Ümumi immunologiya 4

151) Aşağıdakilardan hansı anafilotoksindir?

A) C4
B) C3C4
C) C2
D) C1
E) C3a,C5a

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.54

152) İrsi patologiyanın molekulyar əsasının defekti harada olur?

A) RNT molekulunda
B) Sadalananların heç birində
C) DNT molekulunda
D) Hüceyrənin ribosomlarında
E) Hüceyrənin mitoxondrilərində

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.23

153) İrsi patologiyanın sitoloji əsası necə əlaqələndirilir?

A) Hüceyrə membranının defekti ilə
B) Hüceyrənin bölünməsinin pozulması prosesi ilə
C) Hüceyrə orqanellalarının defekti ilə
D) Hüceyrə nüvəsinin defekti ilə
E) Hüceyrənin xromosom sisteminin pozulması ilə

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.23

154) Xəstəliyə irsi meyillik necə əlaqələndirilir?

A) Mühit faktorlarının iştirakı olmadan çoxlu genetik defektlərlə
B) Hüceyrənin bölünməsində defektlər
C) Çoxlu genetik və mühit faktorlarının uyğun gəlməsi
D) Mühit faktorlarının iştirakı olmadan tək-tək genetik defektlər
E) Mühit faktorları

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.223

155) Hansı immun sistemin mərkəzi orqanlarına aid deyil?

A) Çəngələbənzər vəzi
B) Timus
C) Dalaq
D) Sümük iliyi
E) Bağırsağın Peyer yastıcıqları

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007 -ci il, səh.32

156) İmmun sistemin mərkəzi orqanlarının əsas funksiyası hansıdır?

A) İmmunkompetent hüceyrələrin yetişməsi və çoxalması
B) İmmunitetin T- vəB- sisteminin antigendənasılı formalaşması
C) Anticisimin hasil olması
D) Limfositlərin antigenspesifik klonlarının toplanması
E) Genetik yadcinsli maddənin eliminasiyası

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.26

157) Hansı limfoid sistemin periferik orqanlarına aid deyil?

A) Qan
B) Dalaq
C) Bağırsağın Peyer yastıcıqları
D) Timus
E) Limfa düyünləri

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.30

158) Periferik limfoid orqanlarda bunlardan hansı baş verir?

A) Timozinin məhsulları
B) Əkscisimlərin hasil olması və həssaslaşmış limfositlərin toplanması
C) B-aktivinin və ya mielopedin məhsulları
D) Sadalananların heç biri
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. cтр.88

159) T-limfositlər harada əmələ gəlir?

A) Dalaqdan
B) Limfadan
C) Timusdan
D) Sümük iliyindən, sonradan timusda yetişməklə
E) Sadalananların hamısından

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.26

160) B-limfositlər necə əmələ gəlir?

A) Məməlilərdə sümük iliyindən və quşlarda Fabrisius kisəsindən
B) Sümük iliyindən, sonradan timusda yetişməklə
C) Timusdan
D) Sümük iliyindən
E) Limfa düyünlərindən

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.29

161) Aşağıdakılardan hansı T-limfositlərin əsas markeri deyil?

A) İmmunoqlobulinlərin səthi reseptorları
B) CD3, CD2
C) IgG və ya IgM-in Fc fraqmentlərinə reseptorları
D) CD1, CD2
E) CD4, CD8

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.79

162) Hansı T-limfositlərin əsas subpopulyasiyalarına aid deyil?

A) T-killerlər
B) Təbii killerlər
C) T-köməkçi, T-supressorlar
D) Sadalananların heç biri
E) LTH(ləng tipli hiperhəssaslıq) T-effektorları

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.79

163) Hansı T-köməkçi markerlərinə aid deyil?

A) CD4
B) Antigenə və T-hüceyrə mitogeninə reseptorlar
C) Sadalananların heç biri
D) CD8
E) CD3

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.79

164) Aşağıdakılardan hansı T- supressorların markeridir?

A) CD4
B) IgM
C) IgG
D) IgA
E) CD3; CD8

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" , 2007-ci il, səh.79

165) Hansı T-killerlərin markerinə aid deyildir?

