Məntiq

1.Zindandan çıxmağa iki qapı var.Onlardan biri ölümə, digəri isə azadlığa aparır.Hər iki qapıda keşiki dayanıb.Onlardan biri həmişə yalan, digəri isə həmişə doğru danışır.Lakin dustaq kimin kim olduğunu bilmir.Dustağa zindandan qurtulmaq imkanı verilir.Belə ki, keşikçilərdən hər hansı birinə yalnız bir sual verməklə azadlığa aparan qapını tapmaq lazımdır.Sizcə, dustaq hansı sualı verməlidir?2.Görünüşcə tamamilə eyni olan 8 medal hazırladılar.Medallardan biri qalanlardan yüngül alındı.Çəki daşları olmayan əl tərəzisində yalnız iki dəfə çəkməklə yüngül medalı necə müəyyənləşdirmək olar?
 

1 şərh

member
2.məncə medallar  3-3 ayırmaqla tərəzinin hər iki gözünə qoyulur hansı tərəf yüngül olsa demək yüngül medal həmin üçlüyün içindədi.həmin üçlüyü götürürük.həmin üçlükdən  hər qola 1 medal qoyuruq və yüngül medalı tapırıq.əgər bərabər olsa demək əlimizdəki üçüncü medal yüngüldür.yox əgər 3-3 qoyduğumuz zaman bərabər olarsa onda demək yerdəki 2 medaldan biri yüngüldür.bu zaman  tərəzi vasitəsilə yüngül medalı tapırıq.