Ümumi immunologiya 6

251) Respirator allergiyanı hansı törətmir?

A) Trixofiton
B) Sadalananların hamısı
C) Penisillin
D) Aspergil
E) Mukor

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410

252) Bunlardan hansı makroorqanizmi sensibilizə edir və bronxial astmanın etioloji faktorlarına aid deyil?

A) Alternariya
B) Leyşmaniya
C) Sadalananların hamısı
D) Kladosporium
E) Aspergil

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

253) Aspergilin sporlarının daha çox qatılığı nə zaman olur?

A) Mayda
B) Apreldə
C) Maydan avqusta qədər
D) İyulda
E) Dekabrdan marta qədər

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

254) Kladosporiumun sporlarının daha çox qatılığı nə zaman olur?

A) Yanvar-fevral
B) Noyabr-dekabr
C) İyundan sentyabra qədər
D) Oktyabr-noyabr
E) Aprel-may

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

255) Çinar tozcuğunun daha çox qatılığı nə zaman müşahidə olunur?

A) Avqustda
B) Aprelin sonunda
C) İyulda
D) Fevralda
E) İyunda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

256) Yovşan tozcuğunun daha çox qatılığı nə zaman müşahidə olunur?

A) Avqustda
B) İyunda
C) Mayda
D) İyulda
E) Apreldə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

257) Bunlardan hansı bronxial keçəcəyinin pozulmasına aid deyil?

A) Seliyin hiposekresiyası
B) Bronxların saya əzələsinin spazmı
C) Bronxların selikli qişasının ödemi
D) Seliyin hipersekresiyası
E) Burnun polipozu

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467

258) Bunlardan hansı allergik reaksiyanın hüceyrə-hədəfidir?

A) Eritrositlər
B) Fibroblastlar
C) Tosqun hüceyrələr
D) Sadalananların heç biri
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90

259) I cərgə hüceyrə-hədəfə hansı aiddir?

A) Saya-əzələ hüceyrələri
B) Tosqun hüceyrələr
C) Neytrofillər
D) Sadalananların hamısı
E) Eozinofillər

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.54

260) II cərgə hüceyrə-hədəfə hansı aiddir?

A) Trombositlər,eozinofillər
B) Eozinofillər
C) Neytrofillər
D) Bazofillər
E) Tosqun hüceyrələr

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.54

261) İgE üçün hansı tip reseptorlar məlumdur?

A) 1 tip reseptorlar
B) 2 tip reseptorlar
C) Sadalananların heç biri
D) 4 tip reseptorlar
E) 3 tip reseptorlar

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90

262) İgE üçün aşağıaffinli reseptorlar hansı hüceyrədə olur?

A) Makrofaqlarda
B) Limfositlərdə,monositlərdə,trombositlərdə,eozinofillərdə
C) Sadalananların heç biri
D) Tosqun hüceyrələrdə və bazofillərdə
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90

263) İgE üçün yüksəkaffinli reseptorlar təbiətcə bunlardan hansıdır?

A) Qlikoprotein
B) Yağ
C) Fosfolipid
D) Zülal
E) Karbohidrat

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90

264) Saya əzələlərinin yığılması və damar keçiriciliyinin artması bunlardan hansının stimulyasiyası zamanı baş verir?

A) II tip histamin reseptorlarının
B) Hüceyrədaxili reseptorların
C) I tip histamin reseptorlarının
D) III tip histamin reseptorlarının
E) I və III tip histamin reseptorlarının

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.423

265) Mədə sekresiyasının artması bunlardan hansının stimulyasiyası zamanı baş verir?

A) I tip histamin reseptorlarının
B) II tip histamin reseptorlarının
C) III tip histamin reseptorlarının
D) II və III tip histamin reseptorlarının
E) Hüceyrədaxili reseptorların

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.423

266) Hüceyrə proliferasiyasının dəyişiklikləri bunlardan hansının stimulyasiyası zamanı baş verir?

A) III tip histamin reseptorlarının
B) II tip histamin reseptorlarının
C) I tip histamin reseptorlarının
D) I və III tip histamin reseptorlarının
E) Hüceyrədaxili reseptorların

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.423

267) Leykotrienlər bunlardan hansının metabolizm məhsullarıdır?

A) Qliserolun
B) Neyroamin turşusunun
C) Araxidon turşusunun
D) Fosfatidiya inazitolun
E) Sadalananların heç biri

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр234

268) Hansının təsiri altında membran fosfolipidlərindən araxidon turşusu azad olur?

A) Proteinkinaza C
B) Sadalananların heç biri
C) Fosfodiesteraza
D) Fosfolipaza A2
E) Fosfolipaza D

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.234

269) Bunlardan hansının təsiri altında fosfolipaza A2 tormozlanır?