A) CD16
B) CD8
C) CD57
D) Sadalananların heç biri
E) CD22

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.79

166) Hansı reseptorlar B-limfositlərin markerinə aid deyil?

A) İmmunoqlobulinlərin səthi reseptorları
B) Epşteyn-Barr virusuna reseptorlar
C) C3d(CR2) komplementin komponentlərinə reseptorlar
D) C3b(CR1) komplementin komponentlərinə reseptorlar
E) Qoyun eritrositlərinin reseptorları

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.85

167) İmmuna cavab zamanı hansı hüceyrələrin kooperasiyası baş verir?

A) İnterleykinlərin iştirakı zamanı makrofaqlar, T- və B-limfositlər arasında
B) T- və B- limfositlər arasında
C) Makrofaqlar və B-limfositlər arasında
D) Makrofaqlar, timositlər və B-limfositlər arasında
E) Makrofaqlar,T- və B- limfositlər arasında

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.126

168) İnterleykin nədir?

A) Sakit halda olan limfositlərin ifraz etdiyi zülallardır
B) Aktivləşmiş limfositlərin ifraz etdiyi zülallar olub, anticisimlər cərgəsinə aiddir
C) Aktivləşmiş limfosit və makrofaqların ifraz etdiyi zülallar olub,anticisimlərə aid deyildir və immun cavab zamanı hüceyrəarası kooperasiyada iştirak edirlər
D) Sadalananların hamısı
E) Sadalananların heç biri

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya", 2007-ci il, səh.65

169) Bunlardan hansı insan orqanizminin qeyri-spesifik immun rezistentlik humoral faktorlarına aid deyil ?

A) Spesifik immunoqlobulinlər
B) İnterferon
C) Komplement sisteminin zülalları
D) Lizosim
E) Properdin

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.44

170) Bunlardan hansı insan orqanizminin qeyri-spesifik immun rezistentlik hüceyrə faktorlarına aid deyil?

A) Plazmatik hüceyrələr
B) Monositlər,makrofaqlar
C) Limfositlər
D) Neytrofillər
E) Təbii killerlər

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.44

171) Bunlardan hansı qeyri-spesifik müdafiənin bəzi mexanizmlərinə aid deyil?

A) Komplementar lizis
B) Sadalananların heç biri
C) Həssaslaşmış T-killerlərin sitotoksikliyi
D) Faqositoz
E) İnterferonun virusəleyhinə aktivliyi

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.16

172) Hansı hüceyrələr faqositar sistemə aid deyil?

A) Polimorfnüvəli leykositlər
B) Təbii killerlər
C) Sadalananların hamısı
D) Makrofaqlar
E) Monositlər

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.35

173) Sadalanlardan hansı faqositozun göstəricilərinə aid deyil?

A) Leykositlərin miqrasiyasının ləngimə göstəricisi
B) Faqositə edən neytrofillərin faizi
C) Udulan mikrobların orta sayı
D) Faqositozun başaçatma indeksi(FBÇİ)
E) Mütləq faqositar göstərici(MFG) - 1 litr qanda faqositlərin uda bildiyi mikrobların miqdarı

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.184

174) İmmunoqlobulinlər hansı maddələrin məhsuludur?

A) Leykositlərin
B) Neytrofillərin
C) Makrofaqların
D) Limfositlərin
E) Plazmatik hüceyrələrin

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.100

175) Aşağıdaki immunoqlobulinlərdən hansı antigenə ilkin cavab verir?

A) IgG,IgD
B) IgM
C) IgA
D) IgD
E) IgE

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.107

176) İmmunoqlobulinlər harada olmur?

A) Orqanizmin sekretor mayesində
B) Plazmatik hüceyrələrdə
C) T-limfositlərin səthində
D) Qanın plazmasında
E) B-limfositlərin səthində

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.100

177) İmmunoqlobulin molekulaları necə qurulmuşdur?

A) İki cüt identik H- və L-zəncirlərdən
B) Histouyğunlaşmanın antigenlərindən
C) H-ağır zəncirindən
D) Bir cüt H- və L-zəncirdən
E) L-yüngül zəncirindən

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.100

178) Nə zaman xəstəni immunoqlobulinlərin ümumi miqdarının təyininə göndərirlər?

