Avropa İttifaqı və Avropa Birliyi

Avropa Birliyi iqtisadi əməkdaşlığın yeni hüquqi forması kimi meydana çıxmışdır. Birlik formal olaraq müstəqil, lakin bir-biri ilə qarşılıqlı əlaqədə olan üç təşkilatın — 1951-ci ildə yaradılmış Avropa Kömür və Polad Birliyi, 1957-ci ildə yaradılmış Atom Enerjisi üzrə Avropa Birliyi və həmin ildə yaradılmış Avropa İqtisadi Əməkdaşlıq Birliyinin birləşməsindən yaradılmışdır. Avropa İttifaqı özündə həm beynəlxalq təşkilatlara xas olan əlamətləri, həm də federativ dövlətə xas əlamətləri birləşdirir. Bu təşkilatın təsisedici və fəaliyyəti üçün əsas olan sənədlər aşağıdakılardır:
1. Avropa Kömür və Polad Birliyinin yaradılması haqqında 1951ci il müqaviləsi.

2. Atom Enerjisi üzrə Avropa Birliyinin yaradılması haqqında 1957-ci il müqaviləsi.
3. Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il Roma müqaviləsi.
4. Vahid avropa Birliyinin yaradılması haqqında 1965-ci il Brüssel müqaviləsi (müqavilə əsasında üç birliyin vahid orqanları yaradılmışdır).
5. 1971-ci il Lüksemburq müqaviləsi (həyati əhəmiyyətli məsələlər üzrə birgə qərarların qəbul edilməsi barədə razılıq əldə edilmişdir).
6. 1986-cı il Ümumavropa aktı (1993-cü ilə kimi vahid daxili bazar yaratmaq və siyasi əməkdaşlığa doğru irəliləmək məqsədi qoyulmuşdur. Avropa Parlamentinə, Avropa Birliyinin qərarları üzərinə veto qoymaq hüqunu verilmişdir).
7. 1990-cı il Şengen sazişi (saziş əsasında 1993-cü ildən hər hansı iştirakçı dövlətdən alınmış viza əsasında vətəndaşlar Avropa Birliyi üzvü olan ölkələrin sərhədlərini keçmək hüququ əldə edirlər).
8. Avropa İttifaqı haqqında 1992-ci ildə Maastrixt müqaviləsi Avropa Birliyi üzvü olan 12 dövlətin Dövlət və hökumət başçıları tərəfindən imzalanmış, 1 noyabr 1993-cü ildə qüvvəyə minmişdir. Müqaviləyə razılaşmanın müxtəlif aspektləri üzrə 17 protokol və 33 müraciət əlavə edilmişdir. Müqaviləyə əsasən XX əsrin axırında Avropa ümumi müdafiə və valyuta iqtisadi ittifaqı da daxil olmaqla siyasi ittifaq yaratmaq nəzərdə tutulmuşdur. Bu müqavilədən sonra Avropa Birliyi İttifaqı adlanmağa başladı.
9. 1997-ci ildə Amsterdam sazişi. Saziş sosial sahədə əməkdaşlığın gücləndirilməsini və Avropa İttifaqı çərçivəsində əhalinin miqyasının bilerallaşdırılmasını nəzərdə tutur.
Göstərilən hüquqi aktlarda Avropa İttifaqının əsasən təşkilatihüquqi quruluşu ifadəsini tapmışdır. Bu sazişlər Avropa İttifaqının qəbul etdiyi külli miqdarda normativ aktlarla birlikdə xüsusi hüquq sistemini təşkil edir. Bu sistem də son dövrdə Avropa İttifaqı Hüququ və Avropa Hüququ adlanır.
Avropa İttifaqının məqsədləri aşağıdakılardır:
— Avropa xəlqlarının sıx ittifaqını yaratmaq;
- Daxili sərhədləri olmayan məkan, vahid valyuta yaratmaqla uzun müddətli iqtisadi tərəqqiyə yardım etmək;
— ümumi nailiyyəti mühafizə edib, inkişaf etdirmək;
Bu istiqamətlərdə üzv ölkələr qarşılıqlı ticarətdə rüsumların tam aradan qaldırılmasına, vahid xarici gömrük tarifləri müəyyən edilməsinə, bir-biri ilə Ticarət əlaqələrində miqdar məhdudiyyətinin aradan qaldırılmasına, vətəndaşların məhsulun və kapitalın sərhədlərdən azad hərəkətlərinə, vahid Ticarət siyasətinin həyata keçirilməsinə, ümumi hesabat vahidi yaradılmaqla əlaqələndirilən valyuta-maliyyə sisteminin yaradılmasına, vahid pul vahidinin (avro) dövriyyəyə buraxılmasına, əhalinin sosial hüquq və təminatının unifakasiyasına (vahid şəklə salınması), vahid patent sisteminin yaradılmasına nail olmuşdur. Milli vətəndaşlıq mühafizə olunmaqla Avropa İttifaqı üzvü olan ölkələrin vətəndaşları İttifaq vətəndaşlığı da əldə etmişlər.
