Yorğun gözlər üçün təbii yağlar

Təbii yollarla gözlərin dincəlməsini təmin etmək olar.
Yağları istifadə edərkən diqqətli olun.
  • Lavanda yağı
    Bir neçə damla lavanda yağını su ilə qarışdıraraq göz qapaqlarınıza pambıqla çəkin.
  • Aloe Vera:
    Aloe Vera gelini göz qapaqlarınıza diqqətli çəkə bilərsiniz. Gözlərin içinə girməməsinə diqqət edin. Sakitləşdirici və rahatladıcı xüsusiyyəti var.
  • Süd
    Soyuq südü bir qulaq pambığı köməyi ilə göz qapaqlarınıza çəkin və 10 dəqiqə gözlədikdən sonra duru su ilə yuya bilərsiniz.



  • Gül Suyu
    Pambığı gül suyu ilə isladaraq gözlərinizə kompres edin. 10 dəqiqə gözlədikdən sonra üzünüzü yuya bilərsiniz.
  • Çobanyastığı çayı
    Yorğun gözləri dincəltmək üçün pambıq köməyi ilə çayı göz qapaqlarınıza çəkə bilərsiniz. Pambıqları göz qapaqlarınızın üstünə qoyduqdan sonra 10-15 dəqiqə gözləyin.
  • Keşniş/ Keşniş yağı
    Keşniş yağını və ya keşnişin yarpaqlarını əzərək çıxan suyu gözlərinizin ətrafına çəkə bilərsiniz. Qurumadan yaranan qaşıntının qabağını alacaq.
 

0 şərh