A) Sadalananların hamısı
B) Tireotrop hormonların
C) Vazopressinin
D) Qlükokortikosteroidlərin
E) Prolaktinin

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.195

270) Saya əzələnin yığılması və damar keçiriciliyinin artmasını hansı leykotrien törədir?

A) B4
B) C4, D4, E4
C) A4 və C4
D) A4 və B4
E) A4

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.98

271) Hansı mediator daha qabarıq bronxospastik təsirə malikdir?

A) g-interferon
B) Prostaqlandin E2
C) α-şişi nekrozunun faktoru
D) Trombositləri aktivləşdirən faktor(TAF)
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.320

272) Anafilaksiyanın eozinofil xemotaksik faktoru(EXF) hansıdır?

A) Biogen amin
B) Sadalananların hamısı
C) Üzvi turşu
D) Fosfolipid
E) Peptid

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.395

273) Anafilaksiyanın eozinofil xemotaksik faktorunun allergik reaksiyaların işində rolu nədir?

A) Saya əzələni yığır
B) Qeyri-spesifik toxuma hiperreaktivliyini törədir
C) Damar keçiriciliyini artırır
D) II cərgə hüceyrə-hədəfi allergik reaksiyaların zonasına cəlb edir
E) I cərgə hüceyrə-hədəfi allergik reaksiyaların zonasına cəlb edir

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.395

274) II cərgə hüceyrə-hədəfdən allergik reaksiyalar zamanı hansı mediator azad olur?

A) Qlisin
B) Qələvi xassəli əsas eozinofil zülalı
C) Sadalananların hamısı
D) Asetilxolin
E) g-aminyağ turşusu

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.574

275) Bronxların epitelisinin zədələnməsini hansı mediator törədir?

A) Qələvi və kation zülali xassəli əsas eozinofil zülalı
B) Sadalananların hamısı
C) Asetilxolin
D) Histamin
E) Serotonin

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.144

276) Prostaqlandinlər nəyin məhsuludur?

A) Metiltransferazanın aktivasiyası
B) Araxidon turşusunun siklooksigenaz metabolizminin
C) Araxidon turşusunun triptaz metabolizminin
D) Araxidon turşusunun metoksigenaz metabolizminin
E) Sadalananların heç birinin

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.234

277) Tosqun hüceyrələrdə bilavasitə hansı prostaqlandinlər əmələ gəlir?

A) Prostasiklin
B) Ttromboksan
C) Prostasiklin D2
D) Sadalananların heç biri
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.234

278) α-adrenergik reseptorların stimulyasiyasının əsas fizioloji effekti hansıdır?

A) Sadalananların hamısı
B) Damarlı saya əzələlərin yığılması
C) Damarlı saya əzələnin boşalması
D) Bronxların saya əzələsinin boşalması
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.490

279) ß-adrenergik reseptorların stimulyasiyasının əsas fizioloji effekti hansıdır?

A) Bronx əzələsinin boşalması
B) Sadalananların hamısı
C) Bronx əzələsinin spazmı
D) Sadalananların heç biri
E) Damarların spazmı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.490

280) ß-adrenergik reseptorların ekspressiyasını törədən hansıdır?

A) Sadalananların hamısı
B) Qlükokortikosteroidlər
C) Fosfodiesteraza ingibitorları
D) ß-aqonistlər
E) ß-antaqonistlər

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.490

281) B-asılı G-qlobulin reaksiyanı hansı antigen törədir?

A) Sadalananların hamısı
B) Sadə kimyəvi maddələr
C) At zərdabı
D) Bakteriyalar
E) Bitki tozcuğu

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.76

282) B-asılı G-şərtlənmiş reaksiyalar zamanı anticisimlər hansına aiddir?

A) IgD
B) IgM
C) IgA
D) IgE
E) IgG

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.76

283) Zərdab xəstəliyini hansı antigen törədir?

A) Heterogen zərdablar
B) Bitki tozcuğu
C) Suda həll olan müalicəvi allergenlər
D) Antibiotiklər
E) Sadalananların hamısı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.155

284) Zərdab xəstəliyinin patogenezində komplement sisteminin rolu necə təzahür edir?

A) Alternativ yolla aktivasiya
B) Həm klassik,həm də alternativ yolla aktivasiya
C) Sistemin aktivasiyasının olmaması
D) C1 ingibisiyasının ləngiməsi
E) Klassik yolla aktivasiya

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.155

285) Allerqoloji xəstəliklərin diaqnostikasında allerqoloji anamnezin rolu nədədir?

A) Əsas rol oynayır
B) Köməkçi rol oynayır
C) Diaqnozu qoyan zaman heç bir rol oynamır
D) İrsiliyi öyrənir
E) Allerqoloji diaqnostikanın mərhələsidir

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.416

286) Tozcuq allergiyası zamanı allerqoloji anamnezin rolu nədədir?