A) Hər hansı infeksion xəstəliyin diaqnozunu təsdiqləmək üçün
B) Sadalananların hər birində
C) İlkin və ikincili immundefisitə şübhə olduqda
D) Yalnız ilkin immundefisitə şübhə olduqda
E) İFA və RİA üsulu ilə spesifik immun cavabın daha sonra aparılmasına ehtiyac olduqda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.166

179) İmmun statusu qiymətləndirmək üçün xəstələrin müayinəsi zamanı hansı vacibdir?

A) Hüceyrə immunitetinin tədqiqatı
B) Qeyri-spesifik immunitetin tədqiqatı
C) Xəstəliyin, müalicənin dinamikasında tədqiqat
D) Humoral immunitetin tədqiqatı
E) Sağlam şəxslərdən ibarət nəzarət qrupu ilə müqayisədə immun statusun qiymətləndirilməsi

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.147

180) Epidermal allergiyanın kəskinləşməsi nə zaman qeyd olunur?

A) KRVİ fonunda
B) Küləkli havada
C) Heyvanlarla kontakt zamanı
D) Qızmar havada
E) Yağışlı havada

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.80
Bölmə 2.Kliniki immunologiya

181) Aşağıdakılardan hansı hissəvi immunoloji tolerantlığın əmələ gəlməsi ilə bağlıdır?

A) B-supressorlar
B) T-killerlər
C) T-helperlər
D) T-supressorlar
E) Makrofaqlar

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.72

182) Hansı müalicə üsulundan istifadə etdikdə immundefisit yaranmır?

A) Rentgenterapiyadan
B) Sitostatiklərlə terapiyadan
C) İmmunkorreksiya terapiyasından
D) Antilimfositar zərdabın yeridilməsindən
E) Kortikosteroid terapiyadan

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.166

183) AİDS infeksiyalarında immundefisitin səbəbi hansı hüceyrələrin zədələnməsi ilə əlaqədardır?

A) T-supressorların
B) NK-hüceyrələrin
C) Makrofaqların
D) T-helperlərin
E) B-limfositlərin

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.209

184) Hansı T-sistemi immunitetini stimullaşdıran preparatlara aid deyil?

A) Prodegiazan, pirogenal
B) Levomizol
C) Timalin
D) Taktivin
E) Timozin

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр192

185) Hansı B-sistemi immunitetini stimullaşdıran preparatlara aiddir?

A) Levomizol
B) Timalin
C) Pirogenal, prodiogiozon, dekstranlar
D) Timalin
E) Taktivin

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр192

186) Qlükokortikosteroidlərin iltihab əleyhinə və immunodepressant təsirini necə əlaqələndirmək olar?

A) Autoimmun hepatitdə heç bir təsiri yoxdur
B) Leykositlərin sirkulyasiyasına və hüceyrələrin spesifik funksiyasına təsiri ilə
C) Orqanların transplantasiyasında immundepressant təsirə malik deyildir
D) Sadalananların heç biri doğru deyildir.
E) Sadalananların hamısı doğrudur

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр195

187) Qlükokortikosteroidlərin inqalyasion tətbiqinin arzuolunmaz effektləri hansıdır?

A) Baş ağrıları
B) Disfoniya, öskürək, ağız boşluğunda kandidoz
C) Ürəkbulanma
D) Sadalananların hamısı
E) Sadalananların heç biri

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр195

188) Aşağıdakılardan hansı bronxial astmanın patoloji əlamətləri deyil(bronx divarlarının eozinofillər,limfositlərlə infiltrasiyası)?

A) Bazal membranın yastılaşması ; saya əzələlərinin hipotrofiyası
B) Selikaltı vəzilərin və qədəhşəkilli hüceyrələrin hiperplaziyası
C) Sadalananların heç biri
D) Bazal membranın qalınlaşması
E) Saya əzələlərinin hipertrofiyası

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467

189) Allergen-spesifik immunterapiyanın aparılması zamanı sistem reaksiyalarının inkişafınının əsas səbəbi bunlardan hansı deyil?