Avropa İttifaqının prinsipləri bunlardır:
— demokratik idarəçilik sistemli üzv dövlətlərin milli fərdiliyinə hörmət etmək;
- insan hüquq və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına müvafiq olaraq insan hüquqlarına hörmət etmək.
Avropa İttifaqının üzvləri — Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, Portuqaliya, Finlandiya, Fransa və sairdir.
Avropa İttifaqında rəsmi olaraq 11 dildən istifadə olunur.
Avropa İttifaqının əsas orqanları aşağıdakılardır: Avropa Şurası (bu orqanı müstəqil beynəlxalq təşkilat olan Avropa Şurası ilə qarışdırmaq olmaz), Avropa Parlamenti, Avropa ittifaqı Ş urası, Avropa Komissiyası, Avropa Məhkəməsi.
Avropa Şurasının üzvləri üzv dövlətlərin dövlət və hökumət başçıları, Avropa Komissiyasının sədri, onların müavinləri — xarici işlər naziri və komissiya üzvlərinin birindən ibarətdir. Avropa Şurası ildə iki dəfədən az olmayaraq iclas keçirir. Müzakirə olunan məsələlərin xarakterindən asılı olaraq Şuranın iclasları dövlət və hökumət başçıları (Avropa Şurası) və müvafiq nazirlər (Nazirlər Şurası) səviyyəsində keçirilir. Şuranın aktları «üzv-dövlətlərin mühüm həyati maraqlarına» toxunduqda yekdilliklə, ya da əksər səs çoxluğu ilə qəbul edilir. Səs vermə zamanı üzv dövlətlər aşağıdakı səsə malik olur. Böyük Britaniya, İtaliya, Fransa, Almaniya — 10; İspaniya — 8; Belçika, Yunanıstan, Niderland və Portuqaliya — 5; Avstriya və İsveç — 4; Danimarka, İrlandiya və Finlandiya — 3; Lüksemburq — 2 səs. Normativ aktların əsa hissəsi ixtisaslaşmış səs ()87 səsdən 62-i çoxluğu ilə qəbul edilir. Şuranın nəzdində baxışa hazırlanan məsələlərin qabaqcdan razılaşdırılması üçün məsləhətverici orqan kimi səfirlər səviyyəsində üzv ölkələrin daimi nümayəndələr komitəsi yaradılmışdır.
Avropa Parlamenti 626 deputatdan ibarət olan bir palatalı orqandır. Üzv dövlətlərin vətəndaşları tərəfindən birbaşa seçkilər vasitəsi ilə beş il müddətinə yaradılır. Deputatlar milli əlamətlərinə görə deyil, partiya mənsubiyyətinə görə qruplaşırlar. Bütün dövlətlərdən olan 80-ə qədər Avropa partiyası 10fraksiyada birləşmişdir. Parlament, Avropa İttifaqının orqanlarına münasibətdə məsləhətverici, nəzarət və büdcə səlahiyyətlərinə malikdir. Müqavilə əsasında parlamentə verilmiş səlahiyyət çərçivəsində o Komissiya və Şuraya nəzarət edə bilər. O, Şuranın aktları üzərində təxirəsalma veto hüququna malikdir. Parlament və onun orqanlarının fəaliyyəti Rəyasət Heyəti tərəfindən istiqamətləndirilir. Rəyasət Heyəti sədr və 14 müavindən ibarətdir. Fəaliyyətin müxtəlif sahələri üzrə daimi komitələr Avropa Parlamentinin plenar iclaslarının sahələrini hazırlayır. Parlamentin iclasları bir qayda olaraq Strasburqda Avropa sarayında hər ayda bir dəfə olmaqla açıq keçirilir. İclas protokolları və qərarların mətni doqquz Avropa dilində nəşr edilir.
Avropa Komissiyası — əsas icraedici və daimi fəaliyyət göstərən, məcburi qüvvəli aktlar qəbul etmək hüququna malik orqandır. Avropa Komissiyası Avropa Parlamentinin razılığı ilə 15 hökumət tərəfindən təyin edilmiş 20 (komissar) üzvdən ibarətdir. Komissiyanın üzvləri beş iri dövlətin hər birindən iki nümayəndə və xırda dövlətlərin hər birindən bir nümayəndə olmaqla təyin edilir. Sədr və onun üç müavini üzv ölkələrin nümayəndələrinin ümumi razılığı ilə komissiyanın üzvlərindən seçilir. Komissiyanın hər bir üzvü müəyyən sahəyə baxır. Onun siyasi müşavir və məsləhətçiləri olur. Qərar səs çoxluğu ilə qəbul edilir. Direktorluq və çoxsaylı başqa işçi orqanlar komissiyaya tabedir. Onun işçilərinin sayı 23 min nəfərdən çoxdur. Komissiya Brüsseldə yerləşir.