A) Bütün səbəbkar allergenləri aşkar etməyə imkan verir
B) Səbəbkar allergenlər qrupunu fərz etməyə imkan verir
C) Müalicəni davam etdirməyə imkan verir
D) Səbəbkar allergenləri aradan qaldırmağa imkan verir
E) Heç bir rol oynamır

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

287) Tozcuq allergiyasının kliniki təzahürü nə zaman güclənir?

A) Mülayim, isti havada güclənir
B) Quru,qızmar, küləkli havada güclənir
C) Hava şəraitindən asılı olmur
D) İlin soyuq vaxtında güclənir
E) Yağışlı havada güclənir

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406

288) Ağac tozcuğuna allergiya zamanı bunlardan hansına qarşı xəstələrdə daha tez-tez çarpaz tozcuq allergiyası olur?

A) Sadalananların hamısı
B) Armud
C) Qoz
D) Üzüm
E) Alma

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

289) Tozcuq allergiyası zamanı bunlardan hansına qarşı tez-tez allergik reaksiya olur?

A) Sulfanilamidlərə
B) B qrupu vitaminlərinə
C) Pirazolon cərgəsi preparatlarına
D) A qrupu vitaminlərinə
E) Çobanyastığı dəmləməsinə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406

290) Bunlardan hansı allergik xüsusiyyətlərə malik deyil?

A) Sadalananların hamısı
B) Trimekain
C) Gentamisin
D) Eufillin
E) Fizioloji məhlul

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406

291) Dərman allergiyası olan xəstələrdə allergik reaksiya nə zaman baş verə bilər?

A) 5-6 sutkada
B) Müalicənin ikinci sutkasında
C) Müalicənin birinci sutkasında
D) Preparatı birinci vurduqda
E) Müalicənin üçüncü sutkasında

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412

292) Dərman allergiyası tez-tez hansı hallarda ola bilər?

A) Preparatı normal dozada qəbul edərkən
B) Az-az tətbiq olunan preparata
C) Preparatı kiçik dozada tətbiq edərkən
D) Preparatı böyük dozada tətbiq edərkən
E) Tez-tez tətbiq olunan preparata

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412

293) Göbələk allergiyası olan xəstəyə çox vaxt bunlardan hansı məsləhət görülmür?

A) Yumurta
B) Pendir
C) Balıq
D) Sadalananların hamısına
E) Süd

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406

294) Göbələk allergiyası olan xəstələrə çox vaxt hansı məsləhət görülmür?

A) Araq
B) Süd
C) Konyak
D) Meyvə suyu
E) Pivə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406

295) Göbələk allergiyasının kəskinləşməsi nə zaman müşahidə olunur?

A) Quru,isti şəraitdə
B) Quru,taxta evdə
C) Quru,soyuq şəraitdə
D) Nəm,rütubətli şəraitdə
E) Yaşayış yerindən asılı olmayaraq

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406

296) Hansı xəstələrə qeyri-infeksion allergenli dəri testləri göstərişdir?

A) Sadalananların hamısı
B) Xroniki haymoriti olan
C) Pollinozlu
D) Xroniki bronxiti olan
E) Ekzeması olan

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.300

297) Hansı halda dəri sınağı ehtimalı doğrudur?

A) Test-kontrol və histamin mənfi reaksiya vermişsə
B) Əgər test-kontrol mənfi, histamin isə müsbət reaksiya vermişsə
C) Test-kontrol və allergenlər mənfi reaksiya vermişsə
D) Test-kontrol, histamin və allergenlər müsbət reaksiya vermişsə
E) Test-kontrol,histamin və allergenlər mənfi reaksiya vermişsə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

298) Qeyri-infeksion allergenlərlə dəri testi nə zaman aparılır?

A) Antihistamin preparatlarının qəbulu fonunda
B) Antihistamin preparatları dayandırıldıqdan 3 gün sonra
C) Antihistamin preparatları dayandırıldıqdan iki gün sonra
D) Antihistamin preparatları dayandırıldıqdan bir gün sonra
E) Antihistamin preparatları dayandırıldıqdan beş gün sonra

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.406

299) Dəri testi nə zaman aparılır?

A) Astemizolu dayandırdıqdan 11 gün sonra
B) Astemizolu dayandırdıqdan 7 gün sonra
C) Astemizolu dayandırdıqdan 6 həftə sonra
D) Astemizolu dayandırdıqdan 3 gün sonra
E) Astemizolun qəbulu fonunda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416

300) Qeyri-bakterial allergiyalı ilkin allerqoloji müayinə üçün birinci növbədə bunlardan hansı tətbiq edilir?

A) Provakasion test
B) Dəridaxili testlər
C) Skarifikasiya testi
D) Applikasiya testi
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
 

0 şərh