə edən qadınların sayı kişilərə nisbətən çoxdur.

— Statistika göstərir ki, 2007-ci ildən bu günə kimi ABŞ-da işdən çıxarılanların 80 faizi kişilərdir.

— Təhsil statistikalarına görə kişilər qadınlara nisbətən universiteti daha gec bitirirlər.


Ardı →

Kişilər qadınlarla niyə dost ola bilmir?

Viskonsin universitetinin tədqiqatçıları müəyyən ediblər ki, kişi və qadın arasındakı istənilən dostluqda güclü cinsin nümayəndəsi öz seksual hisslərini idarə etməli olur. Qadınlarsa əksinə, dostluğa normal baxırlar. Qadınların dostlarına qarşı seksual hissləri yalnız öz ərləri və ya sevgililəri ilə problem yarandıqda üzə çıxır.

Tədqiqat zamanı 88 cüt dostluq münasibətində olan kişi və qadından bir-birinin cəlbediciliyini qiymətləndirmək xahiş edilib. Sorğu gizli keçirilib. Həm evli, həm də subay kişilər rəfiqələri seksual cəlbedici hesab ediblər və onlarla görüşmək istədiklərini bildiriblər. Bundan əlavə kişilər elə hesab ediblər ki, qadın dostlarının da onlara qarşı seksual hissləri var. Amma bu həqiqətə uyğun olmayıb. Qadınlar bu barədə ümumiyyətlə, düşünmədiklərini deyiblər.

Evli olmayan qadınlar həqiqətən də dostlarına qarşı seksual hisslər keçiriblər, amma evli və ya sevgilisi olanlar bunu heç ağıllarından keçirmədiklərini bildiriblər.


Davamı →

Qadın peyğəmbəri yandırdılarmı?

Kişiylə qadının hüquq bərabərliyi yalnız kağız üzərindədi. Qanun şəklindədi. Saxta evlilik kimi. Yaşamda belə deyil. Qadının ən dəyərli vaxtı analığa gedir. Karyera quran, işlə məşğul olan qadınların analığa vaxtı qalmır. Onların uşaqları ya baxıcıyla böyüyür, ya da qadın karyeradan imtina etməli olur. Kişi də uşağa baxsa, böyütsə, gününü ona həsr eləsə, başqa işə vaxtı, enerjisi qalmaz. Kişiylə qadın çiyin-çiyinə yaşayır deyə bilərikmi buna?
Feminizmin, genderçiliyin gurultulu uğurlarından danışa bilməyəcəyik maləsəf. Nə Nobel almış Yelinek, nə də şeirləriylə təkrarsız sayılan Frederik Mayröker cocuq doğdu.
Davamı →