Рейтинг
+6.23

İntellekt və təhsil

30 üzv, 55 topik

Faydalı hazırlaşmaq!

Hazırlıq vaxtı-bir dəfə hazırlaşmaq üçün ayrılan vaxt ən az 45 dəqiqə ən çox isə 90 dəqiqə olmalıdır. Qısa aralar verərək edilən 1-2 saatlıq hazırlıq heç ara vermədən edilən 5 saatlıq hazırlıqdan daha faydalıdır. Əsas istifadə edilən vaxt deyil, o vaxtı necə dəyərləndirdiyindir. Hər gecə yatmamışdan əvvəl və hər səhər qalxdıqdan sonra 15-20 dəqiqə təkrar etməlisiniz. Bu, öyrəndiklərinizin möhkəmlənməsi üçün vacibdir.
Ardı →

Öyrəndiklərinizi rejimli şəkildə təkrar edirsinizmi?

Hafizəmizə çatan bir məlumatı özümüz üçün lazımlı etməyib, nizamlı aralıqlarla təkrar etməsək, qısa müddətdə unudarıq. Bütünlüklə öyrənilmiş məlumatları belə 24 saat ərzində təkrarlamasaq, 70% — ə qədərini unudarıq.

Təkrar necə tətbiq edilir?

• Oxuma prosesinin sonunda ediləcək 5 dəqiqəlik təkrar məlumatın 1 gün qorunmasını təmin edir.
• Öyrəndikdən 24 saat sonra ediləcək 10 dəqiqəlik təkrar oxuduqlarınızın 1 həftə yaddaşda qalmağına kömək edir.
• 1 həftə sonra edilən 20 dəqiqəlik təkrar öyrənilənlərin 1 ay yaddaşda qalmağına kömək edir.
Ardı →

İmtahanda həyəcanlanırsınız?

İmtahan təcrübəsi qazanmaq İmtahana hazırlaşarkən şagirdin mövzuları öyrənməsi, mövzu ilə bağlı problemləri həll edə bilməsi, onun imtahana hazır olduğunu göstərmir. İmtahanda necə davranılacağı, hansı bölmələrdən başlayıb, hansı bölməyə nə qədər vaxt ayrılacağı müəyyənləşdirilməli, təcrübə qazanılmış şəkildə imtahana girilməlidir.


Ardı →

Sürətli və effektli oxumaq

Öyrənməyə təsir edən ən vacib amillərdən biri də “sürətli və effektli oxumaq”dır. Sürətli oxumağın yavaş oxumağa nisbətən daha yaxşı qavranıldığı qəbul edilir. Çünki yavaş oxuyarkən diqqət daha tez yayınır.


Yavaş oxuma sürəti dəqiqədə 100-200 söz
Normal oxuma sürəti dəqiqədə 200-250 söz
Sürətli oxuma sürəti dəqiqədə 400-500 söz arasındadır.


Ardı →