A) Allergenə yüksək həssaslı xəstələrdə dozanın qeyri-düzgün korreksiyası
B) Digər seriya allergenlərə keçid
C) Allergenin səhvən böyük dozada daxil edilməsi
D) Sadalananların hamısı
E) Atopik dermatitli xəstələrdə allergen-spesifik immunterapiyanın aparılması

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.313

190) Sadalanlardan hansı insanın immun çatışmazlıq virusunun səthi strukturuna aiddir?

A) p 9, p 7
B) p 24
C) gp 120,gp 41
D) p 17
E) p 9 ,gp41

Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.200

191) Artyus fenomeni allergik reaksiyanın hansı tipi üzrə inkişaf edir?

A) II tip üzrə
B) I tip üzrə
C) III tip üzrə
D) IV tip üzrə
E) V tip üzrə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.156

192) Dərman-induksiyası zamanı Sistem Qırmızı Qurdeşənəyi sindromu törətməyən preparatlar hansıdır?

A) Qızıl duzları
B) Antitireoidlər
C) Litium duzları
D) Probiotiklər
E) Antikonvulsantlar

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.319

193) Aşağıdakılardan hansı pollinoz zamanı etioloji faktorlara aiddir?

A) Kif göbələklərinin sporları
B) Bitkilərin tozcuğu
C) Sadalananların hamısı
D) Bakteriyalar
E) Kif göbələklərinin toksinləri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

194) LAD-2 ( leucocyte adhesion deficiency) sindromu bunlardan hansının defekti ilə səciyyələndirilir?

A) Heç bir cavab düzgün deyil
B) CD 54 molekulasının
C) CD 80\86 molekulasının
D) CD 18 molekulasının
E) CD 16 molekulasının

Ədəbiyyat: Р.М.Хаитов, Г.А.Игнатьева, И.Г.Сидорович. «Иммунология» 2000 г., стр.282

195) Dərman maddələrinə hansı sistem allergik reaksiyaları daxildir?

A) Rinit
B) Sadalananların hamısı
C) Sadalananların heç biri
D) Fiksəedən eritema
E) Anafilaktik şok, Layella sindromu

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.195

196) Allergik reaksiyaların 3-cü tipi hansı xəstəliklərin inkişafında aparıcı rol oynayır?

A) Sadalananların heç biri
B) Pollinoz
C) Rinit
D) Sadalananların hamısı
E) Hemorragik vaskulit, zərdab xəstəliyi

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.155

197) ß-2 adrenoreseptorların ağ ciyər toxumasında stimulyasiyası nəyə gətirib çıxarır?

A) Boğulmaya
B) Sadalananların hamısına
C) Bronxların daralmasına
D) Sadalananların heç birinə
E) Saya əzələlərinin boşalmasına; mukosiliar klirensin artmasına

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.490

198) Pollinozlu uşaqların vaksinasiyası zamanı hansı qaydaya əməl olunmalıdır?

A) Xəstəlikdən dərhal sonra aparılır
B) Bitkilərin çiçəkaçmasına qədər 1,5-2 aydan gec olmayaraq vaksinasiya aparılır
C) Vaksinasiya kliniki simptomlar itdikdən 1,5 - 2 aydan gec olmayaraq aparılır
D) Bitkilərin çiçəkaçma fəsli nəzərə alınmadan ,lakin xəstəliyin kəskinləşmə dərəcəsi nəzərə alınaraq aparılır
E) Xəstəlik kəskinləşdikdən sonra aparılır

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

199) Əgər pasientdə boğulma sirkdə baş verərsə, bunu nə ilə əlaqələndirmək olar?

A) Diri poliomielit vaksinasiyası ilə
B) Polisaxarid meninqokokk vaksinasiyası ilə
C) Sadalananların hamısı ilə
D) Sadalananların heç biri ilə
E) Tetanus(stolbnyak) əleyhinə zərdabla

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.237

200) Hansı müddətə övrənin təzahür elementləri saxlanılır?

A) 48 saata qədər
B) 24 saata qədər
C) 36 saata qədər
D) 12 saata qədər
E) 72 saata qədər

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.552
 

0 şərh