Şura (müəyyən məsələlər üzrə Avropa Parlamenti ilə birlikdə) və komissiya öz səlahiyyətləri çərçivəsində aşağıdakı növ hüquqi aktlar qəbul edirlər:
- qərarların həm üzv dövlətlər üçün, həm də ayrı-ayrı fiziki və hüquqi şəxslər üçün məcburi qüvvəsi vardır. Həmin qərarlar hər bir üzv dövlətdə birbaşa tətbiq olunmalıdır;
- derektivlərin üzv dövlətlər üçün məcburi qüvvəsi vardır. Derektivlərin yerinə yetirilməsi forma və vasitələri dövlətlərin özlərinin səlahiyyətlərinə aiddir;
- qərardadların ünvanlandıqları subyektlər üçün icrası məcburidir. Qərardadlar fərdi xarakter daşıyır.
- tövsiyyə və rəylər məcburi xarakter daşımır, ünvanlandığı subyektlər üçün tövsiyyələrdən ibarətdir.
Lüksemburqda yerləşən Avropa Məhkəməsi 15 hakimdən ibarətdir. Onlara müşavir qismində 9 baş prokuror kömək edir. Hakimlər və prokurorlar ümumi razılıq əsasında 6 il müddətinə seçilir. Məhkəməüzv dövlətlər, birliyin orqanları və üzv dövlətlər, ayrı-ayrı orqanlar, birlik və xüsusi şəxslər arasında mübahisələri həll edir, milli məhkəmələrin vəsadətlərinə əsasən ekspert rəyləri hazırlayırlar. Avropa Məhkəməsi üzv ölkələrin və Birliyin orqanları, həm də fərdi şəxslər tərəfindən onun baxışına verilmiş konkret işlər üzrə qərar qəbul edə bilər. Onun qərarları qətidir. Avropa Məhkəməsi beynəlxalq, konstitusiya və inzibati məhkəməllərin səlahiyyətlərinə malikdir. Onun təcrübəsi Avropa İttifaqında xüsusi hüququn formalaşmasına kömək edir.
Az əhəmiyyətli mübahisəli məsələlərin həlli üçün 1989-cu ildə 12 hakimdən ibarət birinci instansiya məhkəməsi yaradılmışdır. Həmin məhkəmənin qərarlarından Avropa İttifaqı məhkəməsinə şikayət vermək olar. Xüsusi təftiş orqanı Auditorlar məhkəməsi də mövcuddur. Fiziki və hüquqi şəxslərin mənafelərinin Avropa ittifaqı orqanları qarşısında müdafiə etmək üçün ombudsmen institutu da yaradılmışdır.
Avropa İttifaqının əsas orqanları bir-birini tamamlamalıdırlar. Belə nəzərdə tutulmuşdur ki, Şura milli maraqları təmin edir, parlament ictimaiyyət tərəfindən nəzarəti, Komissiya ümumregional maraqları, Məhkəmə isə Avropa İttifaqı hüququna riayət edilməsini və fərdlərin hüquqlarını müdafiə edir.
Əsas orqanlarla yanaşı Avropa İttifaqı çərçivəsində çoxsaylı yardımçı orqanlar da yaradılmışdır.
Avropa Birliyi idarə və müəssisələrinin olduğu yerləri
1. Ətraf mühitin mühafizəsi üzrə Avropa agentliyi – Kopenhagen (Danimarka).
2. Avropa təhsil fondu — Turin (İtaliya).
3. Avropa veterenar və fitosanitar müfəttişliyi - Dublin (İrlandiya).
4. Narkotiklərin yayılması üzərində nəzarət üzrə Avropa idarəsi Lissabon (Portuqaliya).
5. Tibbi preparatların ekspertizası üzrə Avropa agentliyi London (Böyük Britaniya).
6. Səhiyyə və əməyin mühafizəsi üzrə Avropa agentliyi — Bilbao (İspaniya).
7. Avropa valyuta institutu və Avropa Mərkəzi Bankı — Frankfurt (Almaniya).
8. Şikayətlərə baxan palata daxil olmaqla bazarın təkmilləşdirilməsi üzrə idarə — Madrid (İspaniya).
9. Avropol narkotika ilə mübarizə üzrə bölmə ilə birlikdə — Haaqa (Niderland).
10. Peşə təhsilinə yardım üzrə Avropa Məhkəməsi - Sakolniki (Yunanıstan).
11. Avropa İttifaqının tərcümə mərkəzi — Lüksemburq.
12. Avropa patentlərinin apellyasiya məhkəməsi — Lüksemburq.
loading...

0 şərh